Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1684/2025 07.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Masallı RPŞ-nin YPX-nin polis mayoru X2 inzibati tənbeh vermə haqqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə müraciət edərək, Masallı RPŞ-nin YPX-nin polis mayoru X2 inzibati tənbeh vermə haqqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İşin halları və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, barəsində çıxarılmış qərarla razı deyil, qərar qanunsuz və əsassızdır. Belə ki, mülkiyyətində olan “Toyota Prius” minik markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Masallı rayonu Şərəfə kəndində hərəkətdə olan zaman, sola dönmə işığını yandıraraq, dönmə əməliyyatını tam şəkildə yerinə yetirmişdir. Dönmə əməliyyatını yerinə yetirdikdən sonra arxadan sol tərəfdən heç bir sənədi olmayan motosiklet sürücüsü avtomobilini vuraraq əzmişdir. Hadisə yerinə dərhal polislər gəlmiş, ölçü-bilçi işlərini apararaq onu və motoskilet sürücüsünü polis şöbəsinin inzibati binasına aparmışlar. Polis şöbəsində motoskilet sürücüsi təqsirini etiraf etmiş və avtomobilimə vurduğu ziyanı tam şəkildə ödəmişdir. Lakin, hadisənin üzərindən 3 ay vaxt keçdikdən sonra onun barəsində inzibati qərar tərtib olunmuşdur. Qərar rəsmi qaydada ona göndərilməmiş, təsadüfən yol patrul əməkdaşları onu saxladıqları zaman barəsində qərarın olması barədə ona məlumat vermişlər. xx.xx.2025-ci il tarxdə Masall RPŞ-yə gedərək qərarı rəsmi qaydada almışdır. Hesab edir ki, qərar qanunsuzdur və qərəzlidir, ona görə də həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək, barəsində Masallı RPŞ-nin TB-nin təhqiqatçısı X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlumatsız olmuş, hansı ki, həmin qərara əsasən Azərbaycan Respublikası İXM-nin 327-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınsa da, lakin baş vermiş yol nəqliyyat hadisəsində onun heç bir günahı olmamış, əksinə olaraq motosiklet sürücüsü tərəfindən onun avtomaşınına dəymiş ziyan məbləği qarşılanmışdır. Qəbul edilmiş qərar hüquqlarına toxunduğunan həmin qərarı gələcəkdə məhkəmə qaydasında mübahisələndirəcəkdir. Odur ki, qeyd olunanları nəzərə alıb xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Qərarından şikayət verilmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin sorğu əsasında məhkəməyə inzibati tənbeh vermə haqqında qərarın yazılmasına əsas olmuş sənədlər ( cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar, inzibati xəta haqqında protokol) məhkəməyə təqdim edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan: Belə ki, sorğu əsasında məhkəməyə təqdim edilmiş Masallı RPŞ-nin TB-nin təhqiqatçısı X4 icraatında olmuş xx.xx.2025-ci il tarixli HK-1/974 nömrəli material üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:56-da Masallı rayonu, Şərəfə kənd sakini X1 idarə etdiyi “Toyota Prius” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilin motosikletlə toqquşması və motosiklet sürücüsünün xəsarət alması ilə bağlı DİN-nin 102 xidmətinə müraciəti əsasında Masallı RPŞ-nin TB-də araşdırma başlanılmış, araşdırmanın nəticəsində baş vermiş yol nəqliyyat hadisəsində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmiş, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞnin DYPB-yə verilməsi qərara alınmışdır. Masallı RPŞ-nin DYPB-nin rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən X9 xx.xx.2025-ci il tarixdə saat 16:00-da “X14” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomaşını Masallı rayonu, Şərəfə kəndi ərazisində idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Masallı RPŞ-nin DYPB-nin rəisi, polis mayoru X7 tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, X9 xx.xx.2025-ci il tarixdə saat 16:00-da “X14” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomaşını Masallı rayonu, Şərəfə kəndi ərazisində idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iclası müəyyən edilir ki, X1 DİN-nin 102 xidmətinə müraciəti əsasında Masallı RPŞ-nin TB-də aparılan araşdırmanın sonunda təhqiqatçı tərəfindən xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək Nazim Cəfərzadənin əməlinə hüquqi qiymət verilməklə əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkibi olduğundan, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin DYPB-yə göndərilmiş. Qəbul edilmiş həmin qərar əsasında Masallı RPŞ-nin DYPB-nin rəisi tərəfindən Nazim Cəfərzadə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, qeyd edilən protokol əsasında da qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla barəsində 100 manat inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsaslanmaqla həyata keçirilmişdir. Həmin qərar məhkəmə nəzarəti qaydasında mübahisələndirmədiyindən və qeyd edilən qərar faktiki olaraq qüvvədə olduğundan həmin qərar əsasında Masallı RPŞ-nin DYPB-nin rəisi, polis mayoru X6 tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın əsassız və qanunsuz olmaqla ləğv edilməsi barədə verdiyi şikayət təmin təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasın bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən məhkəmə qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar çıxarır. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir, bu səbəbdən şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Masallı RPŞ-nin YPX-nin polis mayoru X2 inzibati tənbeh vermə haqqqında xx.xx.2025ci il tarixli TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1684/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1684/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver