Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1690/2024 30.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X5 Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 29 avqust 1968-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şəxs tərəfindən tərtib edilmiş 30 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Masallı Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(050)-298/2021 nömrəli icra sənədinin icrasını tam olaraq həyata keçirməmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(050)- 298/2021 nömrəli icra sənədinə əsasən Şəxs cəmi 30030 manat məbləğində pul alınaraq, X1 verilməlidir. İcra sənədi üzrə əvvəllər tələbkar və borclu arasında razılıq əldə edildiyindən tələbkarın ərizəsinə əsasən icra sənədi icra haqqında qanunun müvafiq maddəsinə əsasən geri qaytarılmışdır. Lakin qeyd edilən icra sənədi Masallı Rayon Məhkəməsinin məktubu ilə yenidən icraya yönəldilmişdir. İcra sənədi üzrə tələbkar icra şöbəsinə teleqram ünvanlayaraq borclunun 10.000 manat ödədiyini qalan 20000 manat pulunu ödəmədiyi üçün bununla bağlı qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Bundan sonra borclu tərəfindən icra və probasiya şöbəsinə çağrılaraq izahatı alınmış və qeyd edilən məsələnin həlli ilə ələqədar vaxt verilməsini xahiş etmişdir. Tələbkar icra probasiya şöbəsinə gələrək icra sənədinin icra olunmaması ilə bağlı etirazlarını bildirmiş, borclu barəsində tədbir görülmədiyi təqdirdə özünə xəsarət yetirəcəyini qeyd etmişdir. Yenidən borclu tərəfindən icra şöbəsinə çağrılmış və barəsində inzibati qaydada protokol tərtib edilərək, məhkəməyə gətirilmişdir. Məsələnin həllini məhkəmənin mülahizəsinə buraxaraq, təqdimat üzrə qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(050)-298/2021 nömrəli icra sənədinə əsasən Şəxs cəmi 30030 manat məbləğində pul alınaraq, X1 verilməlidir. Onun icra sənədi üzrə borcunu tam şəkildə ödəmişdir. Lakin tələbkar qərəzli şəkildə borcunun ödənilmədiyini bildirir. Tələbkarla razılıq əldə edilməsi məqsədilə ona vaxt verilməsini məhkəmədən xahiş edir. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, icraata başlamaq haqqında qərar və tələbin könüllü icra edilməsi haqqında bildiriş borclu tərəfindən xx.xx.2024-cü il tarixə rəsmi qaydada alınmışdır. Borcluya icra sənədinin könüllü icrası haqqında 10 gün vaxt verilsədə həmin müddət başa çatmışamış barəsində inzibati qaydada protokol tərtib edilərək, Masallı Rayon Məhkəməsinə gətirilmişdir. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməmə İXM-in 528.1-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddəsinə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin qanunun 8.2-ci maddəsin əəsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Göründüyü kimi könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini gözləmədən borclu barəsində protokol tərtib edərək məhkəməyə gətirilmiş, bununlada qanunvericiliyin tələbini pozmuşdur. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.1.2ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə hazırkı iş üzrə həm inzibati xəta hadisəsi olmadığından, həm şəxsin inzibati xəta törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-1690/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1690/2024
30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver