Məhkəmə qərarları › İş №3(050)-1691/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1691/2024

30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1691/2024 30.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, Azərbaycan Respublikası Mərkəzi bankından Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş protokol və protokola əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 21 avqust 2024-cü il tarixli, EP seriyalı,0189283 nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən edildi ki, Şəxs QSC (VÖEN **********) 30000.00 ABŞ dolları məbləğində vəsaiti 25 iyul 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 30000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 26 iyul 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İş materialları öyərnilərkən müəyyən edilmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində tərtib olunmuş inzibati xəta haqqında material natamamdır və icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolun sonunda inzibati xəta törətmiş şəxsin həmin protokolu almasını təsdiq edən imza qrafasında heç bir məlumat qeyd edilməmişdir. Yəni əgər barəsində inzibati xəta törətmiş şəxsin nümayəndəsi həmin protokolu almışdırsa, imza etməli, əgər protokol inzibati xəta törədən şəxsə təqdim edilməmişdirsə səbəbi göstəilməklə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən müvafiq qeydiyyat aparılmalıdır. Bundan əlavə inzibati xəta haqqında materiallar araşdırlarkən məlum olmuşdur ki, Şəxs QSC-nin göstərilən ünvanda (Masallı rayonu, Təzəkənd kəndi) fəaliyyət göstərməsini təsdiq edəcək heç bir sənəd və sübut materiala əlavə edilməmişdir. Bundan əlavə inzibati xəta haqqında materiallar araşdırılarkən məlum olmuşdur ki, Şəxs QSC-nin göstərilən ünvanda (Masallı rayonu, Təzəkənd kəndi) fəaliyyət göstərməsini təsdiq edəcək heç bir sənəd və sübut materiala əlavə edilməmişdir. İnzibati xəta haqqında tərtib edilmiş protokolda hüquqi şəxsin məsul şəxsinin əlaqə nömrəsi kimi qeyd edilmiş ********** mobil nömrəsi ilə əlaqə saxlanılarkən mobil nömrənin sahibi həmin şirkətdə əvvəllər işlədiyini, şirkətin ləğv edildiyini bildirmiş, hazırda hüquqi şəxsin ləğv prosesinin hansı mərhələdə olması ilə bağlı heç bir məlumatının olmadığını qeyd etmişdir. Buna baxmayaraq, Şəxs QSC-nin hazırda ləğv edilib-edilməməsi, ləğv edilmişdirsə, hansı əsasla ləğv edilməsi, şirkətin ləğvedicisinin olub-olmaması ilə bağlı araşdırma aparılmadan inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, hüquqi şəxsin hazırki hüquqi vəziyyəti ilə bağlı araşdırma aparılmalı, hüquqi şəxsin hərəkətləri üçün məsuliyyət daşıyan məsul şəxslər müəyyən edildikdən sonra protokola baxılması mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan material geri qaytarılmalıdır. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılsın. Protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar