Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1693/2024 16.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Protokolu tərib etmiş orqanın nümayəndələri Masallı Rayon Polis X7 polis bölməsi yol patrul xidməti polis serjantı X4 və Masallı Rayon Polis X7 polis bölməsi yol patrul xidməti polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-cı ildə Cəlilabad rayonu, Zopun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Lənkəran-Astara Regional Təhsil İdarəsində katib vəzifəsində işləyən, Cəlilabad rayonu, Zopun kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 25 avqust 2024-cü il tarixdə tərtib edilmiş seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 avqust 2024-cü il tarixdə saat 01:28 radələrində “KİA RİO” minik markalı, **-FG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, gecə saat 01:28 radələrində “KİA RİO” minik markalı, **-FG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Masallı rayonu, Qəriblər kəndi ərazisində dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq içkili nəqliyyat vasitəsini idarə etməsi adı ilə barəsində protokol tərtib etmişlər. O, nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etməmiş, istirahət mərkəzindən bir nəfər şəxs maşını idarə edib sürüclük vəsiqəsi olmadığına görə Masallı rayonu, Qəriblər kənd ərazisinə qədər gətirmiş və geri qayıtmışdır. Nəqliyyat vasitəsini içkili vəziyyətdə cəmi 20 metr, belə ki, yolun bir kənarından digər kənarına qədər idarə etmişdir. Yol patrul xidmətinin əməkdaşları ona yaxınlaşan zaman maşını dayanmış vəziyyətdə olmuşdur. Göstərilənləri nəzərə alaraq, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Protokolu tərtib etmiş orqanın nümayəndəsi Masallı rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X2 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə gecə saat 01:28 radələrində “KİA RİO” minik markalı, **-FG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsini yol kənarına verərək saxlamışdır. Həmin zaman onlar sürücüyə yaxınlaşmış və onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən etmişlər. Bununla bağlı sürücü barəsində inzibati qaydada protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Protokolu tərtib etmiş orqanın nümayəndəsi Masallı rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X4 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə gecə saat 01:28 radələrində “KİA RİO” minik markalı, **-FG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən, nəqliyyat vasitəsini yol kənarına verərək saxlamışdır. Bu zaman onlar sürücüyə yaxınlaşmış və onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsini müəyyən etmişlər. Bununla bağlı sürücü barəsində inzibati qaydada protokol tərtib edilmişdir. Əlavə olaraq onu qeyd edir ki, sürücüyə yaxınlaşan zaman o, yaxınlıqdakı meşə ərazisinə doğru qaçmışdır. Onu meşəlik ərazidən şəxsən özü çıxartmış və barəsində qanunamüvafiq tədbirlər görülmüşdür. Göstərilənləri nəzərə alaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli alkotesterin nəticəsindən əks etdirən kağız daşıyıcısından görünür ki, Şəxs 0,418% promildə alkoqolun miqdarı aşkar olunmuşdur. Həmin kağızdaşıyıcıda Şəxs tərəfindən “2 bakal pivə içmişəm” qeyd aparılmışam. İş materiallarında olan Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilən zaman Şəxs içkili vəziyyətdə 20 metr nəqliyyat vasitəsini idarə etdiyini etiraf etməsi müəyyən olunur. Fərəcov X5 xəta törətməsi onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla, sərxoşluq vəziyyətinin təyin edilməsi barədə alkoltesterin nəticəsi, CD disk, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yuxarıda sadalanmış məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Fərəcov X5 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Cəlilabad Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1693/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1693/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver