Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1695/2023 05.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Lerik rayonu Arta kəndində anadan olmuş, Lerik rayonu, Arta kəndində qeydiyyatda olmaqla Masallı şəhəri, Qarabağ küçəsində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır, onunla düşmənçilik və ədavəti yoxdur. Bazarda un satır. Zərərçəkmiş şəxs onun müştərisidir. Zərərçəkmiş şəxs öz telefonuda əxlaqsız şəkillər və qadın şəkilləri qoymuş və onun telefonuna əxlaqsız video yazılar və həqiqətə uyğun olmayan mesajlar yazmışdır. Həmin mesajları həyat yoldaşıda görmüş və həmin nömrənin sahibinin qadın olmasını düşünmüşdür. O, buna görə, dəfələrlə Çingizə zəng edərək bu hadisə barədə soruşmaq istəmişdir. Lakin Çingiz onun telefonlarına cavab verməmişdir. xx.xx.2023-cü il tarixdə Çingiz onun işlədiyi yerə gəlmişdir. Həmin vaxt məlum mövzu barəsində aralarında mübahisə olmuşdur. Mübahisə zamanı o, Çingizin üz nahiyəsinin sağ tərəfinə bir dəfə şillə ilə vurmuşdur. Lakin hazırda zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Pərviz adlı şəxsi tanıyır, onunla münaqişə və ədavəti yoxdur. Pərviz “Təzə Bazar” adlanan ərazidə un satışı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində o, bazar ərazisində olduğu zaman Pərviz onu öz marketinə çağırmış, oda getmişdir. Ora getdikdən sonra ona niyə “Whatsapp”da qız rəsmi qoymasını soruşmuşdur. O, ona həmin qızın onun dostu olmasını bildirmişdir. O. bundan sonra ona guya arvadının həmin şəkili görməsini və Pərvizin onunla danışmasını deməsini ona demişdir. Bununla bağlı aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Pərviz onun boğaz nahiyəsindən yapışaraq yumruqla bir neçə dəfə onun sinə və bel nahiyələrinə zərbələr vurmuşdur. O, yerə yıxılmış və Pərviz onu vurmağa davam etmişdir. Daha sonra orada olan tanımadığı şəxslərin köməyi ilə onun əlindən çıxaraq oradan uzaqlaşmışdır. Hazırda Şəxs ilə aralarında barışıq əldə edilmişdir. Ona dəymiş ziyan ödənilmişdir. Pərvinə qarşı şikayət və tələbi yoxdur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 841 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin ön və sağ yan hissəsinin və sağ bazu nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarət bərk tük əşyanın (əşyaların) təsirindən törədilmişdir, törəmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağmalığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materialında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Şəxs barəsində material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsi ilə yanaşı onun əməli Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xəta törətmiş şəxs Şəxs ilə Zərərçəkmiş şəxs barışdıqlarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1695/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1695/2023
05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver