Məhkəmə qərarları › İş №3(050)-1695/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1695/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1695/2024 09.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN-nin BDYP-nin xx.xx.2024-cü il tarixli EQ 23078724 nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin BDYP tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 23078724 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati tənbeh xx.xx.2024-cü il tarixli, EQ 23070724 nömrəli inzibati tənbehvermə haqqında elektron qərardan görünür ki, idarə etdiyi minik avomobili ilə xx.xx.2024-cü il tarixdə, saat 11:49-da Masallı şəhəri, Heydər Əliyev prospektində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmişdir. Həqiqətdə isə heç bir qanuni əsas olmadan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətn üzrə İXM) 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında elektron qərar tərtib olunaraq 3 bal və 100 manat cərimə olunmuşdur. Həmin maddədə göstərilən inzibati xətanın xx.xx.2024-cü il tarixdə törədilməsi barədə ona heç bir sübut təqdim edilməmiş, elektron kabinetinə sübutla bağlı görüntü əlavə edilməmiş və o, həmin inzibati xətanı törətməmiş, təqsirsizdir. Belə ki, qeyd olunan tarixdə və saatda, yəni xx.xx.2024-cü il, saat 11:49-da o, Masallı Rayon Məhkəməsinin inzibati binasında olmuş, idarə etdiyi nəqliyyat vasitəsi isə məhkəmənin qarajında olmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək xx.xx.2024-cü il tarixli, EQ 23070724 nömrəli inzibati tənbehvermə haqqında qərar üzrə cərimə məbləğinin hazırda ödənildiyini, bu səbəbdən şikayətin müzakirəsi ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin sorğu əsasında məhkəməyə “Hyundai Veracruz” minik markalı, ** SE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin işıqforun qadağanedici işığında hərəkətini davam etdirməsini özündə əks etdirən CD disk məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş CD diskə keçirilmiş baxış zamanı “Hyundai Veracruz” minik markalı, ** SE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin işıqforun (qırmızı işığın yanması zamanı) verilərkən hərəkətini davam etdirməsi müəyyən edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, CD diskə baxış keçirib iş materiallarını araşdıraraq aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. xx.xx.2024-cü il tarixli, EQ 23078724 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 11:49-da Masallı şəhəri, Heydər Əliyev prospektində “Hyundai Veracruz” minik markalı ** SE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərək işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyinə görə xx.xx.2024-cü il tarixli EQ 23078724 saylı qərara əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasın bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Videodiskə baxış keçirilərkən məhkəmə iclasında X1 həmin görüntüyə münasibəti öyrənilmiş, o, işıqforun (qırmızı işığın yanması zamanı) hərəkəti davam etdirməsinin ona hazırda aydın olduğunu, inzibati xətanı etiraf etməklə yanaşı, barəsində tərtib olunmuş inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarla razılaşdığını qeyd etmişdir. Beləliklə, müəyyən edilmişdir ki, X1 xx.xx.2024-cü il tarixdə saat 11:49-da Masallı şəhəri, Heydər Əliyev prospektində “Hyundai Veracruz” minik markalı ** SE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərək işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi iş üzrə toplanmış sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən məhkəmə qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar çıxarır. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, xx.xx.2024-cü il tarixli, EQ 23078724 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir, bu səbəbdən şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin BDYP tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 23078724 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar