Məhkəmə qərarları › İş №3(050)-1700/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1700/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1700/2024 05.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1954-cü ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İİ qrup əlil, evli, Masallı şəhəri, H.Aslanov küçəsi, ev 4-A-da qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində ailə məişət zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs gəldiyi avtomobilin qapısını çırparaq örtərkən Zərərçəkmiş şəxs əli avtomobilin qapısının arasında qalmış və sonuncunun sol əlinin 5-ci barmağının əzilmiş yarası ilə nəticələnən sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, Xalidəni vurmamış ona xəsarət yetirməmişdir. Əksinə Xalidəgil 4 nəfər onun yaşadığı evə gəlmişlər, onu narahat etmişlər. Əvvəllərdən bir neçə dəfə onun yaşadığı evə gəlmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Zahirxan onun evinə elçiliyə gəldiyi zaman qızının 1-ci qrup ruhi xəstə olduğunu, dövlət tərəfindən ona pensiya verildiyini bildirmişdir. Qızı səhər saat 6-da ona zəng vuraraq “mama bu məni öldürdü, gəl məni burdan apar”, həmin vaxt qızı ona görüntülü zəng vurmuş və o, Zahirxanın qızını saçından tutaraq vurduğunu görmüşdür. Oda taksi tutaraq qızının evinə getmişdir. Onlara çatdığı zaman qızının küçədə qapının yanında oturub ağladığını görmüşdür. Qızından nə baş verdiyini soruşduğu zaman qızı Zahirxanın onu döyərək küçəyə atdığını və qapını bağladığını bildirmişdir. O, bir neçə dəfə Zahirxanı çağırmış, lakin cavab vermədiyi üçün yerdən daş götürərək dəmir qapıya vurmuşdur. Daha sonra qızı uca səslə Zahirxanı çağırmağa başlamışdır. Bu zaman o, qızına çağırmamasını onunla birlikdə getməsini demişdir. Lakin qızı ona bildirmişdir ki, “mama mən onu ona görə çağırıram ki, qapını açsın evdən özümə geyinməyə paltar, ayaqqabı götürüm, sizə gəldiyim zaman nə geyinərəm”. Qızı çağırdıqdan sonra Zahirxan gəlib qapını açmış və çıxan kimi qızına hücum etmişdir. Həmin vaxt o, maşında oturmuş və maşının qapısı açıq olmuş, oda maşının qapısından tutmuşdur. Həmin vaxt Zahirxan onun maşından çıxmaması üçün maşının qapısını çırparaq örtmüşdür və bu zaman sol əlinin barmağı qapının arasında qalmışdır. Şikayətçidir. Barışmamışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 770 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs sol əlin V barmağının əzilmiş səthi yarası müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 19 avqust 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Cəlal Əbülfəzli tərəfindən 05 sentyabr 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsində göstərilir ki, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsində göstərilir ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İşdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs altmış beş yaşı tamam olmuşdur və OS=göz almasının subatrofiyası, OS=buynuz qişanın bulanması, travmadan sonrakı ensefopalatiya, Xr bel-oma radikuliti diaqnozu ilə ikinci dərəcəli əlildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Onun ikinci dərəcəli əlil olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar