Məhkəmə qərarları › İş №3(050)-1708/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1708/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1708/2024 05.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976 ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, subay, orta təhsilli, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-1495/2020 saylı icra sənədinə əsasən X4 05 yanvar 2006-cı il təvəllüdlü X1 və 20 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X7 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(050)-1495/2020 saylı icra sənədi xx.xx.2020-ci il tarixdə icra və probasiya şöbəsinin icraatına daxil olmuş, borcun ödənilməsi ilə bağlı Şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, lakin borclu icra sənədi üzürsüz səbəbdən icra etməmişdir. Hazırda icra sənədi üzrə borclunun 1750 manat ödənilməmiş borcu qalmışdır. X6 isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Borclu icra çağırışlarından yayındığına görə barəsində axtarış elan edilmiş, tutularaq icra şöbəsinə gətirildikdən sonra barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-1495/2020 saylı icra sənədindən məlumatlıdır. Aliment borucunu həmişə ödəmiş, işləməklə əmək haqqından tutulmalara aparılmışdır. Həbs edildiyinə görə aliment borcundan ödəniş edə bilməmiş, 07 may 2024-cü il tarixdə həbsdən azad olunmuş, icra sənədinin icrasından qərəzli olaraq yayınmamış, həbsdə olduğu üçün aliment borcunu tələbkara ödəyə bilməmişdir. Maddi imkanı olmadığı üçün icra sənədi üzrə yaranmış 1750 manat aliment borcunu birdəfəlik ödəyə bilməyəcəkdir, hazırda isə həmin borcdan hazırda 100 manat tələbkara ödəmək iqtidarındadır, qalan borc məbləğini isə yaxın vaxtlarda ödəyə bilər. Bu barədə tələbkara təklif etmiş, o da razılığını vermişdir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını və işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, zərərçəkmiş şəxslə telefon əlaqəsi saxlanılmaqla inzibati xəta haqqında işə münasibəti aydınlaşdırılmışdır. Zərərçəkmiş şəxs işə onun iştirakı olmadan baxılmasını, hazırda borculunun icra sənədi üzrə borcundan ona 100 manat ödənilməsinə etirazının olmadığını, bildirib işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-1495/2020 saylı icra sənədinə əsasən X4 05 yanvar 2006-cı il təvəllüdlü X1 və 20 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. Məhkəmə iclasında tərəflərin, o cümlədən icra məmurunun veridyi izahatdan məlum olmuşdur ki, borclu Vüqar Məmədov icra sənədi üzrə üzrə aliment borcundan hər ay müəyyən məbləğlər ödəmiş, lakin həbs edildiyən görə ödənişləri dayandırmaq məcburiyətində qalmış, hazırda icra sənədi üzrə üzrə borclunun 1750 manat ödənilməmiş aliment borcu yaranmışdır. Məhkəmə iclasında borclu icra sənədi üzrə borcundan 100 manatını tələbkara ödəməyi təklif etməklə, qalan borc məbləğini də yaxın vaxtlarda ödəyəcəyi barədə öhdəlik götürmüş, tələbkar da borclunun təkifi ilə razılaşaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin maddə ilə məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarından görünür ki, Şəxs borcundan hər ay ödəniş etmiş, bəzi aylarda tam ödəniş etmədiyindən 1750 manat aliment borcu yaranmış, hazırda məhkəmə iclası zamanı 100 manatı tələbkara ödəmək istədiyini bildirməklə icra sənədinin icrasından qərəzli şəkildə yayınmadığı müəyyən edilmişdir. Tələbkarın qeyd edilən təklifla razılaşaraq işin icraatına xitam verilməsi xahişini nəzərə alaraq, Şəxs izahatında göstərdiyi dəlillərini ağlabatan hesab edir və belə qənaətə gəlir ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar