Məhkəmə qərarları › İş №3(050)-1709/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1709/2024

20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1709/2024 20.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, xx.xx.1999-cu ildə Masallı rayonu Həsənli kəndində doğulmuş, Masallı rayonu Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Masallı Rayon icra və Probasiya Şöbəsinin icra məmuru Amid Hüseynovun inzibati xəta haqqında protokoluna açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Masallı Rayon icra və Probasiya Şöbəsi MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolla müraciət edərək Şəxs Masallı Rayon Məhkəməsinin 3(050)-1254/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədini tam təmin etmədiyini qeyd etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol geri qaytarılmalıdır. Belə ki, Masallı Rayon icra və Probasiya Şöbəsinin rəisi Şölət Şahverdiyev xx.xx.2024-cü il tarixdə məhkəməyə məktub göndərərək protokola baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Masallı Rayon icra və Probasiya Şöbəsindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar