Məhkəmə qərarları › İş №3(050)-1717/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1717/2025

08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1717/2025 08.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Masallı Rayon Statistika İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs Məhhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Masall Rayon Statistika İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389cu maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə 25 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Şəxs MMC-nin 2025-ci ilin 01-20 iyul tarixlərində 12 təsərrüfat ticarət (malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqında) hesabat formasını elektron və ya kağız blankda Masall Rayon Statistika İdarəsinə təqdim etməməsi göstərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, idarənin əsas iş faliyyəti malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi, bundan əlavə infilyasiyanın faiz dərəcəsinin müəyyən edilməsi ilə bağlı statistik məlumatları toplamaqla bu barədə Baş Komitəyə məlumat verməkdən ibarətdir. Hazırda ərazi üzrə yerlərdə müxtəlif təsərrüfatlardan statisik məlumatlar toplanmaqla hesabatı aparılır və həmin hesabatlar baza məlumatlarına yerləşdirilməklə komitəyə göndərilir. Həmin hesabat ümumilikdə Respublika üzrə statistik məlumatlar müəssisələr, fiziki və hüquqi şəxslərdən toplanmış statistik məlumatlar əsasında müəyyən edilir. Belə ki, hər bir hüquqi şəxs və ya seçmə qaydada fiziki şəxslər müəyyən edilmiş qaydada rəsmi statistik hesabatları idarəyə təqdim etməyə borcludurlar. Hesabat müddəti 12 təsərrüfat hesabatı üçün rüblük təqdim edilir. Hesabat müddətindən sonra yəni iyul ayının 20-dən sonrakı müddətdə müvafiq olaraq boş və ya doldurulmuş formada təqdim edilir. Lakin, tərəfimizdən bir neçə dəfə Şəxs MMC-nin rəsmi şəkildə elektron poçt ünvanına hesabat formalarının rəsmi təqdim edilməsi barədə xəbərdarlıq ünvanlanmasına baxmayaraq, həmin müsəssinin rəhbərliyi və mühasibatlığının tərəfindən idarə verilmiş şifahi məlumatla hesabat formasının təqdim ediləcəyi bildirilsə də, lakin bu günə kimi həmin formalar təqdim edilməmiş, hansı ki həmin hesabat məlumatlarında malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi, daha çox müəssisənin rüblük dövriyyələri, alğı-satqı və s. bu kimi məlumatlar qeyd olunmuşdur. Həmin məlumlarların toplanmasının əsas məqsədi rayonun rüblük ümumdaxili məhsullarının buraxılışını, ticarət və dövriyyəsini, alğısatqını, mal qalığını ümimi təhlil formada toplanmaqla Dövlət Statistika Komitəsinə göndərməkdən ibarətdir. Dövlət Statistika Komitəsi də öz növbəsində rayonlar üzrə toplanan statistik məlumatları ümumi Respublika üzrə təhlil formasında hesabata təqdim edilir. Lakin, rayon ərazisində fəaliyyət göstərən 390 aktiv müəssisə arasında yalnız Şəxs MMC həmin hesabat məlumatlarını rüblük formada idarəyə təqdim etmədiyindən hesabat formasını təqdim etmək mümkün olmamışdır. Məhkəməyə müraciət edilməmişdən qabaq əvvəlcədən Şəxs MMC-yə hesabatların təqdim edilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə əldə etmək mümükn olmamış, bundan sonra MMC-nin elektron poçt ünvanına göndərilmiş, məlumatlar təqdim edilmədiyi təqdirdə hüquqi şəxs barəsində Azərbaycan respublikası İXM-nin 389-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bundan sonra MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Sonda E.N.Əliev Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayənsəsinin məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 25 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin 2025-ci ilin 01-20 iyul tarixlərində 12 təsərrüfat ticarət (malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqında) hesabat formasını elektron və ya kağız blankda Masall Rayon Statistika İdarəsinə təqdim etmədiyindən barəsində Masallı Rayon Statistika İdarəsinin rəisi X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Dövlət (regian) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi barədə xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Şəxs MMC (VÖEN **********) hesabat formasını təqdim edərkən özünün Elektron ünvan elektron poçt ünvanını Masallı Rayon Statistika İdarəsinə təqdim etmiş, ərizə hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmaqla möhürlə təsdiqlənmişdir. Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi barədə xx.xx.2025-ci il tarixli 06 saylı müqavilədən görünür ki, Şəxs MMC (VÖEN **********) hesabat formasının qanunla müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməsi ilə bağlı Masallı Rayon Statistika İdarəsi arasında müqavilə imzalanmışdır. Masallı Rayon Statistika İdarəsi Şəxs MMC-nin rəsmi elektron poçt ünvanına elektron qaydada göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıqlardan görünür ki, 12 təsərrüfat hesabatı üçün rüblük hesabat formalarının rəsmi təqdim edilməsi barədə xəbərdarlıq edilmişdir. Masallı Rayon Statistika İdarəsi Şəxs MMC-nin rəsmi elektron poçt ünvanına elektron qaydada göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Şəxs MMC-yə hesabatların təqdim edilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə etmək mümükn olmadığından MMC-nin elektron poçt ünvanına məlumatlar təqdim edilmədiyi təqdirdə hüquqi şəxs barəsində Azərbaycan respubılikası İXM-nin 389-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə göndəriləcəyi barədə bildiriş ünvanlanmış, qeyd edilən maddə nəzərədə tutulan izniabti xəta məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Masallı Rayon Statistika İdarəsi tərəfindən Şəxs MMC-nin rəsmi elektron poçt ünvanına elektron qaydada 12 təsərrüfat ticarət rüblük (malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqında) hesabat formasını elektron və ya kağız blankda İdarəyə təqdim edilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin hesabatlar qanunla müəyyən edilmiş qaydada və müddətdə MMC tərəfindən təqdim edilməmişdir. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 389-cu maddəsinə əsasən, Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “X2” Azərbaycan Respublikasının xx.xx.1994-cü il tarixli Qanununun 11-ci maddəsində göstərilir ki, rəsmi statistik məlumatlar başdan-başa və yaxud seçmə müşahidələr yolu ilə toplanır. Bu müşahidələr müntəzəm və dövri statistik hesabatlardan, birdəfəlik uçota almalardan, müxtəlif siyahıya almalardan, sorğulardan və müayinələrdən ibarətdir. Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Rəsmi statistika materiallarının istehsalı üçün məlumatların təqdim olunmasına cəlb edilmiş statistik vahidlərin müayinə və siyahıya almanın məqsədi, əhatə dairəsi, statistik məlumatların məxfiliyinin təmin edilməsi üçün təminat, həmçinin bu barədə öz səlahiyyət və vəzifələri haqqında məlumat almaq hüququ vardır. Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qnunun 27-ci maddəsində göstərilir ki, rəsmi statistika materiallarının istehsalı üçün zəruri olan məlumatların təqdim edilməməsinə, yaxud vaxtında təqdim edilməməsinə, hesabatların təhrif edilməsinə, habelə inzibati mənbələrə girişi təmin etmədiklərinə görə cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilir. Məsuliyyətə cəlb etmə hüquqi və fiziki şəxsləri statistik məlumatları təqdim etməkdən azad etmir. Hüquqi və fiziki şəxslər statistika orqanlarına təhrif edilmiş məlumatların verilməsi və ya hesabatın təqdim edilməsi müddətlərinin pozulması nəticəsində yekun hesabatlara düzəlişlər edilməsi ilə əlaqədar dəymiş ziyanı müəyyən edilmiş qaydada müvafiq statistika orqanlarına ödəməlidirlər Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Qlobal XXİ” MMC-nin 2025-ci ilin 01-20 iyul tarixlərində 12 təsərrüfat ticarət (malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqında) hesabat formasını elektron və ya kağız blankda Masallı Rayon Statistika İdarəsinə təqdim etməmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının həddi daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar