Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1718/2025 01.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 X2 nümayəndəsi Nümayəndə4, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri Nümayəndə3 və X7 iştirakları ilə Hüquqi şəxs Şəxs (bundan sonra Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə tərtib edilmiş protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 X5 (bundan sonra Agentlik) tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 X2 Monitorinq və Nəzarət şöbəsinin baş müfəttişi X8 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs MMC tərəfindən Masallı rayonu, “Viləşçay” qum-çınqıl yatağında müavfiq icazə sənədi olmadan qanunsuz qum-çınqıl hasilatının aparılması aşkar edilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 X2 nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC əvvəllər yerin təki sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərdən biri olmuşdur. X13 X5 həmin hüquqi şəxsə “Dağmədən ayrıma” aktı ilə lisenziya ayırmışdır ki, yerin təki sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 1 nömrəli qərarına əsasən “Dağ-Mədən” aktını verən qurum Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1sa da, Şəxs MMC-nin yerin təkindən istifadə zamanı həmin yerin mülkiyyətçisi ilə, yəni Masallı Rayon İcra Hakimiyyəti arasında icarə müqaviləsi olmuşdur. Həmin müqavilədə tərəflər arasında torpağın istismar şərtləri qoyulmuşdur ki, onlardan biri də “Dağ-mədən” aktı qüvvədə olduğu müddətdə icra hakimiyyəti orqanından müvafiq Sərəncam alınmalıdır və müqavilə yenilənməlidir. Lakin, Şəxs MMC müqavilə şərtlərinə əməl etmədiyindən hüquqi şəxsə X13 X5 tərəfindən 12 avqust 2024-cü il tarixli, 073 nömrəli qərarı ilə yerin təkindən istifadəyə dair verilmiş icazə 2 ay müddətinə dayandırılmışdır. İcazə sənədi dayandırıldıqdan sonra Agentlik tərəfindən xx.xx.2024-cü il tarixli qərarla həmin müqavilə ləğv edilmişdir. Bu səbəbdən Şəxs MMC tərəfindən “Dağ-mədən” aktının ləğv edilməsinə dair qəbul edilmiş qərarın ləğvi ilə bağlı Agentliyə qarşı Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Hazırda məhkəmə çəkişməsi davam etməklə yekun qərar qəbul edilməmişdir. İş məhkəmənin icraatında olmaqla iş üzrə müvafiq ekspertiza təyin olunmuşdur. Bundan başqa Şəxs MMC tərəfindən Şirvan İnzibati Məhkəməsinə müvəqqəti təminat tədbirinə dair ərizə verilmiş, həmin ərizəyə baxılaraq xx.xx.2025-ci il tarixli qərarı ilə ərizə təmin edilməklə X13 X2 xx.xx.2024-cü il tarixli 196 nömrəli qərarın icrası Şəxs MMC-yə münasibətdə dayandırılmışdır. Qeyd edilən qərardan Agentlik tərəfindən apellyasiya şikayəti verilsə də, qərar sistemə son iş günü xx.xx.2025-ci il tarixdə yerləşdirildiyindən, bayram günlərinin 10 gün davam etməsi səbəbindən poçt vasitəsilə apellyasiya şikayəti bir gün gec göndərildiyindən və müddət ötürüldüyündən şikayət geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilməsi mümkün olmasa da, həmin qərardadla müəyyən edilmiş müvəqqəti xarakterli təminat tədbiri hüquqi şəxsə “Viləşçay” yatağında qazıntı işlərini görməyə səlahiyyət verə bilməzdi. Bu səbəbdən də Masallı Rayon İcra Hakimiyyətinin müraciəti əsasında xx.xx.2025-ci il tarixdə Agentlik tərəfindən “Viləşçay” yatağında aparılan monitorinq zamanı Şəxs MMC “Viləşçay” yatağında qum-çınqıl hasilatının aparılması halları aşkar edildiyindən həmin tarixdə akt tərtib edilmiş, həmin akt əsasında Agentlik tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, müvafiq icazə sənədi xx.xx.2024-cü il tarixli akt əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş, buna baxmayaraq həmin müddətin axımı Agentlik tərəfindən dayandırılmış, daha sonra icazə sənədi ləğv edilmişdir. İcazə sənədi üzrə müddət axımı dayandırılmasa da belə, həmin müqavilə üzrə SİRR-M” MMC tərəfindən qazıntı işlərinin aparılmasında verilmiş icazənin müddəti xx.xx.2024-cü il tarixdə başa çatdığından hüquqi şəxs tərəfindən işlərin davam etdirilməsi üçün yeni icazə alınmalı idi. X13 X2 digər nümayəndəsi Nümayəndə4 xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndənin izahatına uyğun məzmunlu izahat verərək verilən suallara cavab olaraq bildirmişdir ki, Agentlik tərəfindən qəbul edilmiş qərarın icrasının dayandırılması ilə bağlı təminat tədbirinin olması hüquqi şəxsə ümumi icazə müddətinin başa çatmasından sonra qazıntı işlərinin aparılmasına səlahiyyət verə bilməzdi. Çünki müvəqqəti xarakterli təminat tədbiri ilə aktın icrası dayandırılmış, hüquqi şəxsə işlərin görülməsi üçün müddətin bərpa edilməsi məsələsinə baxılmamışdır. İcazə sənədinin müddətinin artıq xx.xx.2024-cü il tarixdə bitməsi Şirvan inzibati məhkəməsi tərəfindən nəzərə alınmadan müvəqqəti təminat tədbiri barədə qanunsuz olaraq 2025-ci ilin mart ayında müvafiq qərar qəbul edilmişdir. Bu qərarın ağlabatan olması şübhə altındadır, ona görə ki, qüvvədə omayan bir sənədlə Şəxs MMC hansı hüquqi əsasla fəaliyyət göstərə bilərdi. Hansı ki, həmin məhkəmə qərarının icrası mümkün deyildir. Müvafiq icazə sənədi üzrə müddətin uzadılması Agentlik tərəfindən bir il müddətinə təmin edilmişdir. Sonuncu məhkəmə iclasında o, məhkəməyə əlavə sübutlar təqdim edərək hazırda tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə etdiyini, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 228-ci madddəsində nəzərə tutulan inzibati qaydada cərimə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəxs MMC-nin nümayəndəsi və vəkili X9 məhkəmə iclaslarında izahat verərək göstərmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə İXM-nin müvafiq maddəsinin dispozisiya şərti ondan ibarətdir ki, Şəxs MMC müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə alınmadan yerin təkindən istismarı qaydalarını pozmuşdur. Məsələ ondan ibarətdir ki, X10, Masallı rayon İcra Hakimiyyəti və Su meliorasiya idarəsi ilə Şəxs MMC arasında müvafiq yazışmalar olmuş, müəyyən inzibati icraat aparılmışdır. Agentlik tərəfindən xx.xx.2024-cü il tarixli qərarla icazə ləğv edildiyindən Şəxs MMC tərəfindən Agentliyə qarşı Şirvan İnzibati məhkəməsində iddia qaldırılmış, eyni zamanda müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün məhkəməyə ərizə təqdim edilmişdir. Ərizəyə məhkəmə qaydasında baxıldıqdan sonra Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı gəldiyi nəticə üzrə müvafiq icazə sənədinin ləğvi ilə bağlı xx.xx.2024-cü il tarixli qərarın icrası Şəxs MMC münasibətdə müvəqqəti olaraq dayandırılmışdır. Lakin, Masallı Rayon İcra Hakimiyyəti bu və ya digər formada Şəxs MMC-yə fəaliyyətini bərpa etməsinə maneçilik törətməyə çalışmış, bu səbəbdən Şəxs MMC tərəfindən Masallı Rayon İcra Hakimiyyətinə qarşı Şirvan İnzibati Məhkəməsində iddia qaldırılmış, eyni zamanda müvəqqəti təminat tədbiri barədə məhkəməyə ərizə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə “Viləşçay” yatağından 5,0 ha saəhədə qum-çınqıl hasilati məqsədi ilə görülən işlərə Masallı rayon İcra Hakimiyyəti tərəfindən yaradılan maneə Şəxs MMC-yə münasibətdə aradan qaldırılmışdır. Masallı rayon İcra Hakimiyyəti qeyd edilən qərardan apellyasiya şikayəti vermiş, qəbul edilmiş qərarla 2023-cü ildə yeni redaksiyada təsdiq edilmiş “Yerin təki haqqında” Qanununa əsasən Masallı Rayon İcra hakimiyyəti qeyd edilən məsələlərin icrasına birbaşa müdaxilə etmək, birbaşa işlərə maneçilik törətmək səlahiyyətinin olmadığı qənaətinə gəlinərək Masallı rayon İcra hakimiyyəti orqanını cavabdeh təşkilat kimi barəsində məhkəməyə verilmiş ərizə mümkünsüz sayılmışdır. Hesab edir ki, hüquqi şəxsin əməlində tərtib edilmiş protokol üzrə Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinin tərkib əlamətləri yoxdur. Ona görə də inzibati işin icraatına xitam verilməlidir. Əsas səbəb ondan ibarətdir ki, məhkəmə aktı hüquq verən sənəd kimi çıxış edir, inzibati orqan isə müddətin uzadılması ilə bağlı özü qəbul etdiyi qərarı ləğv etmiş, qərar mübahisləndirilmiş, Şirvan İnzibati Məhkəməsinin qərardadı ilə həmin xx.xx.2024-cü il tarixli qərarın icrası dayandırılmışdır. Şirvan İnzibati Məhkəməsi qeyd edilən qərarını əsas götürməklə Şəxs MMC-yə “Viləşçay” yatağında fəaliyyətini davam etdirmişdir. Dolayısı ilə protokolun tərtib edildiyi günə həmin ərazidə prosesin həyata keçirilməsi üçün Şəxs MMCdə müvəqqəti təminat tədbirinə dair iki qüvvədə olan məhkəmə qərardadı olmuşdur. O, həmçinin bildirmişdir ki, Şəxs MMC tərəfindən Şirvan İnzibati Məhkəməsində qaldırılan iddiada xx.xx.2024-cü il tarixdən sonrakı müddət barədə söhbət getmir. İddianın mahiyyəti üzrə qoyulan tələb xx.xx.2024-cü il tarixli qərarın ləğvi ilə bağlıdır. Məhkəmə də öz növbəsində iddiani mümkün hesab edərək icraata qəbul etmişdir. Hesab edir ki, Şirvan İnzibati Məhkəməsinin qərardadı ilə faktiki olaraq müddət bərpa olunmuş, Agentlik tərəfindən qanunsuz qərar qəbul edilməklə müqavilə üzrə işləmələrinin qarşısının alındığı müddət ərzində 2025-ci il ərzində işləri görmələri qanuni sayılmalıdır. Hesab edir ki, məhkəmənin qeyd edilən qərardadları hüquqverici sənədlər olduğundan Şəxs MMC-nin fəaliyyətinin səlahiyyətsiz olması barədə inzibati orqanın gəldiyi nəticə yanlışdır. Bu səbəbdən Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinin tərkibi əlamətləri yaranmır və əməldə tərkib olmadığına görə Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclaslarında iştirak etmiş inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə3 vəkilin izahatına uyğun izahat verərək göstərmişdir ki, "xxxx" MMC xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək məhkəmənin müvəqqəti xarakterli təminat tədbiri əsasında həmin ərazidə fəaliyyət göstərmiş, dəfələrlə Agentliyin əməkdaşlarına icra vərəqəsinin qüvvədə olduğunu, bu əsasla fəaliyyət göstədiklərini bildirsə də, səlahiyyətli şəxs isə həmin sənədləri qəbul etməyərək onlara qarşı təzyiq olduğunu göstərmiş, inzibati xəta haqqında protokol tərtib etmişdir. Buna etiraz edərək baxış keçirilməsi barədə aktı və tərtib edilmiş inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixdən onların müddət axımı dayandırılmışdır. Hesab edir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək agentliyin qanunsuz qərarları əsasında işləyə bilməmişlər. Hazırda həmin müddətin geriyə bərpası da mümkün olmadığından işləmədikləri müddətin əvəzinə 2025-ci il tarixdə hər hansı icazə qərarı olmadan məhkəmənin qərarına əsaslanmaqla işləyə bilərlər. Odur ki, qeyd olunaları nəzər alıb ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Masallı rayonu “Viləşçay” qum-çınqıl yatağından müvafiq icazə sənədi olmadan qanunsuz qum-çınqıl hasilatını apardığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 228-ci maddənində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli 000290 saylı aktdan görünür ki, Masallı rayonu “Viləşçay” qumçınqıl yatağında Şəxs MMC tərəfindən dövlət mülkiyyətinə aid olan torpaq sahəsində qanunsuz aparılan qazıntı işi ilə bağlı tədbir görülməsinə dair agentliyə daxil olmuş xx.xx.2025-ci il tarixli 5-66/2842/2025 nömrəli müraciətə əsasən X13 X4 əməkdaşları tərəfindən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə xx.xx.2025-ci il tarixdə Masallı rayonu “Viləşçay” qum-çınqıl yatağında Şəxs MMC-nin istifadəsində olmuş sahəyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Masallı rayonu “Viləşçay” qum-çınqıl yatağında Şəxs MMC-yə 5 ha torpaq sahəsində yerin təkindən istifadə üçün xx.xx.2024-cü il tarixədək verilmiş xx.xx.2024-cü il tarixli 0283 saylı “Dağ-mədən ayrılması” aktı xx.xx.2024cü il tarixli 096 saylı qərarla ləğv edilməsinə baxmayaraq, Şəxs MMC tərəfindən ərazidə istismar işləri aparılmış, sahədən kənar qeyri-işlək vəziyətdə iki ədəd yükləyici ekskovator, bir ədəd qreder müşahidə olunmuşdur. Həmçinin, baxış zamanı müəyyən edilmişdir ki, əvvəlki dövrlərdə Şəxs MMC-nin istifadəsində olmuş 5 ha torpaq sahəsi daxilində iki ayrı sahədə qazıntı işləri aparılmış, ümumilikdə 1988 kub metr qanunsuz qum-çınqıl hasilatı aparılmışdır. Bu barədə müvafiq akt tərtib edilmiş ərazinin fotoşəkilləri çəkilərək akta əlavə edilmişdir. Həmin aktda hüquqi şəxsin nümayəndəsinin “imza etməkdən imtina etməsi” ilə bağlı qeydlər aparılmışdır. Dağ-Mədən ayırması haqqında 0283 saylı aktın surətindən görünür ki, "xxxx" MMC-yə Masallı rayonu “Viləşçay” qum-çınqıl yatağında qum-çınqıl hasilatı üçün 5,0 ha toraq sahəsində işlərin görülməsinə icazə verilmiş, icazənin müddəti 21 dekabr 2024-cü il tarixədək nəzərdə tutulmuşdur. X13 X5 X14 idarə heyətinin xx.xx.2024-cü il tarixli 096 saylı qərarından görünür ki, xx.xx.2024-cü il tarixli 0283 nömrəli “Dağ-mədən ayırması” aktı ilə “Viləşçay” qum-çınqıl yatağında fəaliyyət göstərən Şəxs MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə bu qərar imzalandığı gündən ləğv edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 15(120)-28/2025 saylı qərardadından görünür ki, Şəxs MMC-nin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X2 xx.xx.2024-cü il tarixli 096 nömrəli qərarının icrası Şəxs MMC münasibətdə dayandırılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 15(106)- 19/2025 saylı qərardadından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X2 Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 15(120)-28/2025 saylı qərardadından verilmiş apellyasiya şikayəti mümkün sayılmamış, qəbulundan imtina edilmişdir. İşə əlavə edilmiş iddia ərizələrindən görünür ki, Şəxs MMC X13 X5 X12rşı xx.xx.2024cü il tarixli 096 nömrəli qərarın ləğv edilməsi, həmin sahədən istifadəyə dair icazə verilməsi barədə qərar qəbul edilməsinin, eyni zamanda Masallı rayon İcra Hakimiyyətinə qarşı Masallı rayon inzibati ərazisində yerləşən “Viləşçay” yatağından yerləşən 5,0 ha yataq sahəsində dair sərəncam verilməsinin orqanın üzərinə qoyulması tələbi barədə Şirvan inzibati Məhkəməsində iddia qaldırmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 15(120)-82/2025 saylı qərardadından görünür ki, Şəxs MMC-nin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməklə, Masallı rayonu “Viləşçay” qum-çınqıl yatağından 5,0 sahədə qumçınqıl hasialtı məqsədi ilə görülən işlərə Masallı rayon İcra hakimiyyəti tərəfindən yaradılan maneələrin Şəxs MMC-yə münasibətdə aradan qaldırılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1208.2025-ci il tarixli 15(106)- 40/2025 saylı qərardadından görünür ki, X13 X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 15(120)-82/2025 saylı qərardadı ləğv edilmiş, Şəxs MMC tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə mümkün sayılmamışdır. Masallı rayon İcra Hakimiyyəti Başçısı Araz Əhmədovun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış müaciətdən görünür ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 15(120)-72/2025 saylı qərardadı ilə Şəxs MMC-nin karxana fəaliyyətinə maneə olumasının Masallı rayon İcra Hakimiyyətinə qadağan edildiyindən Şəxs MMC tərəfindən 28 iyul 2025-ci il tarixdən ərazidə qanunsuz qum-çınqıl çıxarıb daşınması səbəbindən Dövlət Mülkiyyətində olan torpaq sahəsində qanunsuz aparılan qazıntı işləri ilə bağlı müvafiq tədbir görülməsi barədə Nazirliyə məlumat ünvanlanmışdır. xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, 15(120)-28/2025 saylı qərar üzrə icra vərəqəsi qəbul edilməklə icra edilməsi üçün Bakı şəhər Səbail rayon İcra şöbəsinə göndərilmişdir. Şəxs MMC tərəfindən Şirvan İnzibati Məhkəməsinə 15(120)-28/2025 saylı iş üzrə verilmiş vəsatətdən görünür ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 15(120)- 28/2025 saylı qəraradı ilə Şəxs MMC müvəqqəti xarakterli müdafiə barədə ərizəsi təmin edilmişdir. Lakin, cavabdeh Masallı Rayon İcra Hakimiyyəti qeyd edilən qərarın icrasına maneçilik törətmişdir. Bu baxımdan məhkəmə qərarının icrasını təmin edilməsi üçün müvafiq tədbirlər görülməlidir. Bu səbəbdən Masallı rayon İcra şöbəsinə icra sənədinin göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və məhkəmənin mövqeyi: Məhkəmə "xxxx" MMC-nin Şirvan İnzibati Məhkəməsinin müvəqqəti xarakterli təminat tədbiri ilə Agentliyin İdarə heyəti tərəfindən yerin təkindən istifadə hüquqlarının ləğv edilməsinə dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın icrasının dayandırılmasını əsas götürərək qazıntı işlərini aparmaları ilə bağlı qeyd edir ki, baxmayaraq ki, məhkəmənin həmin qərarın icrasının dayandırılması ilə bağlı qərardadı olmuşdur, lakin bu qərardad hüquqi şəxsə yerin təkindən istifadəyə hüquq verə bilməzdi. Belə ki, X13 X2 sədri tərəfindən "xxxx" MMC-yə 0283 nömrəli Dağ-mədən ayrırması aktı əsasında “Viləşçay” qum-çınqıl yatağından qum-çınqıl hasilatının aparılması üçün 5 ha torpaq sahəsində qazıntı işlərinin görülməsinə icazə verilmiş və icazə müddəti 21 dekabr 2024-cü il tarixədək müəyyən edilmişdir. Bundan sonra Agentliyin 12 avqust 2024-cü il tarixli, 073 nömrəli qərarı ilə yerin təkindən istifadəyə dair verilmiş icazə 2 ay müddətinə dayandırılmış, xx.xx.2024-cü il tarixli qərarla isə verilmiş icazə bütövlükdə ləğv edilmişdir. Yəni, xx.xx.2024-cü il tarixdə vaxtından əvvəl qərar qəbul edilməklə, torpaq sahəsində qumçınqıl hasilatının görülməsi üçün son müddət kimi müəyyən edilmiş 21 dekabr 2024-cü il tarixədək işlərin görülməsinin qarşısı alınmışdır. Həmin tarixdən sonra, yəni 21 dekabr 2024cü il tarixdən növbəti tarixlərdə hüquqi şəxs qeyd edilən işləri davam etdirmək üçün lazimi icazəni yenidən almalı idi. Lakin, hüquqi şəxs ona verilmiş icazə ləğv edildikdən uzun müddət sonra 17 mart 2025-ci il tarixdə xx.xx.2024-cü il tarixli qərarın icrasının müvəqqəti dayandırılması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və həmin qərarın icrası dayandırılmışdır. Məntiq etibarı ilə hüquqi şəxsin məhkəməyə müraciət etməkdə məqsədi xx.xx.2024-cü il tarixli qərarın hüquqi qüvvəsi dayandıraraq, 21 dekabr 2024-cü il tarixədək nəzərdə tutulmuş müddətdə işlərin görülməsi ola bilərdi. Çünki Agentliyin xx.xx.2024-cü il tarixli qərarı qəbul etməkdə məqsəd hüquqi şəxs tərəfindən icazə şərtləri pozulduğundan dağ mədən ayırması aktının ləğv edilməsi və bununa da hüquqi şəxsin xx.xx.2024-cü il tarixədək (ümumi icazə müddətinin başa çatmasınadək) işləri aparılmasının qarşısını almaq olmuşdur. Məhz buna görə də İnzibati Məhkəmə tərəfindən icrası müvəqqəti dayandırılmış qərarın hüquqi qüvvəsi ümumi icazə müddəti başa çatanadək xx.xx.2024-cü il tarixədək ola bilərdi. xx.xx.2024-cü il tarixdən sonra xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ya icrasının müvəqqəti dayandırılması hər hansı hüquqi nəticə yarada bilməzdi. Əgər xx.xx.2024-cü il tarixli qərar qəbul edildikdən sonra dərhal hüquqi şəxs məhkəməyə müraciət edərək həmin qərarın icrasının dayandırılmasına nail olsa idi, inzibati aktın qüvvədə olma müddəti ərzində, yəni xx.xx.2024-cü il tarixədək işlərini davam etdirmək hüququ əldə edə bilərdi. Lakin, hüquqi şəxs xx.xx.2025-ci il tarixdə belə bir ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə aktın icrası dayandırıldığından hüquqi şəxsin nümayəndəsinin izahatına əsasən 23 iyul 2025-ci il tarixdən yerin təkindən istifadə etməyə başlamışlar. Hüquqi şəxsin nümayəndəsi məhkəmədə izahat verərkən bildirmişdir ki, aktın icrasının dayandırılması ilə bağlı məhkəmə qərarı 2025-ci ilin mart ayında qəbul edildiyindən, həmin qərar əsasında xx.xx.2024-cü il tarixədək işləri həyata keçirə bilmədiklərindən və həmin müddətin geri qaytarılması mümkünsüz olduğundan həmin müddət kompensasiya edilməklə 2025-ci il tarixdə işlərin görülməsi üçün onlara şərait yaradılmalı idi. Bir tərəfdən isə izahatında qış aylarında çaylara sel gəldiyindən qum çınqıl yatağından işlərin dayandırıldığını, yalnız yay aylarında işləmək imkanlarının olduğunu qeyd etmişdir. Hüquqi şəxsin nümayəndəsinin dediyindən belə çıxır ki, işləmələri mümkünsüz olan aylarda Agentliyin xx.xx.2024-cü il tarixli qərarı ilə işləmələrinə məhdudiyyət qoyulduğu müddəti (xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək müddəti) istədikləri vaxt növbəti ilin yay aylarında istifadə edilə bilərdi. Göründüyü kimi, hüquqi şəxs barəsində çıxarılan qərarı uzun müddət sonra mübahisələndirərək xx.xx.2025-ci il tarixdə qərarın qəbul edilməsinə nail olsa da, hüquqlarından sui-istifadə edərək bundan sonra da dərhal işlərə başlamamış, 23 iyul 2025-ci il tarixdə başlamışdır. Hüquqi şəxsin nümayəndəsi icra hakimiyyətinin onlara işə başlamağa mane olduğunu bildirsə də, məhkəmənin inzibati aktın icrasının dayandırılması bardə qərarı çıxarıldıqdan uzun müddət sonra 16 iyul 2025-ci il tarixdə İcra Hakimiyyətinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək qanunsuz hərəkətlərin qarşısının alınması ilə bağlı müraciət etməsi onu göstərir ki, hüquqi şəxs özünə lazım olan vaxt çərçivəsi seçərək çay yatağında işlər görməyə başlamışdır. Məhkəmə həmçinin qeyd edir ki, mövcud yaranmış vəziyyətə uyğun olaraq Şirvan İnzibati Məhkəməsinin müvəqqəti təminat qərarı artıq formal xarakter daşımış, çünki həmin qərar çıxarılarkən qüvvədə olan inzibati akt mövcud olmamışdır. Bu səbəbdən də qüvvədə olma müddəti bitmiş qərarın icrasının dayandırılması hər hansı praktiki nəticə yarada bilməz. Ona görə də qüvvədə olma müddəti bitmiş aktın sonradan məhkəmə tərəfindən qanunsuz sayılması itirilmiş müddətin bərpası kimi başa düşülməməli, bunun nəticəsində hüquqi şəxs ona dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməklə öz hüquqlarını bərpa edə bilər. Məhkəmə irəli sürdüyü mövqe ilə əlaqədar olaraq bildirir ki, Azərbaycan Respublikası “İnzibati icraat haqqında” qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd edilən qanunvericilik normalarının məzmunundan tam aydın olur ki, inzibati aktın özü qüvvədə olduğu müddət ərzində mövcuddur. Əgər aktın müddəti bitibsə və ya o, ləğv olunubsa, artıq həmin akt müstəqil hüquqi nəticələr doğurmur. Müvəqqəti təminat tədbiri aktın qüvvəsini uzatmır və ya ona yenidən hüquqi qüvvə vermir. O, yalnız akt qüvvədə olduğu zaman hüquqi təsir göstərə bilər. Əgər inzibati aktın müddəti bitibsə, artıq təminat tədbirinin “ona hüquqi qüvvə verməsi” hüquqi baxımından mümkün deyil, təminat tədbiri akt qüvvədə olduğu zaman onun icrasını dəstəkləyə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, "xxxx" MMC-nin göstərdiyi dəlillər əsaslı olmamış və lazimi icazə olmadan yerin təkindən istifadə qaydalarını pozmuşdur. Belə ki, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Yerin təki — yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral-xammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsi sayılır. Dağ-mədən ayırması — faydalı qazıntıların çıxarılması, eləcə də onlarla əlaqədar olmayan yeraltı qurğuların tikilməsi məqsədilə hüquqi və fiziki şəxslərə istifadəyə verilən yer təkinin hüdudlarıdır. Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yer təkinin istifadəçiləri ola bilərlər. Yer təki istifadəçilərinin hüquqları və vəzifələri yerin təkindən istifadəyə bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə alındığı andan yaranır. (Madddə 8.) Yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir.(10 maddə.) Yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblər sırasında göstərilmişdir. (Maddə 21). Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Masallı rayonu, “Viləşçay” qum-çınqıl yatağında müvafiq icazə sənədi olmadan qanunsuz qum-çınqıl hasilatının aparılması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin birinci dəfə qeyd edilən inzibati xətanı törətdiyini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növünün aşağı həddində tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1718/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1718/2025
01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver