Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-172/2024 02.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati xətaya dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş 28 dekabr 2023-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Masallı şəhəri, Elşad Hüseynov küçəsində yerləşən Şəxs MMC-yə məxsus klinikada xx.xx.2023cü il tarixdə saat 13:35 radələrində keçirilən plandankənar yoxlama zamanı sertifikatsız (təcili yardım həkimi X1) tibbi fəaliyyət aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin və inzibati xəta haqqında ptorokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analtik Ekspertiza X3 şöbəsinin mütəxəssisi X2 tərəfindən tərtib edilmiş 28 dekabr 2023-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Masallı şəhəri, Elşad Hüseynov küçəsində yerləşən Şəxs MMC-yə məxsus klinikada xx.xx.2023-cü il tarixdə saat 13:35 radələrində keçirilən plandankənar yoxlama zamanı sertifikatsız (təcili yardım həkimi X1) tibbi fəaliyyət aşkar edilmişdir. KY232068447 saylı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə Masallı şəhəri, Elşad Hüseynov küçəsində yerləşən Şəxs MMC Klinikasının fəaliyyətinin plandankənar (növbədənkənar) yoxlanılması reyestrdə qeydə alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analtik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə (növbəti) yoxlamanın keçirilməsi haqqında 27 dekabr 2023-cü il tarixli, 1464 nömrəli qərardan görünür ki, Şəxs MMC-yə məxsus Masallı şəhəri, Elşad Hüseynov küçəsində yerləşən təşkilatın fəaliyyətinin yoxlanılması məqsədi ilə xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə AEM-nin Tibbi Nəzatər şöbəsinin mütəxəssisi X2 və AEM-nin Hüquq şöbəsinin baş hüquq məsləhətçisi X4 tərəfindən həmin klinikada planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli 861 saylı plandankənar (növbədən kənar) yoxlama aktından göünür ki, Masallı şəhəri, Elşad Hüseynov küçəsində yerləşən Şəxs MMC Klinikasında aparılan yoxlama zamanı sertifikatsız (təcili yardım həkimi X1) tibbi fəaliyyət aşkar edilmişdir. Elektron sistemdən çıxarış üzrə məlumatdan görünür ki, X1 ilə Şəxs MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş iznibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3.-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinə əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə-vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini, əməlin törədilmə halları və hüquqi şəxsin əmlak və maliyyə vəziyyəti nəzərə nəzərə alıb hesab edir ki, hüquqi şəxs Şəxs MMC haqqında inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş minimum həddə cərimə inzibati tənbeh tədbiri təyin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 215.4, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinib 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-172/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-172/2024
02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver