Məhkəmə qərarları › İş №3(050)-1722/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1722/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1722/2025 06.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon məhkəməsinin sədri Əliyev Firdovsi Zülfü oğlu, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı baxaraq, müəyyənetdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol sənədlərlə birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati iş Elektron Məhkəmə informasiya Sistemi vasitəsilə təsadüfi paylama qaydasında Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlunun icraatına verilmişdir. İşin baxılması zamanı işə baxan hakim Abdullayev Coşqun Şamil oğlu özü-özünə etiraz ərizəsini təqdim edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında 3(050)-1722/2025 saylı işə tərəfindən baxılmasına etiraz etdiyini və həmin inzibati xəta haqqında işin baxılmasının başqa hakimə həvalə edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli qərardadına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə işə baxan hakim Abdullayev Coşqun Şamil oğlunun özü-özünə etirazı təmin edilərək işin baxılmasının mənim icraatıma verilməsi qərara alınmışdır (hakim Ellara Abbasova məzuniyyətdə olduğundan, hakim Zeynal Zeynalov xx.xx.2025-ci il tarixdən, hakim Elşən Hüseynov isə xx.xx.2025-ci il tarixdən məzuniyyətə çıxacaqları üçün). İş materiallarında olan xx.xx.2025-ci il tarixli, seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:30 radələrində Masallı-Yardımlı yolunun 11-ci kilometrliyində idarə etdiyi “Mercedes Benz GL 450” minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən Masallı rayonu, Boradigah qəsəbə sakini X1 idarə etdiyi “VAZ-21061” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə avtomobillərə maddi ziyan dəymişdir. xx.xx.2025-ci il tarixdə Masallı RPŞ-nin DYPB-nin polis kapitanı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında sözügedən protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, iş üzrə icraatın obyektivliyini, qərəzsizliyini və ədalətliliyini hər hansı mümkün şübhələrdən qorumaq üçün özüm-özümə etiraz edərək işə başqa rayon məhkəməsində baxılması üçün inzibati iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kərimli X2 Rayon Məhkəməsində iclas katibi vəzifəsində işləyir və məhkəmə prossesləri zamanı iclas katibi funksiyalarını icra edir. Bu səbəbdən inzibati xəta haqqında işə ədalətli, obyektiv və qərəzsiz baxmağıma dair proses iştirakçılarında şübhələr yarana bilər. Nəticədə Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat zamanı qəbul etdiyim qərarlar proses iştirakçıları tərəfindən şübhə altına alına bilər. Azərbaycan Respublikası İXM-nin 107.0-cı və 107.0.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında işin baxılması icraatına verilmiş hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs şəxsən düzünə və ya dolayısı ilə işin həllində maraqlıdırsa bu işə baxa bilməz. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən, bu Məcəllənin 107-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs özüözünə etiraz etməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda hakimlərin qərəzsizliyinə şübhə doğuran hallar yarandıqda, hakim həmin işin baxılmasından çəkinməli, yaxud kənarlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 107 və 108-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala tərəfimdən baxılmasına özüm-özümə etiraz edirəm. İnzibati iş baxılması üçün başqa rayon məhkəməsinə verilməsindən ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədr: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar