Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1724/2025 26.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, şikayət vermiş şəxs X12, qərarından şikayət verilən Azərbaycan Respublikasının Qida X3-X18nin nümayəndəsi Nümayəndə iştirakları ilə, X12 Azərbaycan Respublikasının Qida X3-X18nin 15 iyul 2025-ci il tarixli, MN №0010868 saylı inzibati xəta haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: X17 məhkəməyə şikayətlə müraciət edərək Azərbaycan Respublikasının Qida X3- X18 tərəfindən 15 iyul 2025-ci il tarixdə tərtib olunmuş MN №0010868 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən əsassız olaraq cərimə olunmuşdur. Ona yazılmış cərimə qanunsuzdur və aşağıdakı fikirləri ilə cərimənin qanunsuz olduğunu sübut edəcəkdir. Cənab Prezidentin göstərişindən sonra kənd təsərrüfatını inkişaf etdirməkdən ötrü Türkiyə Respublikasından gilas və qoz tinglərini ölkəyə idxal etmişdir. Bütün sənədləri qanuni və rəsmidir. Tingləri aldığı şirkət tərəfindən ona həmçinin beynəlxalq dərəcəli təhlükəsizlik sertifikatı verilmişdir. Aldığı tingləri ünvan 1ində yerləşən həyətində yığmışdır. Qida X3-X18nin əməkdaşları tinglərə yerində baxış keçirməli olduqlarını və onlardan nümunələr götürəcəklərini bildirmişlər. Etiraz etməyərək onları həyətə gətirmiş və tinglərə baxış keçirdərək tinglərdən nümunələr götürülmüşdür. Üzərindən qısa müddət keçdikdən sonra onunla əlaqə saxlayaraq 2403 manat məbləğində dövlət rüsumunun ödənilməsi tələb olunmuşdur. O, əməkdaşdan ona qanuni əsaslara hesab göndərməyini və dedikləri məbləğdə dövlət rüsumunu qanuna uyğun olaraq əsaslandırmasını xahiş etmişdir. Sonradan whatsapp tətbiqi ilə ona tərəflərindən tərtib olunmuş cədvəl göndərmişdir. Həmçinin səsyazısı ataraq ona bildirilmişdir ki, onun tinglərdən nümunələr götürülmüş, cədvəldə göstərilmiş ödənişləri ödəmək lazımdır. O, dəfələrlə idarənin inzibati binasında olmuş və əməkdaşlardan tələb edərək ona hesab nömrəsi verilməsini və ödənişlərinin Nazirlər Kabinetinin qərarına uyğun olaraq ödəmək istədiyini bildirsə də, heç bir nəticəsi olmamışdır. Qanunun ona verdiyi bütün vasitələrdən istifadə edərək dövlət rüsumunu ödəmək istəsə də, qanundan kənar işləyən idarənin əməkdaşları ona ödəniş etməyə imkan verməmişlər. Eyni tarixdə ona üç qərar yazılmış və ümumilikdə 4500 manat məbləğində cərimə olunmuşdur. Qərarlardan narazı qaldığı üçün məhkəmə qaydasında mübahisələndirmiş və Masallı Rayon Məhkəməsi tərəfindən hər üç qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana qaytarılmışdır. Sonradan Agentliyin əməkdaşları 2025-ci ilin iyul ayında evinə gələrək gilas və qoz tinglərinin harda olmasını soruşduqda o da bildirmişdir ki, tinglər 2025-ci ilin fevral ayından həyətində olmuş, havaların isti keçməsi və həmçinin tinglərin yanmaq ehtimalının çox olması ilə əlaqədar hazırda tingləri sahədə müvəqqəti torpağa əkilmişdir. Bundan sonra agentliyin işçiləri yenə də barəsində heç bir əsas olmadan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə protokol tərtib edərək ona 4000 manat cərimə yazmışlar. Agentliyin işçiləri ona hansı yazılı göstəriş verdilər ki, o da icra etməsin. Məhkəmə qərarlarından sonra agentlik tərəfindən ona heç bir bildiriş, tələb və yaxud xəbərdarlıq gəlməmişdir. Agentlik onunla qərəzlidir, qanunları pozaraq əsassız olaraq cərimə etmişlər. Tinglərə görə qanunla müəyyən olunmuş dövlət rüsumunu ödəməyə hazırdır, lakin agentlik tərəfindən dövlət rüsumunu ona ödəməyə imkan vermirlər. Onun tərəfindən heç bir inzibati xəta törədilməmiş, ona yazılmış cərimə qərəzli olduğundan ləğv edilməlidir. Şikayət vermiş şəxs X17 məhkəmə iclası zamanı şikayətini müdafiə edib, şikayətdə göstərilənlərə uyğun izahat verərək məhkəmədən şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikasının Qida X3-X18nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, sınaqların aparılması haqqında xidmət haqqı “Fitosanitar tədbirlərinə və dövlət fitosanitar xidmətlərinə görə xidmət haqqının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 avqust tarixli 307 nömrəli Qərarı ilə tənzimlənir. Fitosanitar Nəzarəti haqqında Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında fitosanitar nəzarətini (dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində fitosanitar nəzarəti ilə bağlı tədbirləri isə gömrük orqanları ilə birlikdə) X10 həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X10 haqqında Əsasnamənin 3.0.33-16-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasına gətirilmiş və ölkədən aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışı keçirmək və laboratoriya ekspertizasını aparmaq səlahiyyətləri X8 verilmişdir. Sınaqların aparılması haqqında xidmət haqqının ödənilməsinin vacibliyi dəfələrlə şifahi və yazılı şəkildə idxalçı X12 diqqətinə çatdırılsada, o, əvvəlcə ödənişi ödəyəcəyini bildirmiş, sonra isə məhsulların onun adına idxal olunmasına baxmayaraq yükə sahibliyin və cavabdehliyin başqa şəxslərə məxus oluğunu və onlar tərəfindən ödənişin ödənilməsindən imtina edildiyini bildirmişdir. İdarənin əməkdaşları idxalçının xx.xx.2025-ci il tarixdə məhsullardan nümunə götürülən zaman onun tərəfindən məhsulların toxunulmazlığı barədə iltizam verməsini diqqətə çatdıraraq məhsullara təkrar baxışın keçirilməsi üçün şərait yaradılmasını xahiş etmişlər. İdarə əməkdaşları 19 mart 2025-ci il tarixdə məhsullara təkrar baxış keçirmək üçün məhsulların boşaldıldığı ünvan 1inə getsələr də, idxalçı X7 olmadığını əsas gətirərək məhsullara baxış keçirilməsinə şərait yaratmamışdır. 19 mart 2025-ci il tarixdə Masallı Rayon icra Hakimiyyəti Başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümyəndəsi X6 iştirakı ilə akt tərtib edilmişdir. Bundan sonra idxalçıya xx.xx.2025-ci il tarixli, 3- 44-8/2-C- 568/2025 nömrəli xəbərdarlıq məktubu göndərilmiş, qanunvericiliyin tələbləri nəzərinə çatdırılmış, sınaqların aparılması barədə protokol və məhsulların toxunulmazlığı barədə məlumatlar tələb edilmişdir. Şikayət ərizəsində qeyd edilir ki, Agentliyin X5 tərəfindən şikayətçiyə heç bir yazılı göstəriş verilməmiş, o cümlədən hər hansı bir bildiriş, tələb və yaxud xəbərdarlıq göndərilməmişdir. Şikayətçi heç bir qanunvericilik normasını pozmadığını, habelə ona yazılmış cərimənin qərəzli olduğunu və ləğv edilməli olduğunu iddia edir. Bununla əlaqədar iş materiallarına əlavə olunan və şikayətçi X12 imzaladığı 26 fevral 2025-ci il tarixli iltizama əsasən, o, İD**********, İD**********, İD********** idxal icazələri ilə ölkəyə gətirilmiş məhsulların sınaq nəticələri məlum olana kimi həmin məhsulları ünvan 1i ünvanında yerləşən anbarda saxlayacağına dair məsuliyyyəti öz üzərinə götürmüşdür. Bundan başqa həmin iltizamda müvafiq tələblərinin yerinə yetirilmədiyi halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən inzibati məsuliyyətinin müəyyənləşdirildiyi barədə məlumat öz əksini tapmışdır. Görünüyü kimi, hazırkı iş üzrə məsuliyyət yaradan hərəkət qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi çərçivəsində müvafiq icra hakimiyyəti orqanının, yəni Agentliyin X5nin qanuni yazılı tələblərinin yerinə yetirilməməsidir. Həmin yazılı göstərişin hər hansı qərar formasında olması isə mütləq deyildir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt dedikdə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri nəzərdə tutulur. Bundan başqa, Agentliyin X5nin 2025-ci il 3 iyul tarixli 3- 44-8/2-C-1254/2025 nömrəli və 2025-ci il 15 iyul tarixli 3-44-8/2-C-1322/25 nömrəli bildirişlərinə əsasən, X13 onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildiyi, həmin protokol əsasında inzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında qərar çıxarıldığı və aşkar edilmiş pozuntunun aradan qaldırılması üçün 10 (on) gün müddət müəyyən olunduğu bildirilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmədən şikayətçi X12 Azərbaycan Respublikasının Qida X1-X18 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə şikayətinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan 26 fevral 2025-ci il tarixli iltizamdan görünür ki, X17 idxal məhsulların sınaq nəticələri məlum olana və X9 alınadək məhlulları ünvan 1i ünvanında yerləşən anbarda saxlayacağına dair bütün qanuni məsuliyyətini öz üzərinə götürmüşdür. Saxlanca verilmiş məhsulların siyahısı-gilas tingi “Brokforest 0900 Ziraat”-1139 kq-1100 ədəd, gilas tingi “Starks Gold”-414 kq-400 ədəd, naringi tingi “Satsuma Clausellina”-17500 kq-2500 ədəd, naringi tingi “W.Murcott”-3255 kq-465 və qoz tingi “Chandler”-52 kq-ədəd məhsullar qeyd edilmişdir. Həmçinin iltizamda müvafiq tələblərinin yerinə yetirilmədiyi halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyət izah olunmuşdur. İş materiallarında olan AQTA-nın X5nin əməkdaşları X14, X2 və Masallı RİHB-nin Çaxırlı inzibati ərazi dairəsi üzrə nümayəndəsi X6 iştirakı ilə tərtib edilmiş 19 mart 2025-ci il tarixli aktdan görünür ki, X12 idxal etdiyi gilas, naringi və qoz tinglərinin əkilməsinə dair Kəlbəhüseynli kəndində yerləşən anbara baxış həyata keçirmək mümkün olmamışdır. X17 ilə mobil rabitə vasitəsi ilə əlaqə saxlayaraq mövcüd vəziyyətlə bağlı məlumat verildi. Sahibkar gələ bilməyəcəyini, hal-hazırda Cəlilabad rayonunda olduğunu bildirmişdir. Bu səbəbdən də X13 məxsus idxal olunmuş tinglərə baxış həyata keçirmək mümkün olmamışdır. İş materiallarında olan 15 iyul 2025-ci il tarixli, MN №0010868 saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, X17 Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 (dörd min) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 10 (on) gün müddət müəyyən edilmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları ilə qarşılıqlı təhlil etməklə araşdıraraq hesab edir ki, qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar-inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və ekspertizanın aparılması Qaydalarının aşağıdakı bəndlərinə əsasən:
19. Fitosanitar karantin baxışı zamanı götürülən bitki mənşəli və digər karantin nəzarətində olan materialların nümunələri ekspertizandan keçirilir.
20. Ekspertizaya aşağıdakılar daxildir: 20.1. bitkilərin karantin zərərvericilərini, xəstəlik törədicilərini və təhlükəli alaq otlarını aşkar etmək məqsədilə - entomoloji, fitopatoloji, virusoloji, bakterioloji, fitohelmintoloji və herboloji təhlillərin aparılması; 20.2. aşkar edilmiş zərərli orqanizmlərin hansı növə aid olduğunun təyin edilməsi; 20.3. təyin edilmiş obyektlərin mümkün olan (potensial) təhlükəsi və onlara qarşı karantin tədbirləri haqqında laboratoriya mütəxəssislərinin rəyi.
21. Karantin tətbiq edilən zərərli orqanizmlər üzrə rəy 2-3 gün ərzində, canlı bitki materialları üzrə isə (tinglər, qələmlər, çiçək soğanaqları, kök yumruları və s.) material alınan günün sonrakı günündən gec olmayaraq verilməlidir. Çətin və uzunmüddətli tədqiqatlar (virusoloji, bakterioloji, fitopatoloji, helmintoloji, rentgenoqrafik) aparılan zaman, karantin nəzarətində olan materialların ekspertizaya verilməsi və onların karantin vəziyyəti haqqında rəyin gecikdirilməsinin maksimum müddəti bir aydan artıq olmamalıdır.
22. Ekspertiza prosesi nəqliyyatı yubatmamalı, sənaye və ticarət təşkilatlarının işini pozmamalı və karantin nəzarətində olan materiallar daxil olan təsərrüfatlarda səpinin vaxtında aparılmasına təsir etməməlidir.
25. Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materialların ekspertiza hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına aparılır. Göründüyü kimi, karantin tətbiq edilən zərərli orqanizmlər üzrə rəy 2-3 gün ərzində, canlı bitki materialları üzrə isə (tinglər, qələmlər, çiçək soğanaqları, kök yumruları və s.) material alınan günün sonrakı günündən gec olmayaraq verilməlidir. Çətin və uzunmüddətli tədqiqatlar (virusoloji, bakterioloji, fitopatoloji, helmintoloji, rentgenoqrafik) aparılan zaman, karantin nəzarətində olan materialların ekspertizaya verilməsi və onların karantin vəziyyəti haqqında rəyin gecikdirilməsinin maksimum müddəti bir aydan artıq olmamalıdır. Lakin, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, şikayətçi X4 Respublikasından gilas, naringi və qoz tinglərini ölkəyə idxal etmiş, tingləri aldığı şirkət tərəfindən ona həmçinin beynəlxalq dərəcəli təhlükəsizlik sertifikatı verilmişdir. V.Cəlilov həmin tingləri ünvan 1ində yerləşən həyətində yığmış, bundan sonra Qida X3- X18nin əməkdaşları tinglərə yerində baxış keçirməli olduqlarını və onlardan nümunələr götürəcəklərini bildirmişlər. 26 fevral 2025-ci il tarixdə agentliyin əməkdaşları tərəfindən tinglərə baxış keçirdərək nümunələr götürülmüş, həmin vaxt ona idxal məhsulların sınaq nəticələri məlum olana və X9 alınadək məhlulları ünvan 1i ünvanında yerləşən anbarda saxlaması və buna dair bütün qanuni məsuliyyətini öz üzərinə götürməsi barədə iltizama imza etdirməklə, müvafiq tələblərinin yerinə yetirilmədiyi halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyət izah olunmuşdur. Qısa müddət keçdikdən sonra agentliyin əməkdaşları V.Cəlilovla əlaqə saxlayaraq müvafiq rəyin verılməsi üçün 2403 manat məbləğində dövlət rüsumunun ödənilməsini bildirmiş, sonuncu da əməkdaşlardan ona rəsmi hesab göndərilməsini və dedikləri məbləğdə dövlət rüsumunu qanuna uyğun olaraq əsaslandırmalarını xahiş etmişdir. Bundan sonra onun telefonuna özlərinin tərtib etdikləri cədvəl göndərilmiş, lakin şikayətçi bununla razılaşmayıb ödənişi Nazirlər Kabinetinin qərarına uyğun olaraq ödəyəcəyini bildirmişdir. Artıq havalar istiləşdiyindən və tinglərin yanmaq ehtimalının çox olması ilə əlaqədar məcbur olub may ayında tingləri sahədə torpağa əkmişdir. Yuxarıda qeyd olunan Qaydalara əsasən Qida X3-X18nin əməkdaşları tinglərdən nümunələr götürdükləri günün sonrakı günündən gec olmayaraq müvafiq rəyi verməli olduqları halda, ekspertiza xərci ödənmədiyi üçün tinglərin torpağa əkilməsinə icazə verməmişlər. Baxmayaraq ki, ekspertiza prosesi nəqliyyatı yubatmamalı, sənaye və ticarət təşkilatlarının işini pozmamalı və karantin nəzarətində olan materiallar daxil olan təsərrüfatlarda səpinin vaxtında aparılmasına təsir etməməlidir. Eyni zamanda məhkəmədə iştirak edən agentliyin nümayəndəsi hüquqi və ya fiziki şəxs tərəfindən ekspertiza xərci ödənilmədiyi təqdirdə müvafiq rəyin verilməməsinin hansı qanun və normativ aktla tənzimləndiyini bildirə bilməmişdir. Halbuki, şəxs tərəfindən ekspertiza xərci ödənilmədiyi təqdirdə agentliyin mülki məhkəmə icraatı qaydasında aidiyyatı məhkəməyə müraciət edib həmin məbləği tələb etmək hüququ vardır. Məhz bu səbəbdən də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Qida X3-X18nin 15 iyul 2025-ci il tarixli, MN №0010868 saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsinə dair V.L.Cəlilov tərəfindən verilmiş şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 135.1, 135.1.1-135.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; - tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Qida X3-X18 tərəfindən inzibatı tənbeh vermə haqqında qərarı hadisənin faktiki hallarına uyğun deyil və səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134, 135, 136-137ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikasının Qida X3-X18nin X17 barəsində 15 iyul 2025-ci il tarixli, MN №0010868 saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Firdovsi Əliyev