Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1725/2025 07.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Tələbkar Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, xx.xx.1974-cü ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 06 avqust 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs özünə məxsus əmlakları Zərərçəkmiş şəxs məxsus evdən götürməyərək Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-2581/2024 saylı icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında icra məmuru X4 bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-2581/2024 saylı icra sənədi xx.xx.2024-cü il tarixdə Masallı rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmaqla tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədinin icrası ilə bağlı tələbin könüllü icrası barədə borclu Şəxs bildiriş ünvanlanmışdır. Lakin, borclu icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclunun qeydiyyatda olduğu ünvana getmiş, bundan sonra borclu ilə əlaqə saxlanılması mümkün olmamış, borclu icra çağırışlarından yayındığına görə barəsində axtarış elan edilmiş, tutularaq icra şöbəsinə gətirildikdən sonra barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Lakin hazırda tərəflərin arasında razılıq əldə edilmişdir. Bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Şəxs məhkəmə qətnaməsini icra etmək niyyətinin olduğunu, əmlakları tələbkarın evindən çıxarmaq istədiyini, lakin tələbkarın əmlakları çıxarmasına qəsdən mane olduğunu bildirmişdir. Bu səbəbdən də borclu ilə tələbkarın razılıq əldə etməsi üçün iclas növbəti günə təxirə salınmışdır. Növbəti məhkəmə iclasında Gülnar Sarxanova məhkəmə iclasına gəlməmiş, lakin icra məmuru onun icra şöbəsinə təqdim etdiyi ərizəsini məhkəməyə vermişdir. O, həmin ərizəsində əmlaklardan imtina etdiyini, tələbkar tərəfindən həmin əmlakların evdən çıxarılmasına və ehtiyacı olan şəxslərə verilməsinə etiraz etmədiyini göstərmişdir. Odur ki, qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)- 2581/2024 saylı icra sənədinə əsasən Şəxs qızna məxsus cehiz əmlakları qızı Zərərçəkmiş şəxs məxsus evdən çıxarılmalıdır. Lakin Şəxs uzun müddətdir ki, özünə məxsus əmlakları çıxarmadığına görə aralarında narazılıq yaranmış, bununla bağlı dəfələrlə icra və parobasiya şöbəsinə şikayətlər etmişdir. Şəxs bərsində icra məmuru tərəfindən protokol tərtib edilərək məhkəməyə verilmişdir. Növbəti məhkəmə iclasında iştirak etməsə də, icra məmuru onun da İcra şöbəsinə təqdim etdiyi ərizəsini məhkəməyə təqdim etmişdir. Həmin ərizədə göstərilmişdir ki, İnzibati xəta haqqında işə məhkəmədə baxılması təxirə salındıqdan sonra Şəxs icra şöbəsinə ərizə təqdim edərək icra sənədində olan əmlaklardan imtina etmiş, ehtiyacı olan şəxslərə paylanması barədə razılıq vermişdir. O da həmin təkliflə razılaşmış, borcluya məxsus əmlakları evdən çıxarmaqla ehtiyacı olan şəxslərə verəcəkdir. X1rşı şikayət və tələbi olmadığını bildirib, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin yuxarıda qeyd edildiyi kimi məhkəməyə razılığa gəlmələri ilə bağlı ərizələrini icra məmuru vasitəsi ilə təqdim etmişlər. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxs iştitrakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsasına görə xitam verilməlidir. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-2581/2024 saylı icra sənədindən görünür ki, Şəxs məxsus cehiz əmlaklar iddiaçı Zərərçəkmiş şəxs məxsus Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evindən Şəxs tərəfindən çıxarılmalıdır. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-2581/2024 saylı icra sənədi xx.xx.2024-cü il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, xx.xx.2024-cü il tarixdə icra məmuru Bəhruz İbayev tərəfindən icraata başalamaq haqqında qərar qəbul edilmişdir. Tələbin könüllü icrası barədə xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-2581/2024 saylı icra sənədi 10 gün müddətində jönüllü icra etməsi barədə Şəxs bildiriş ünvanlanmışdır. Borclunun axtarılması barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs icra çağırışlarından yayındığına görə barəsində axtarış elan edilmişdir. Şəxs Masallı rayon Məhkəməsinə və Masallı rayon İcra və Porbasiya şöbəsinə yazdığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-2581/2024 saylı icra sənədində göstərilən əmlakları ehtiyacı olan şəxslərə verilməsi ilə bağlı tələbkar Zərərçəkmiş şəxs və anası Nümayəndə tərəfindən evdən çıxarılmaqla verilməsinə razılıq vermiş, əmlakların və onların dəyəri ilə bağlı gələcəkdə məhkəməyə və digər orqanlara iddia qaldırmayacaqdır. Bununla bağlı hüquq və vəzifələri ona izah olunmuşdur. Zərərçəkmiş şəxs Masallı rayon Məhkəməsinə və Masallı rayon İcra və Porbasiya şöbəsinə yazdığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-2581/2024 saylı icra sənədinə əsasən borclu Şəxs tərəfindən əmlakların çıxarılması ilə bağlı aralarında razılaşmışlar, borclu barəsində inzibati protokol tərtib edilməsinə baxmayaraq, barəsində tədbir görülməməsini və sənədləri icra etmədən “İcra haqqında” Qanunun 23.1.1 maddəsinə əsasən məhkəməyə qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məsuliyyət məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə yaranır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Qeyd edilən normaların da məzmunundan görünür ki, icra sənədi üzrə icra məmurunun ilkin olaraq icraata başlamaq haqqında qərar qəbul etməsi və tələbin könüllü icrası üçün borclu şəxsə məlumat verməsi vəzifələri nəzərdə tutulmuşdur. Qeyd edilən normalardakı müddəalar icra sənədi ilə bağlı borclunun məlumatlandırılmasına xidmət etməklə, adından da məlum olduğu kimi tələbin könüllü olaraq icra etməsi üçün borcluya müəyyən vaxt verilməsini özündə əks etdirir. Qeyd olunan Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İcra məmuru tərəfindən qanunvericiliyin tələbinə əsasən qeyd edilən zəruri hərəkətlər edilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etdiyi gün, yəni xx.xx.2025-ci il tarixdə Şəxs izahatı alınarkən sonuncunun qeyd edilən əmlakları tələbkarın evindən çıxarmaq istədiyini, lakin tələbkarın buna icazə vermədiyini bildirməsinə məhəl qoymadan şəxsin barəsində protokol tərtib etmişdir. Halbuki, şəxsin icra sənədinin icrasından yayınmaq fikri olmamışdır. Elə həmin vaxt məhkəmə iclasında da Şəxs icra sənədində olan əmlakları çıxarmaq istədiyini, əmlakları özünə məxsus torpaq sahəsinə boşaltmaq niyyətində olduğunu bildirmiş, tələbkar isə buna etiraz edərək həmin əmlakları vaxtında çıxartmalı olduğunu, əmlakları çıxartıqdan sonra torpaq sahəsinə deyil, başqa yerə yığılmasını tələb etmişdir. Məhkəmə iclasında açıq-aşkar məlum olmuşdur ki, tələbkarın özü də icra sənədinin icrasına bu və ya digər formada maneçilik törətmişdir. Tərəflərin qarşılıqlı razılaşmasının əldə edilməsi üçün məhkəmə prosesi zamanı tərəflərlə söhbət aparılmış, bunun nəticəsi olaraq onlar bir gün ərzində icra şöbəsinə ərizələr təqdim edərək razılığa gəldiklərini ifadə etmişdirlər. Göründüyü kimi, şəxsin əməlində inzibati xəta hadisəsi olmadığı halda, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-cı maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1725/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1725/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver