Məhkəmə qərarları › İş №3(050)-1726/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1726/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1726/2025 07.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Masallı rayonu, Təzə Alvadı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 07 avqust 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-1938/2019 saylı icra sənədinin icrasını tam təmin etməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: İcra məmuru X8 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-1938/2019 saylı saylı icra sənədi xx.xx.2022-ci il tarixdə icra və probasiya şöbəsinin icraatına daxil olmuş, sabiq icra məmuru İlkin Həsənov tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başalamaq haqqında qərarlar qəbul edilmişdir. İcra məmuru tərəfindən bir sıra icra hərəkətləri aparılmış, borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarlarına əsasən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati həbs tənbeh tədbiri görülmüşdür. İcra məmuru İlkin Həsənov xidməti yerini dəyişdiyindən icra sənədi onun icraatına verilmişdir. Borlcu Şəxs sonuncu dəfə inzibati həbsdən azad edildikdən sonra icra sənədi üzrə aliment borcundan ödəniş etsə də, lakin tam şəkildə aliment borcunu ödəməmiş, nəticədə onun əvvəlki aylar üzrə ödənilməmiş 4500 qalıq aliment borcu yaranmışdır. Qalıq aliment borcunun ödənilməsi ilə bağlı dəfələrlə Şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, lakin borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Buna baxmayaraq, Şəxs aliment öhdəliyini tam şəkildə icra etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Bu səbəbdən barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-1938/2019 saylı icra sənədindən məlumatlıdır. Həmin icra sənədində hər ay iki uşağa görə tələbkar Zərərçəkmiş şəxs 200 manat sabit pul məbləğində ödənilməsi qeyd olunmuşdur. Lakin, maddi imkanı olmadığından aliment borcunu tələbkara tam şəkildə ödəyə bilməmişdir. Sonuncu dəfə 2024-cü ilin mart ayında aliment borcunu ödəmədiyinə görə məhkəmənin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 15 gün inzibati qaydada həbs edilmişdir. Həbsdən azad olunduqdan sonra mütəmadi aylıq 200 manat aliment borcunu, əlavə olaraq alıq borcuna görə 50 manat olmaqla, ümuilikdə hər ay 250 manat tələbkar Zərərçəkmiş şəxs ödəmişdir. Hazırda da ödənişlərini davam etdirir. Buna baxmayaraq, icra sənədi üzrə əvvəlcədən yaranmış 4500 manat qalıq borcu yaranmışdır. İcra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmır, lakin heç bir yerdə işləmədiyindən borcundan tam şəkildə ödəniş edə bilməyəcəyini, lakin aylıq ödənişlərin miqdarını artırmaqla borcunu ödəyəcəyinə söz verir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, borclu indiyədək icra sənədi üzrə borcundan tam şəkildə ödəniş etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Borclu hər ay ödənişlər etsə də, lakin 2024-cü ilin oktyabr ayından bu günə kimi icra sənədi üzrə 4500 manat qalıq borcu yaranmış, hazırda həmin borcun tam şəkildə ödənilməsini tələb edir. Lakin, heç bir yerdən əlavə gəliri olmadığına görə himayəsində olan iki azyaşlı uşağın saxlanılmasında çətinliklər yaranmışdır. Bu səbəbdən borcun tam şəkildə ödənilməsini tələb edir. Borclu borc məbləğini ya tam şəkildə ödəsin, ya da ödəmədiyi təqdirdə barəsində qanunamüvafiq qaydada inzibati tənbeh tədbiri görülsün. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-1938/2019 saylı icra sənədindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment Şəxs alınaraq X1 ödənilməlidir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-1938/2019 saylı icra sənədi üzrə icraata başalamaq haqqında qərar qəbul edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci madələri ilə 15 gün müddətə inzibati qaydada həbs edilmişdir. Borclunun axtarılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Masallı rayon İcra və probasiya şöbəsinin icra mıəmuru Emin Teymurov tərəfindən məhkəmə təqdim edilmiş borclunun ödənişləri barədə hesabatdan görünür ki, Şəxs tərəfindən 2024-cü ilin sentyabr ayından xx.xx.2025-ci il tarixədək icra sənədi üzrə mütəmadi ödənişlər həyata keçirilmişdir. Məhkəmə iclasında tərəflərin, o cümlədən icra məmurunun verdiyi izahatdan məlum olmuşdur ki, borclu Şəxs sonuncu dəfə həbsdən çıxdıqdan sonra icra sənədi üzrə üzrə aliment borcunu hər ay müəyyən məbləğlər ödəmiş, lakin əvvəlcədən alimenti vaxtında ödəmədiyindən hazırda icra sənədi üzrə üzrə borclunun 4500 manat ödənilməmiş qalıq aliment borcu yaranmışdır. İcra məmuru tərəfindən icra sənədi üzrə borcundan hər ay müəyyən edilmiş 200 manat aliment borcu və müəyyən edilmiş əlavə 50 manat pulu ödəməsi ilə bağlı məlumat verilmişdir. Tələbkar da məhkəmə iclasında verdiyi izahatında ona borclu tərəfindən mütəmadi ödənişlər edilməsini etiraf etmiş, buna baxmayaraq icra sənədi üzrə qalıq brocunun tam şəkildə ödənilməsini tələb etmiş, borclu isə hər ay 200 manat alimet borcundan əlavə 100 manat olmaqla 300 manat tələbkara ödəyəci barədə öhdəlik götürmüş, lakin tələbkar borclunun təklifini qəbul etməyərək aliment borcunun tam şəkildə ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Məhkəmə qeyd edilən maddədə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulduğunu, Şəxs borcundan hər ay ödəniş etməsini, hazırda da qalıq aliment borcunu ödəmək fikrində olduğunu bildirərək icra sənədinin icrasından qəsdən boyun qaçırmadığını nəzərə alaraq, belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yaranmamışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar