Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1728/2023 09.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Masallı rayonu, Xıl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 08 oktyabr 2023-cü il tarixdə ünvan 1 ünvansız söyüş söyməklə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs 08 oktyabr 2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə saat 17 radələrində, Masallı rayonu, Xıl kənd sakini Şəxs qonşusu X6 ilə aralarında mübahisələri olması barədə Masallı RPŞ-nin İTB-nin sahə rəisi Orxan Balakişiyevə telefon məlumatı daxil olmuş, Orxan Balakişiyev mübahisə yerinə yaxınlaşarkən Şəxs sərxoş vəziyyətdə uca səslə söyüşsöydüyünü eşidib, ona yaxınlaşıb özünü təqdim etdikdən sonra, onu nizam-intizma dəvət etmişdir. Lakin Şəxs polisin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq, öz hərəkətlərini davam etdirdiyi üçün yaxınlıqda olan RPŞ-nin PPXB-nin polis nəfərləri polis baş serjantı X9 və polis serjantı X1 çağırmışdır. Şəxs təxminən 20-25 dəqiqə öz qanunsuz hərəkətlərini davam etdirərək, polisin qanuni tələblərinə qəsdən məhəl qoymamışdır. Bundan sonra vətəndaş Şəxs RPŞyə gətirilmişdir. Göstərilən səbəblərdən barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Masallı rayonu, Xıl kəndi ərazisində olduğu vaxt sərxoş olmuş, qonşusu X6 ilə aralarında xırda mübahisə yaransa da, lakin onu qarşı müqavimət göstərməmiş, onu və ya digər şəxsləri söyməmişdir. Həmin vaxtı sərxoş vəziyyətdə söyüş söyməsini xatırlamır. Polis əməkdaşları ona yaxınlaşmış, onu xidməti avtomaşınla Masallı RPŞ-yə aparmışlar. X4 aralarında bir müddət əvvəl mübahisə və narazılıqları olmuş, Elnur onu döysə də, onun barəsində şikayət etməmişdir. Elnur polis əməkdaşıdır. Hadisə baş verən günü, yəni xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu xidməti avtomaşınla Masallı RPŞ-yə gətirdikdən sonra orada Elnur ona zor tətbiq etmiş, onu polis şöbəsində döyüb xəsarət yetirmişdir. Bətənindəki xəsarətlər (qızartılar) polis şöbəsində döyülməsi nəticəsinə yaranmışdır. Sonda Şəxs barəsində yüngül tənbeh tədbiri görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB sahə polis polis sahə rəisi X10 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində, Masallı rayonu, Xıl kənd sakini Şəxs qonşusu X6 ilə aralarında mübahisələri olması barədə ona telefon məlumatı daxil olmuşdur. Həmin vaxtı o, birinci olaraq mübahisə yerinə yaxınlaşarkən Şəxs sərxoş vəziyyətdə uca səslə söyüşsöydüyünü eşidib, ona yaxınlaşıb özünü təqdim etdikdən sonra onu nizam-intizma dəvət etmişdir. Şəxs sərxoş olduğundan onun tələblərinə tabe olmayaraq, ona qarşı söyüş söyməyə davam etmişdir. Şəxs onun qanuni tələblərinə qəsdən məhəl qoymayaraq, öz hərəkətlərini davam etdirdiyi üçün yaxınlıqda olan RPŞ-nin PPXB-nün polis nəfərləri polis baş serjantı X9 və polis serjantı X1 çağırmışdır. Buna baxmayaraq, Şəxs təxminən 20-25 dəqiqə öz qanunsuz hərəkətlərini davam etdirərək, polisin qanuni tələblərinə qəsdən məhəl qoymamışdır. Bundan sonra Şəxs xidməti avtomaşınla RPŞ-yə gətrimişlər. Şəxs qarşı heçbir polis əməkdaşı tərəfindən zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin manqa komandiri X9 izahatında göstədi ki, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində, kimliyi sonradan məlum olan Masallı rayonu, Xıl kənd sakini Şəxs sərxoş vəziyyətdə uca səslə söyüş söydüyünün şahidi olmuş, həmin vaxtı ona yaxınlaşıb özünü təqdim etdikdən sonra, onu nizam-intizma dəvət etmişdir. Lakin vətəndaş Şəxs onun və digər polis əməkdaşlarının qanuni tələblərinə qəsdən məhəl qoymayaraq, öz hərəkətlərini təxminən yarım saat davam etdirdikdən sonra onu xidməti avtomaşınla RPŞ-yə gətirmişlər. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində 08 oktyabr 2023-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 oktyabr 2023-cü il tarixdə saat 19:50-də inzibati qaydada tutulmuşdur. İşdə olan alkotesterin cavabından görünür ki, Şəxs sərxoş vəziyyətdə olmuşdur. Şəxs təqsiri inzibati xəta haqqında protokol, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən hal onun himayəsində azyaşlı övladlarının olmasıdır.; inzibati tənbehi ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni 08 oktyabr 2023-cü il tarixdən saat 19:50-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Babayev X7 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-1728/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1728/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver