Məhkəmə qərarları › İş №3(050)-1728/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1728/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1728/2024 19.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasnın katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxx 2001-ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Masallı rayonu, Ərkivan qəsəbəsində kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs 28 iyul 2024-cü il tarixdə, saat 19:00 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində etibarnamə ilə idarə etdiyi “VAZ 2107” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolun eyni hərəkət zolağında hərəkətdə olan X2 idarə etdiyi “Fort Tranzit” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə sərnişini olan Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 28 iyul 2024-cü il tarixdə, saat 19:00 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 2107” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Masallı rayonu, Ərkivan qəsəbəsində Masallı şəhəri itsiqamətində hərəkətdə olan zaman qarşısında hərəkətdə olan X1 idarə etdiyi “Ford Tranzit” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil sağa dönmə manevri edərək, ikinci dərəcəli yola döndüyü vaxt idarə etməni itirərək həmin avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobildə arxa otracaqda əyləşmiş anası Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti aldığı üçün təcili tibbi yardım avtomobili ilə Masallı RMX-na aparılmışdır. Hazırda etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmasını, ondan şikayət və tələbi olmamasını nəzərə alaraq ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun oğludur. Oğlu Azər 28 iyul 2024-cü il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolun eyni hərəkət zolağında hərəkətdə olan X1 idarə etdiyi “Ford Tranzit” markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Həmin vaxt o, Azərin idarə etdiyi avtomobildə olmuş və hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarəti almışdır. Hazırda Şəxs qarşı şikayət və tələbi olmamasını nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında 31 avqust 2024-cü il tarixli İXP ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi və əməlindən peşman olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. Onun əməlində iş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar