Məhkəmə qərarları › İş №3(050)-1728/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1728/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1728/2025 11.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Masallı RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı şəhəri, M.Hüseyn küçəsi ev 22-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə tərtib edilmiş protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati protokol sənədlərlə birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: Masallı RPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı X1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, seriya İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:06-da Masallı şəhəri, Qarabağ küçəsində idarə etdiyi “Mercedes-Benz 190” minik markalı, ** BX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair alkoltester nəticəsinə əsasən sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Masallı RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru Nümayəndə məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:06 radələrində Masallı şəhəri, Qarabağ küçəsində idarə etdiyi “Mercedes-Benz 190” minik markalı, ** BX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Masallı RPŞ-nin YPX-nin inspektoru Anar Qurbanlı tərəfindən saxanılmış, yoxlama zamanı sürücü alkoltestr müayinəsindən keçirilmiş, alkoltestrin nəticəsinə əsasən Şəxs nəqliyyat vasitəsini alkoqollu içkinin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əvvəllər də alkoqollu içkinin təsiri altına avtomaşını idarə etməsinə görə barəsində Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bununla bağlı ondan izahat alınmış, eyni inzibati xətanı ilə ərzində təkrar törətməsinə görə barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, spirtli içki aludəçisi deyildir. Lakin, xx.xx.2025-ci il tarixdə iki bakal pivə içmişdir. Həmin günü saat 23 radələrində idarə etdiyi avtomaşınla Masallı şəhəri ərazisində hərəkətdə olduğu vaxt YPX-nin əməkdaşı tərəfindən saxlanılmış, alkoltestr müayinəsinə təqdim edilmişdir, etiraz etməyərək alkoltestr müayinədən keçmişdir. Alkoltestrin nəticəsinə əsasən alkoqollu içkinin təsiri altında avtomaşın idarə eydiyi müəyyən edilmişdir. Hal-hazırda etdiyi əməldən səmimi peşmandır. Vətən müharibəsi iştirakçısı olduğunu nəzərə alıb barəsində yüngül inzibati tənbeh tədbirini tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2025-ci il tarixli, seriya İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:06-da Masallı şəhəri, Qarabağ küçəsində idarə etdiyi “Mercedes-Benz 190” minik markalı, ** BX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair alkoltester nəticəsinə əsasən sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli 6374 saylı alkoltestrin nəticəsindən görünür ki, Şəxs 4,037% promildə alkoqolun miqdarı aşkar olunmuş, o, “2 bakal pivə içib maşını idarə edirdim, alkoltestrin nəticəsi ilə razıyam, Şəxs” qeydi apararaq imzası ilə təsdiq etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(050)-1803/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində inzibati tənbeh tədbiri görülmüşdür. Elektron sistemdən çıxarışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmiş, həmin protokola əsasən tarixdə dəbbə pulu ilə birlikdə ümumlikdə 420 manat ödəniş edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi onun etirafedici izahatı və protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatı, inzibati xəta haqqında protokolla, sərxoşluq vəziyyətinin yoxlanılmasına dair alkoltesterin nəticəsi, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, “Vətən müharibəsi” iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququ müəyyən müddətə məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsinə dair hissədə Azərbaycan Respublikası DİN-nin BDYP-yə, cəriməyə dair hissədə icrası isə Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar