Məhkəmə qərarları › İş №3(050)-1729/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1729/2025

20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1729/2025 20.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə X1 Masallı RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək, Masallı RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İşin halları və tərəflərin izahatları X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 19:00-da özünə məxsus “Kia Optima” minik markalı ** RM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edərək Masallı şəhəri, Fizuli küçəsində hərəkətdə olduğu zaman Masallı RPŞ-nin YPXnin inspektoru baş serjant X3 tərəfindən saxlama işarəsi verildiyi üçün avtomobili saxlamışdır. YPX-nin əməkdaşı ona giriş nişanının tələbini pozduğu üçün İXM-nin 327.2-ci maddəsi üzrə 100 manat məbləğində cərimə olunması barədə bildirmişdir. Halbuki, o, həmişə həmin yoldan avtomobillə keçmiş və hər hansı “giriş qadağandır” nişanının olmasını bilməmiş və görməmişdir. Ola bilər ki, həmin giriş nişanı 3-4 gün əvvəl qoyulmuş olsun və onun bundan xəbəri olmasın. “Giriş qadağandır” nişanını görmədiyindən ilk dəfə olaraq bu inzibati xətanı törətmişdir. YPX-nin əməkdaşı isə ilk dəfə olduğuna görə ən azından ona xəbərdarlıq etməli idi. Odur ki, 100 manat məbləğində cərimə olunmasına görə narazılığını bildirməklə qərarın ləğv edilməsini xahiş edir. Şikayət vermiş şəxsə və protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin sorğu əsasında məhkəməyə “Kia Optima” minik markalı ** RM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin YPX əməkdaşı tərəfindən saxlanılmasını özündə əks etdirən CD disk məhkəməyə təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında şikayət vermiş şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasında təqdim edilmiş CD diskə baxış keçirilərkən “Kia Optima” minik markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin Masallı şəhəri, Fizuli küçəsində hərəkətdə olduğu zaman “Giriş qadağandır” nişanının tələbini pozaraq hərəkətini davam etdirməklə YPX-nin avtomobili ilə qarşı-qarşıya gəlməsi, bundan sonra Masallı RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X3 xidməti avtomomobillə geriyə manevr edərək Kia Optima” minik markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsün saxlama işarəsini verərək saxladığı müşahidə edilmişdir. Məhkəmə CD diskə baxış keçirib iş materiallarını araşdıraraq aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 19:06-da “Kia Optima” minik markalı ** RM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edərkən, Masallı şəhəri, Fizuli küçəsində hərəkətdə olduğu zaman 3.1 “Giriş qadağandır” yol nişanının tələbini pozmaqla hərəkətini davam etdirdiyindən barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP7320807 saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasın bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında təqdim edilmiş CD diskə keçirilmiş baxış zamanı “Kia Optima” minik markalı ** RM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün 3.1 “Giriş qadağandır” yol nişanının tələbini pozaraq inzibati xətaya yol verdiyi təsdiqini tapmışdır. Həmçinin şikayətçi özü də ərizəsində əvvəllər həmin nişanı orada görmədiyini, ola bilər ki, 3-4 gün qabaqcadan quraşdırıldığını bildirmiş, həmin nişan yeni qoyulduğundan görmədiyini, bu səbəbdən də inzibati məsuliyyətdən azad olunmasını tələb etmişdir. Halbuki, sürücülər hərəkətdə olduqları zaman diqqətli olmalı, yol hərəkət nişanlarının tələblərinə əsasən avtomobilləri idarə etməlidirlər. Hər hansı nişanın yeni quraşdırılması sürücünün isə bundan məlumatının olmaması onun məsuliyyətdən azad edilməsinə səbəb ola bilməz.. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən məhkəmə qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar çıxarır. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir, bu səbəbdən şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Masallı RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar