Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1731/2025 12.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Nümayəndə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə ailə münasibətləri zəmnində baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İşin halları və tərəflərin izahatları: Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı polis kapitanı Nümayəndə izahatında göstərdi ki, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Masallı RPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində əri Şəxs tərəfindən döyülməsini göstərmişdir. Müracəti əsasında Masallı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə əri Şəxs arasına şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs sağ qolunu qəsdən sıxaraq ona sağ said nahiyəsinin qançırı ilə nəticələnən, dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bu fakt alınmış izahatlar və ekspert rəyi ilə təsdiq edilmişdir. Toplanmış material üzrə Masallı RPŞ-nin TB-də Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində tədbir görülməsi qərara alınmışdır. Bu səbəbdən barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs arvadıdır. Əvvəllər də aralarında ailə münasibətləri zəminində mübahisələr olmuşdur. Belə ki, 2007-ci ildə Nuranə ilə ailə qurmuş, birgə nikahdan üç övladı olmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində Nuranənin ondan xəbərsiz işə getdiyini bilib əsəbləşmiş, Nuranə evə gəldikdən sonra ona əsəbi formada iradlarını bildirmişdir. O həm də Nuranənin hərəkətlərindən xoşu gəlmədiyini, başqa şəxslərlə onu aldatmasından şübhələnmişdir. Bu səbəbdən də o, Nuranənin əlindən mobil telefonu almış, telefonu yoxlayarkən Nuranənin sosial şəbəkələrdən istifadə etdiyini, orada bir neçə şəxslərlə danışıqlarını görmüşdür. O, bu barədə Nuranədən soruşduqda, sonuncu bununla bağlı ona cavab verməyərək sözlü mübahisə etməyə başlamışdır. Nuranənin evdən çıxıb getmək istədiyini görüb, ona mane olmuş, lakin Nuranə israrla gedəcəyini bildirdiyi üçün onun başının arxa hissəsindən tutub bərk sıxaraq otağın girişinə gətirmiş və onu bərk itələyərək otağa salmışdır. Bundan sonra evin qonaq otağına keçmiş, sonradan isə Nuranə ondan xəbərsiz evdən çıxıb getmişdir. O, həmçinin əməlindən peşman olmadığını, arvadı Nuranənin günahı olduğunu qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2007-ci il tarixində Müşfiqlə ailə qurmuş, birgə nikahdan üç övladı var. Evli olduqları müddət ərzində Müşfiq dəfələrlə onu döyməklə fiziki zorakılıq etmişdir. Müşfiqin psixi vəziyyətinin yaxşı olmamış, hər dəfə müxtəlif bəhanələrlə ona şiddət göstərmişdir. 29 iyun 2025-ci il tarixdə işdən evə gəldikdən sonra Müşfiq ona heç bir səbəb göstərmədən sabahdan işə getməməsini tələb etmişdir. O, buna etiraz etdikdə Müşfiq ondan əsəbi formada mobil telefonu ona gətirməsini tələb etmiş, o da telefonu Müşfiqə vermişdir. Müşfiq telefona baxıqdan sonra heç nə olmadığı halda, ona böhtan ataraq mübahisə etməyə başlamış, o da günahsız yerə ona söz deyilməsindən əsəbiləşərək Müşfiqlə mübahisə etmişdir. O, evdən çıxıb getmək istəyərkən Müşfiq onu yerə yıxdıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik zərbələri vuraraq zor tətbiq etmiş, daha sonra başının arxasından saçını tutaraq sərt formada otağa salaraq onunun qol nahiyəsindən geriyə doğru itələmişdir. Bir neçə saat sonra otaqdan xəlvət çıxaraq evi tərk etmişdir. Bu barədə əvvəlcə şikayət etmək istəməsə də, sonradan fikrini dəyişib şikayət etməyə qərar vermişdir. Bu səbəbdən Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda Müşfiqlə barışmamışdır. Ona qanuni cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsinib tərkibi olduğundan barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 Masallı MTE və PA şöbəsinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 618 saylı ekspert rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “sağ said mahiyəsinin qançırı” müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, əllə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 30 iyun 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ailə münasibətləri zəmnində baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Barəsində icraat aparılan şəxs zərərçəkmiş şəxsin qolundan sıxaraq ona xəsarət yetirmədiyini bildirmiş, lakin onun başının arxasından sərt şəkildə sıxaraq otağa aparıb saldığını etiraf etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət zərərçəkmiş şəxsə qarşı hər hansı formada zor tətbiq edildiyi halda yaranır, yəni məsuliyyətin yaranması üçün dərəcəsi təyin edilməyən xəsarətlərin yetirilməsi şərt deyildir. Məhkəmə barəsində icraat aparılan şəxsin zərərçəkmiş şəxsin dediklərini inandırıcı qəbul etmir və onun izahatına aşağıdakı kimi qiymət verir: Barəsində icraat aparılan şəxs həm polis şöbəsində, həm də məhkəmədə izahat verərkən zərərçəkmiş şəxsin saçından tuturaraq sərt şəkildə onu otağa apardığını, otaqda onu əli ilə geriyə doğru itələdiyini tam şəkildə etiraf etmişdir. Onun zərəçəkmiş şəxsə qarşı fiziki ağrılar yetirməklə saçından tutub itələməsi və nəticədə ona xəsarət yetirdiyi araşdırma nəticəsində alınmış izahatlar və ekspert rəyi ilə müəyyən edilmişdir. Lakin, məhkəmə iclasında izahat verərkən Şəxs zərəçəkmiş şəxsin qol nahiyəsinə hər hansı formada zor tətbiq etmədiyini, zərəçəkmiş şəxsin qolundakı xəsarəti yetirmədiyini bildirərək özünü müdafiə xarakterli izahat verərək məsuliyyətdən yaxa qurtarmağa cəhd etmişdir. Görünür ki, şəxs əməlindən səmimi peşman olmamışdır. Məhkəmə hesab edir ki, şəxsin qeyd edilən əməli törətməklə səmimi peşmançılıq hissini keçirməməsi onun şəxsiyyətinin təhlükəliliyindən xəbər verir. Yaranmış vəziyyət onu deməyə əsas verir ki, özündən fiziki cəhətdən zəif olan qadına qarşı bu cür əməllərə yol vermiş şəxsin gələcəkdə daha təhlükəli əməllərə yol verməsi ehtimalı da çoxdur və onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Həmçinin qeyd edilməlidir ki, məhkəmə iclasında barəsində icraat aparılan şəxs aqressiv hərəkətləri ilə zərərçəkmiş şəxsə qarşı hələ də əsəbi olduğunu, hirsinin soyumadığını nümayiş etdirmişdir. Buna görə də məhkəmə şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül tənbeh növünün təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də, inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 12 avqust 2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1731/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1731/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver