Məhkəmə qərarları › İş №3(050)-1732/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1732/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1732/2025 12.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, Masallı RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı şəhəri, Natavan küçəsi ev 39-da qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.4-cü maddəsi ilə tərtib edilmiş protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.4-cü maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati protokol sənədlərlə birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: Masallı RPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı X1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, seriya İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:30-da Masallı rayonu Lürən kəndi ərazisində sürücülük hüququ olmadan idarə etdiyi “X5” markalı, ** CK *** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusla hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Masallı RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X6 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:30-da Masallı rayonu Lürən kəndi ərazisində idarə etdiyi “X5” markalı, ** CK *** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusla sərnişin daşımaqla hərəkətdə olarkən Masallı RPŞ-nin YPX-nin inspektoru Niyaməddin Həsənov tərəfindən saxanılmış, yoxlama zamanı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ yoxdur. Bununla bağlı ondan izahat alınmış, barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, dostuna məxsus “X5” markalı, ** CK *** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusla sərnişin daşıma fəaliyyəti ilə məşğul olsa da, lakin ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ yoxdur. xx.xx.2025-ci il tarixdə saat 12:30-da Masallı rayonu Lürən kəndi ərazisində idarə etdiyi mikroavtobusla sərnişin daşıyarkən YPX əməkdaşı tərəfindən saxlanılmış, sənədləri yoxlanılarkən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüqununun olmadığı məlum olmuş, həmçinin hərəkətləri ilə özünü şübhəli apardığından sərxoşluq vəziyyətinin yoxlanılması məqsədi ilə həkim müayinəsinə təqdim edilmişdir. Həkim müayinəsindən keçdikdən sonra yoxlama nəticəsində sidiyində narkotik vasitə marixuananın tərkibi aşkar edilmişdir, bir müddət əvvəl narkotik vasitə qəbul etdiyini etiraf etmişdir. Tibbi müayinə protokolunun nəticəsi ilə razılaşaraq imzalamışdır. Hazırda əməlindən peşmandır. Qeyd olunanları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Masallı RPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı X1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə saat 12:30-da Masallı rayonu Lürən kəndi ərazisində sürücülük hüququ olmadan idarə etdiyi “X5” markalı, ** CK *** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusla sərnişinlərlə birlikdə hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi məqsədi ilə aparılan xx.xx.2025-ci il tarixli 000832 saylı tibbi müayinə aktından görünür ki, Şəxs THC+ (həşiş, marixuana) müsbət aşkar olunmuş, o, narkotik sərxoşluğundan olmuşdur. Masallı RPŞ-nin DYPB-nin rəisi, polis mayoru Asəf Mustafayev tərəfindən verilmiş arayışdan görünür ki, Masallı şəhəri, Natavan küçəsi ev 39-da yaşayan Şəxs BDYPİ-nin mərkəzi informasiya sistemi tərəfindən verilmiş məlumatına əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək BB 273834 nömrəli “B” dərəcəli sürücülk vəsiqəsi mövcuddur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi onun etirafedici və protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatları, inzibati xəta haqqında protokolla, sərxoşluq vəziyyətini təyin edilməsi barədə tibbi müayinə aktı, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 334-1.4-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 334-1.4-cü maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlindən peşman olmasını, ilk dəfə bu əmələ yol verdiyini, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin aşağı həddində tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.4-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 12 avqust 2025-ci il tarixdən saat 17:50-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Kərimov X4 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar