Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1736/2025 22.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X1 iştirakları ilə, qərarından şikayət verilmiş Masallı RPŞ-nin DYPB-nin baş dövlət avtomobil müfəttişi, polis kapitanı Nümayəndə iştirakları ilə X1 Masallı RPŞ-nin DYPB-nin baş dövlət avtomobil müfəttişi, Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək, Masallı RPŞ-nin DYPB-nin baş dövlət avtomobil müfəttişi, Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 16:35 radələrində adına olan “Toyota Corolla” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Masallı rayonu, Hacıtəpə kəndindən Xırmandalı kəndi istiqamətində hərəkətdə olarkən hərəkət etdiyi yoldan sağ tərəfə Ərəb kəndinə ayrılan yoldan gələn “Saipa” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobil yola çıxmamışdan əvvəl hərəkətdə olan nəqliyyat vasitələrinə yol verməli olduğu halda, yol verməyərək birbaşa gəldiyi sürətlə onun hərəkətdə olduğu yola çıxmış nəticədə ona məxsus avtomobilin sağ arxa hissəsindən vurmaqla yol nəqliyyat hadisəsi törətmiş, idarə etdiyi avtomaşına maddi ziyan dəymişdir. Lakin, bu hadisə ilə bağlı Masallı RPŞ-nin DYPB-nin əməkdaşı Nümayəndə tərəfindən düzgün araşdırma aparılmayaraq barəsində əsassız olaraq Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə 100 manat inzibati cərimə tənbeh tədbirinin tətbiq olunması barədə TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş qərar tam əsassız və qərəzlidir. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsi idarə etdiyi avtomobildə quraşdırılmış, videoqeydiyyat cihazı vasitəsi ilə qeydə alınmış görüntülərlə tam hərtərəfli əksini tapmışdır. Odur ki, belə hesab edir ki, həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun izahat verməklə əlavə olaraq göstərdi ki, inzibati tənbehvermə haqqında qərarda Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə onun eyni əhəmiyyətli yolda yol ayrıcını keçmə qaydasını pozması kimi əsas götürülsə də, videoçəkilişə baxış keçirilərkən hadisənin baş verdiyi yolun eyni əhəmiyyətli yol olmadığı açıq-aşkar görünür. Ona görə ki, “Saipa” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Masallı rayonu, Ərəb kəndindən gələrək əsas yolda hərəkət edən nəqliyyat vasitələrini gözləmədən gəldiyi kimi onun yoluna çıxmaqla idarə etdiyi avtomaşınla toqquşmuşdur. Həmçinin, qeyd edilən yerdə yolayrıcının olması ilə bağlı hər hansı yol nişanı quraşdırılmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsində əsassız yerə inzibati məsuliyyətə cəlb edildiyinə görə avtomobilinə dəymiş ziyan məbləği sığorta şirkəti tərəfində ödənilməmişdir. Bundan əlavə həmin yolların eyni əhəmiyyətli yol olması heç bir halda müəyyən edilmir. Araşdrıma zamanı “Saipa” markalı avtomobilin sürücüsü baş vermiş yol nəqlaiyyat hadisəsində özünün günahkar olduğunu da bildirmiş, buna baxmayaraq səlahiyyətli şəxs tərəfindən barəsində əsassız qərar qəbul edilmişdir. Odur ki, qeyd olunanları nəzərə alıb barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Masallı RPŞ-nin DYPB-nin baş dövlət avtomobil müfəttişi, polis kapitanı Nümayəndə izahatında göstərdi ki, qərardan verilmiş şikayət əsassızdır. xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Ərəb kəndi ilə Masallı rayonu, Hacıtəpə kəndindən Xırmandalı kəndi istiqamətində gedən yolun kəsişməsində yol nəqliyyat hadisəsinin baş verməsi barədə daxil olmuş məlumat əsasında hadisə yerinə getmiş, hadisə yerinin ilkin müyainəsi aparılmaqla, hadisə yerinin sxem tərtib edilmiş, eyni zamanda fotoşəkillər çəkilmişdir. Hadisə yerinin ilkin müayinəsi zamanı məlum olmuşdur ki, hadisə baş verən yerdə eyni əhəmiyyətli yol olmaqla, heç bir nizamlayıcı işarələr quraşdırılmamışdır. Ərəb kəndarası yolun eni əsasən 4,5 metr olmaqla, yolun Hacıtəpə kəndindən Xırmandalı kəndi istiqamətində olan yola bitişik olan hissəsisinin isə təxminən 17 metr hissəsinin 8 metr enliyində olduğu müəyyən edilmiş hansı ki, “Saipa” markalı avtomobil həmin yolla hərəkətdə olmuşdur. Masallı rayonu, Hacıtəpə kəndindən Xırmandalı kəndi istiqamətində yolun eni isə 6 metr olmuş, “Toyota Corolla” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobil həmin yolla hərəkətdə olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 75-ci maddəsində göstərilir ki, eyni əhəmiyyətli yolda sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir. Həmin maddənin tələbinə əsasən “Saipa” markalı avtomobilin hərəkətinə üstünlük verildiyindən “Toyota Corolla” avtomobilin sürücüsü Zamin Niftizadə ona yol verməli idi. Bu səbəbdən baş vermiş yol nəqliyyat hadisəsində təqsirkar Zamin Niftizadə hesab edilməklə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarla Zamin Niftizadə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Hesab edir ki, qərar tam qanuni olmaqla əsaslı olaraq qəbul edilmişdir. Qeyd olunanları nəzərə alıb şikayətin rədd edilməsini xahiş etmişdir. Şikayətə əlavə edilmiş CD diskə tərəflərin iştitrakı ilə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, X3 rayonu, Hacıtəpə kəndindən Xırmandalı kəndi istiqamətində olan yolda idarə etdiyi “Toyota Corolla” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, sağ tərəfdən Masallı rayonu, Ərəb kəndi istiqamətindən gələn “Saipa” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü hərəkətini saxlamayaraq yolayrıcına daxil olduğundan yolun kəsişməsində hər iki avtomobil toqquşmuşdur. Qeyd edilən yolların kəsişməsi hissəsinin yol ayrıcı olması ilə bağlı hərəkət zolaqlarının üzərində hər hansı nişan quraşdırılmamışdır. Videoçəkilişə baxış zamanı “Saipa” markalı avtomobilin hərəkətdə olduğu yolun eninin, digər yola, yəni “Toyota Corolla” minik markalı avtmobilin hərəkətdə olduğu yola bitişik hissəyə nisbətdə ensiz olmasını görmək mümkündür. Məhkəmə şikayət vermiş şəxsin, səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 16:40 radələrində Masallı rayonu, Hacıtəpə kəndi ərazisində “Toyota Corolla” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozduğundan barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 100 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyəli orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, hadisə yerinin sxemindən və fotoşəkillərdən görünür ki, Masallı rayonu, Hacıtəpə kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsnin sxemi tərtib edilmiş, sxemə əsasən “Saipa” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomaşının Ərəb kəndindən Xırmandalı kəndi istiqamətində hərəkətdə olduğu yolun eninin bir qayda olaraq 4,5 metr, yolayrıcına birişik hissədə isə kiçik mir məsafədə 8 metr enində olduğu, “Toyota Corolla” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu Masallı rayonu, Hacıtəpə kəndindən Xırmandalı kəndi istiqamətində isə yolun eni 6 metr olduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 16:40 radələrində Masallı rayonu, Hacıtəpə kəndi ərazisində “Toyota Corolla” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozduğundan barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Yol hərəkəti haqqında qanunu”da aşağıdakı anlayışlardan istifadə olunur: 9) baş yol – kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir); 11) yolayrıcı – yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir; Məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, yuxarıda qeyd edilən normaları əsas götürüb inzibati qərarın qanuniliyini yoxlayaraq belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın nümayəndəsi iş üzrə araşdırma apararkən müəyyən edilmiş faktiki hallara düzgün qiymət verməmiş və nəticədə səhv qənaətə gəlmişdir. Belə ki, həm tərəflərin izahatları, həm də hadisə yerinin sxemindən görünür ki, toqquşmanın baş verdiyi yerin yerləşdiyi ərazidə yollar faktiki olaraq kəsişsə də, kəsişən yolar eyni səviyyəli olmadığından, yəni eyni əhəmiyyətli olmadığından həmin kəsişmə yeri yolayrıcı hesab edilə bilməz. Çünki Ərəb kəndindən Hacıtəpə-Xırmandalı kənd yoluna birləşən yolun əsasən eni 4,50 sm olduğu müəyyən edilmiş, yalnız yolun birləşdiyi hissədə nisbətən enlənərək 8 metr olduğu müəyyən edilmişdir. Hacıtəpə-Xırmandalı yolunun isə eni bir qayda olaraq 6 metr enində olmuşdur. Məhkəmə iclasında izahat verən Şəmşir Kərimli yolun birləşik hissəsinin 8 metr olmasına əsaslanmaqla həmin yolların eyni əhəmiyyətli olduğu qənaətinə gəldiyini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, kəsişən yolların enlərinin müxtəlif olması həmin yolların kəşişdiyi ərazinin yolayrıcı hesab edilməsinə maneə deyildir. Lakin, bu vaxt nəzərə almaq lazımdır ki, həmin kəsişmə yerinin yol ayrıcı hesab edilməsi üçün kəsişmə yerinə qədər yolların hərəkət hissəsində “yolayrıcı” xəbərdaredici nişanı olmalıdır. Həmin nişan olmadığı halda, gediş-gəlişin daha işlək olduğu, eyni zamanda yolların yerləşmə quruluşuna görə yolların kəsişmə yerinin yolayrıcı hesab edilib-edilməməsinə qiymət vermək olar. Hadisənin baş verdiyi yolların kəsişmə yerinə baxdıqda tam aşkar görmək olur ki, Hacıtəpə-Xırmandalı yolu əsas istiqamətli yol olmaqla digər birləşən yola münasibətdə yolun ölçüsü və hərəkət zolaqlarına əsasən nəqliyyat vasitələrinin daha işlək olduğu yoldur, Ərəb kəndindən həmin yola birləşən yol isə ikinci dərəcəli birləşən yoldur. Həmin yolların kəsişmə yeri yolayrıcı kimi qəbul edilərsə, Hacıtəpə- Xırmandalı yolunda hərəkətdə olan avtomobillərin nizamlanmayan yolayrıcı qaydalarına riayət etməklə sürətini saxlayaraq, Ərəb kəndinə ayrılan yolda olan avtomobilə yol verməsi təhlükəli yol nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnə bilər. Əks halda isə Ərəb kəndindən gələn avtomobillər isə hər bir halda sürətlərini yavaşladaraq dayanmaları mümkündür, ona görə ki həmin yol Hacıtəpə-Xırmandalı yoluna birləşməklə başa çatır. Göründüyü kimi, Hacıtəpə-Xırmandalı yolu baş yol olmaqla, Ərəb kəndindən birləşən yol isə həmin yola bitişik olan ikinci dərəcəli yoldur. Azərbaycan Respublikası İXM-nin aşağıdakı normalarına əsasən: 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. Hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 134.1.4-cü maddəyə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1-135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə nəticəyə gəlir ki, iş materiallarına əsasən yol nəqliyyat hadisəsinin baş verdiyi, yolların kəşdiyi yer yolayrıcı sayılmadığından X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, məhkəmənin qərarda göstərdiyi mövqeyinə uyğun olaraq araşdırma aparılmaqla nəqliyyat hadisəsinin iştirakçılarının əməllərinə qaşılıqlı hüquqi qiymət verilməsi üçün iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1736/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1736/2025
22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver