Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1742/2023 16.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-cu ildə Masallı rayonunda doğulmuş, Masallı rayonu Çaxırlı kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, DOST mərkəzində işləyən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 15 oktyabr 2023-cü il tarixdə saat 22:11 radələrində “VAZ 2106” markalı, **- CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman işıq sistemindən düzgün istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, həmçinin sərxoş vəziyyətdə avtomobili idarə etdiyi aşkar edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək bildirdi ki, 16 oktyabr 2023-cü il tarixdə “VAZ 2106” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sürücülük hüququ olmadan Masallı rayonu Çaxırlı kəndində hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı onun sərxoş olduğu müəyyən edilmişdir. Belə ki, spirtli içki içən olmasa da, sadəcə həmin gün kənd ərazisində olan toy şənliyində dostları ilə olduğu zaman “araq” içkisi içmişdir. Avtomobilidə kənd içi olduğu üçün içkili vəziyyətdə idarə etmişdir. Əməlindən çox peşmandır. Ailədə yeganə qazanc gətirən şəxsdir. DOST mərkəzində işləyir. Odur ki, göstərilənləri nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Şəxs barəsində polis baş serjantı X2 tərəfindən 15 oktyabr 2023-cü il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan 15 oktyabr 2023-cü il tarixdə saat 22:12 radələrində qeyd edilmiş 641974 nömrəli alkotestr aktından görünür ki, Şəxs avtonəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olmuşdur (alkoqolun miqdarı 0,418%). İş materiallarında olan 15 oktyabr 2023-cü il tarixli 019314 nömrəli protokoldan görünür ki, Şəxs 15 oktyabr 2023-cü il tarixdə saat 22:55-də inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 16:05-də azad edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə təyin edilməsini məqsədəuyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 450 (dörd yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şirvan şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1742/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1742/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver