Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1743/2025 14.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1957-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-2069/2022 saylı icra sənədi Şəxs tərəfindən icra edilmədiyindən barəsində Masallı Rayon İcra və Probasiya şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: İcra məmuru X9 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-2069/2022 saylı icra sənədi xx.xx.2022-ci il tarixdə Masallı Rayon İcra və prbasiya şöbəsinin icraatına daxil olmuş, dəfələrlə borcluya icra sənədlərinin icrasının təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu Şəxs heç bir üzürlü səbəb olmadan bilərəkdən icra sənədinin icrasını təmin emtəmiş, bu hal isə dəfələrlə təkrar olunmaqla məhkəmə qərarı icrasız qalmışdır. Əvvəllər icra sənədini icra etmədiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəmyə verilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətqiq edilsə də, lakin o, yenə də icra sənədinin icrasından yayınmağa davam etmişdir. Tələbkar isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək icra sənədinin icrasını tələb etmişdir. Qeyd edilən səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-2069/2022 saylı icra sənədindən məlumatlıdır. Tələbkarla aralarında hazırda yaranmış borcla bağlı məhkəmə mübahisələri olduğu zaman barışıq sazişi bağlamaqla mübahisəni həll etmişdilər. Lakin, sonradan ona məlum olmuşdur ki, tələbkar onun biliksizliyindən istifadə edərək mülkiyyət hüququ üzrə ona məxsus olan bazar qiyməti 2.000.000 manatdan yuxarı təşkil edən əmlakı 436250 manatın müqabilində onun müıkiyyətinə keçirməyi öhdəliyi ilə bağlı barışıq sazişində şərt nəzərdə tutmuşdur. Hazırda mübahisləndirilən əmlakı hərraca çıxarmaqla satılmasını və satışdan əldə edilən pul məbləğindən tələbkara olan borcunu vermək istəsə də, lakin hazırda tələbkarın şikayətləri səbəbindən əmlakı sata bilmir. İcra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur. Sonda H.M.Əzimnova məhkəmədən göstərilənlərin nəzərə alınmaqla barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-2069/2022 saylı icra sənədindən görünür ki, X5 ilə Şəxs arasında 26 avqust 2022-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş barışıq sazişi məhkəmə tərəfindən aşağıdakı şərtlərlə təsdiq edilmişdir:
1. Tərəflər iddiaçı X5 ilə cavabdeh Şəxs arasında bağlanmış reyestrdə qeydiyyat nömrəsi 3M-695 olan 14 iyun 2019-cu il tarixli notarial qaydada təsdiq ediimiş kredit müqaviləsi üzrə cavabdehə verilmiş 250000 (iki yüz əlli min) manat borc məbləginə görə 10 iyun 2022-ci il tarixinə yaranmış borcun məbləğinin bank uçot dərəcəsi və əldən çıxmış fayda ilə birlikdə 436250 (dörd yüz otuz altı min iki yüz əlli) manata bərabər oldugunu tərəflər qarşılıqlı razılaşma əsasında könüllü olaraq təsdiqləyirlər. 2. Tərəflər təsdiq edirlər ki, hal-hazırda tərəflər arasındakı 1-ci bənddə göstərilən borc məbləginə görə yaranan mübahisənin həlli üçün iddiaçı məhkəməyə müraciət etmiş, bu məsələ ilə baglı 2(050)- 2069/2022 saylı iş Masallı Rayon Məhkəməsinin icraatındadır. Tərəflər Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.3 və 191-ci maddələrinə uyğun olaraq, məhkəmə mübahisəsini barışıq sazişi ilə yekunlaşdırmaq məqsədilə aşağıdakı şərtlərlə razılığa gəlirlər ki, barışıq sazişi Masallı Rayon Məhkəməsində təsdiq edilməklə qərardad qəbul edilsin. 3. Həmin Qərardadın qüvvəyə mindiyi tarixdən etibarən ən geci 3 (üç) ay ərzində aşağıdakı hərəkətləri yerinə yetirməyi öhdələrinə götürürlər: 3.1. İddiaçı məhkəməyə verdiyi iddia tələbindən tam imtina edir, cavabdeh isə iddiaçının iddia tələbindən imtina etməsi qarşılığında aşagıda göstərilən öhdəlikləri yerinə yetiri: 3.1.1. Cavabdeh bu barışıq sazişinin 1-ci bəndində göstərilən 436250 (dörd yüz otuz altı min iki yüz əlli) manat borcu 3 (üç) ay ərzində notariusun bankda açılan depozit hesabı vasitəsi ilə iddiaçıya ödəyəcəkdir. 3.1.2. Bu sazişin 3.1.1. bəndinin tələbləri yerinə yetirilmədiyi halda və ya qismən yerinə yetirildiyi halda cavabdeh barışıq sazişinin təsdiqlənməsi haqqında məhkəmə qərardadının qüvvəyə minməsindən sonra keçən 3 (üç) aydan sonrakı 10 gün müddətində Masallı rayonu, Ərkivan kəndində yerləşən, istifadə hüququ ilə istifadəsində olan 5.1 hektar torpaq sahəsində yerləşən və özünün xüsusi mülkiyyətində olan reyestr nömrəsi **********11-12301, qeydiyyat nömrəsi ********** olan və xx.xx.2019-cu ildə qeydiyyata alınmış, 3590,5 kvadrat metr ümumi sahəyə malik daşınmaz əmlakı heç bir qeyd-şərt qoymadan bu sazişin 1-ci bəndində göstərilmiş yaranmış borcun əvəzi kimi iddiaçının mülkiyyətinə keçirməyi və bununla baglı bütün hüquqi və digər prosedurları yerinə yetirməyi öhdəsinə götürür. 3.1.3. Əgər bu sazişin 3.1.2. bəndinin tələbi yerinə yetiriiən zaman məlum olsa ki, bu sazişin 3.1.1. bəndinin tələbi qismən yerinə yetirilmişdir bu halda iddiaçı borc məbləginin qismən ödənişi kimi bu saziş üzrə aldıgı məbləgi bu sazişin 3.1.2 bəndinin tələbi yerinə yetirilən zaman dərhal cavabdehə qaytaracaqdır. Bu sazişin 3.1.1, 3.1.2 və 3.1.3-cü bəndlərində müəyyən olunmuş öhdəliklər icra edildikdən sonra tərəflərin bir-biri qarşısındakı bütün öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir. Tərəflərdən biri Barışıq sazişinin şərtlərini yerinə yetirmədikdə, digər tərəf həmin şərtlərin yerinə yetitirlməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Barışıq sazişi məhkəmə və tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə, eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmiş və imzalanmışdır. Barışıq sazişi bu qərardad qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. xx.xx.2022-ci il tarixli icraata başalamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-2069/2022 saylı icra sənədi xx.xx.2022-ci il tarixdə Masallı rayon İcra şöbəsinin icraatında daxil olmuş, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 39050)-909/2023 saylı inzibati xəta haqqından qərarından görünür ki, Əzimova X3 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-2069/2022 saylı icra sənədinin icra etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
İş üzrə sübutların qiymətləndirilməsi:
Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qərari ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)- 2069/2022 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs uzun müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsinə laqeyd yanaşmış, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 39050)-909/2023 saylı inzibati xəta haqqından qərarı əsasında barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq, həmin qərardan nəticə çıxarmayaraq keçən bu müddət ərzində icra sənədini icra etməkdən yayınmışdır. Bu isə borclunun öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qərarına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 30.2-ci maddəsində göstərilir ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Şəxsın şəxsiyyətini təsdiq edən sənəddən görünür ki, onun yaşı 65-dən yuxarıdır. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, icra sənədinin icrasının tezliyini təmin etmək, inzibati xətanın xarakterini, törədilmə hallarını, onun şəxsiyyətini və yaşını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Coşqun Abdullayev