Məhkəmə qərarları › İş №3(050)-1744/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1744/2024

06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1744/2024 06.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, Şəxs haqqında Masallı Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Yetkinlik yaşına çatamayan Şəxs haqqında Masallı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X2 tərəfindən 06 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq toplanmış sənədlərlə birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, protokol ona əlavə edilmiş sənədlərlə birlikdə protokolu tərtib edən şəxsə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilir ki, Şəxs 22 iyul 2024-cü il tarixdə X1 vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə döymüşdür. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Masallı RPş-nin TB-nin baş təhqiqatçısı Ariz Səfərov tərəfindən araşdırma aparılmış, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından müateril üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açılmasından ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Masallı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardad qəbul edilmiş, şəxs barəsində isə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında prootkol tərtib edilmişdir. Materiallardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yetkinlik yaşına çatmamışdır. Buna baxmayaraq, şəxs barəsində inzibati icraat kobul pozuntulara yol verilməklə başlanılmış, şəxsin yetkinlik yaşına çatmadığı müəyyən edilsə də, lakin ona qanuni nümayəndə təyin edilməmiş, şəxsin inzibati icraatla bağlı izahatı alınmamış, tərtib edilmiş digər sənədlərlə bağlı qanuni nümayəndə tanış edilməmişdir. Halbuki Azərbaycan Respublikası İXM-nin 63.1-ci maddəsində qeyd edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. Həmin Məcəllənin 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Lakin, qeyd edilən hallar inzibati xəta haqqında icraatı aparan səlahiyyətli şəxs tərəfindən nəzərə alınmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları pozulmaqla icraat aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması üçün əsasdır. Hesab edirəm, təqdim edilmiş materialda qeyd edilən nöqsanlar aradan qaldırılmalıdır. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material natamamlığın aradan qaldırılması üçün geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar