Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1745/2023 31.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin sədri X3 iştirakları ilə. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1. və 264.0.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi X2 tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 233.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 31 iyul 2023-cü il tarixli MN № ******* saylı protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi, su obyektlərinin çirklənməsinin, zibilləməsinin və suların zərərli təsirinin qarşısını alan su obyektlərin istismar edilməsi əsası ilə 264.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalı olması qeyd olunmuşdur. Lerik Rayon Məhkəməsinin 3(048)-224/2023 saylı, 09 avqust 2023-cü il tarixli qərarına əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 233.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM 233.1-ci maddəsi ilə 12.500 manat miqdarında cərimə edilmişdir. Lerik Rayon Məhkəməsinin 3(048)-224/2023 saylı, 09 avqust 2023-cü il tarixli qərarından Şəxs MMC apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-359/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs MMC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Lerik Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 3(048)- 224/2023 saylı qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 233.1 və 264.0.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 məhkəmə iclasında protokolun qanuni olması əsası ilə izahatında göstərdi ki, 29 iyul 2023-cü il tarixdə Şəxs MMC-nin ekoloji cəhətdən qanuna əməl etməsi sahəsində fəaliyyətinin yoxlaılması üçün X12 Manotorinq İdarəsinin 171/EM saylı əmrinə əsasən 1 saylı Resgional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları yoxlama aparmışlar. Bununla əalqədar nümayəndələr broyler fabrikinin ərazisindən Lənkəran çayına qədər uzadılmış hissədə borunun çaya birləşdiyi yerdən və borudan təxminən 100 metr məsafədən su nümunələri götürülmüş və Ekologiya və Təbii Sərvətlər İdarəsinin ekspertizasına göndərilmişdir. Alınmış cavablarda suyun normadan 33 dəfə artıq çirkli olduğu müəyyən edilmişdir. Bundan başqa Ekologiya idarəsinin iki əməkdaşı və X10 Mərkəzi ilə birlikdə kəsim sexində olmuşlar və tullantıların təkrar emal edilməsi barədə akt tərtib etmişlər. Lakin, sudan götürülmüş nümunələrdə çirklənmənin normadan 33 dəfə artıq olması onların şübhəsini daha da artırmış və ona görə də Broyler fabrikinin barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Sudan götürülmüş nümunələrdə çirklənmənin normadan dəfələrlə artıq olmasını qeydə alsalar da, çirklənmənin mənşəyini müəyyən etmək mümkün olmamışdır. Həmin nümunələr yalnız çirklənmənin miqdarını göstərə bilir, çirklənmənin mənşəyini müəyyən edə bilmir. Lakin nümunələr birbaşa fabrikdən çaya gələn borudan götürüldüyü üçün, həmin hal əsas verir ki, çirkənmə fabrik rəhbərliyinin normativlərə əməl etməməsinin nəticəsidir. Bundan əlavə atmosfer havası tullantılarla bağlı yoxlanılmış, çirklənmə komponentləri norma daxilində olsa da, ətrafda spesifik qoxuların olması ona əsas vermişdir ki, toyuqlar üçün qida məhsulları hazırlanarkən normativlərə tam əməl olunmur. Bu əsasla "xxxx" MMC-nin əməlində ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin tərkibi olması barədə protokol tərtib edilmişdir. X8 həmçinin bildirmişdir ki, əməkdaşlar tərəfindən fabrikin su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan su obyektlərin istismar edilməsinin normativləri yoxlanılmış, məlum olmuşdur ki, bu sahədə işlədilən avadanlıqlar, yəni rendrinq qazanları faktiki olsa da, drenaj sularının Lənkəran çayına axıdılması ilə bağlı X9 Agentliyində hər hansı məlumat aşkar edilməmişdir. Belə ki, həmin avadanlıqların müəyyyən istismar müddəti vardır, onların işləməsi barədə X9 Agentliyi müvafiq rəy verməlidir. Odur ki, "xxxx" MMC-nin əməlində İXM-nin 264.0.1-ci maddəsinin tərkibinin olması müəyyən edilmişdir. Göstərmiş olduğu hallara əsasən hesab edir ki, protokol qanuni tərtib edilmiş, "xxxx" MMC-nin əməlində İXM-nin 233.1. və 264.0.1-ci maddəsinin tərkibi vardır və həmin maddələrlə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin sədri X5 izahatında göstərmişdir ki, Şəxs MMC-nin əməlində İXM-nin 233.1. və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Lənkəran çayından nümunələr götürülərkən müəsissənin heç bir əməkdaşının iştirakı təmin olunmamışdır. Qeyd edilən boru yalnız yağış, qurunt, drenaj sularının axıdılması üçün nəzərdə tutulmuşdur. Yoxlama zamanı da hava yağmurlu olmadığına görə, borudan heç bir su axıntısı ola bilməzdi. Odur ki, yoxlama aparan əməkdaşların labaratoriya nümunəsi üçün əldə etdikləri çirkab suyun haradan götürülməsi onlara məlum deyil. Çünki bu barədə ekologiya idarəsinin rəhbərliyi Lənkəran rayon prokurorluğuna məlumat vermiş və idarənin eyni labarotiryasına 05 avqust 2023-cü il tarixdə verilmiş nümunələrin nəticəsində çayın qeyd edilən hissəsində çirklənmə halının norma daxilində olması qeyd edilmişdir. Bu hal da onu göstərir ki, 29 iyul 2023-cü il tarixdə götürülmüş çay suyu nümunəsi həmin yerə aid deyil. Çünki həmin ərazidə çay kənarlarında çoxlu obyektlər fəaliyyət göstərir. Göstərilən hallara görə Lerik Broyler» MMC-nin əməlində İXM-nin 233.1-ci maddəsinin tərkibinin olmağını qeyd edir. Məhkəmə iclasında Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin sədri X5 həmçinin bildirmişdir ki, fabrikdə 2013-cü iul buraxılışlı Render avadanlığı vardır. Aparatın kondisioneri qazanlardan çıxan buxarı su halına gətirir və həmin su da təsərrüfatda istifadə edilir. Bundan başqa qoxunu udan sistem vardır ki, həmin sistem rendinq prosesi zamanı buxar zamanı atmosferə yayılan qoxunun qarşısını alır. Sistem siklon yaradaraq əmələ gələn tozları tutur və uçub atmosferə yayılmasının qarşısını alır. Kəsim zavodunda istehsalat prosesində yaranan qan, qan vannasından xüsusi pompa vasitəsi ilə paslanmaz tankerə yığılır. Yığılmış qan, xüsusi pompalar vasitəsilə rendrinq sexinin bişirmə qazanına ötürülür. Kəsim zavodunun bütün bölümlərində əmələ gələn tullantılar atqı hovuzuna axıdılır və buradan da xüsusi pompalar vasitəsilə rendrinq sexinə ötürülür. Adətən normativ üzrə kəsimxanalarda bir toyuğun kəsilməsi üçün 14 litr su istifadə olunur. Müəssisədə Rendrinq sexi olduğundan kəsim zamanı su sirkulyasiya olunur və nəticədə suya 70% qənaət olunur. Kəsim zavodunun tullantıları (toyuq başı, ayağı, tükü, içalatı və istifadə edilmiş su) xüsusi pompa vasitəsilə rendrinq sexinin separatorundan keçirilərək xüsusi rezervuara (70 ton tutumu olan bunkerǝ), oradan isə helezonlar vasitəsi ilə bişirmə qazanına ötürülür (5 ton tutumlu). Rendrinq sexinin bişirmə qazanında yüksək təzyiq (6 bar) və temperatur (850) altında tulantılar və qan qarışdırılıb bişirilərək un halına gətirilir. Kəsim zamanı istifadə olunmuş su və orqanik maddələrin tərkibində olan su yüksək temperatur nəticəsində buxarlanır. Hazır olunmuş un məhsulu öncə qarışdırıcı bunkerǝ, sonra helezon vasitəsilə metal detektordan keçirilir və sonra pres qurğusuna ötürülür. Müasir texnologiyalar əsasında istehsal prosesindən keçərək alınmış məhsul xüsusi presdə sıxılaraq yağı çıxarılır və sonda toyuq yağı və toyuq unu əldə olunur. Yağdan ayrılmış un helezon vasitəsilə soyuducuya ötürülür. Soyuducuda tempetatur aşağı salınandan sonra helezon vasitəsilə qırıcı-dəyirmana ötürülür. Qırıcı-dəyirmandan keçmiş un helezon vasitəsilə torbalama bunkerinə ötürülür. Torbalanmış un və əldə edilmiş yağ yem istehsalında yüksək proteinli məhsul kimi istifadə olunur. Bişirmə prosesindən yaranan buxar, əmələ gələ biləcək iy və qoxunun qarşısının alınması üçün xüsusi kompressorlar vasitəsilə çox pilləli atsorbenlərdən keçirilir. İstehsalda istifadə olunan buxar ilk öncə siklon tankından, oradan da 2 ədəd soyuducu kondisionerdən və atsorbenlərdən keçirilir. Bu proses vasitəsilə buxardan alınmış suyun içində olan qoxu neytrallaşdırılır. Su boru vasitəsilə 3 ədəd çökdürücü şambodan keçir. Sonuncu şamboda toplanan su, texniki su kimi suvarmada istifadə olunur. Kəsim sexinin yerləşdiyi ərazi, kəndin qalan ərazisi nisbətində çökəkdə yerləşdiyindən, kənd ərazisində olan bütün qrunt sular, süni kanallar və dərələrdə olan sular Kəsim sexinin ərazisi istiqamətində hərəkət etdiyindən, ərazini qorumaq məqsədiylə kəsim sexinin ətrafında drenaj sistemi quraşdırılıb. Drenaj sistemi vasitəsilə kənd ərazisində olan və kəsim sexi istiqamətində toplanan qrunt sular, kanallar və dərələrdən yığılıb gələn sular boru vasitəsilə çaya yönəldilir. Sözügedən borudan çıxan suyun Kəsim sexinin istehsalatına heç bir aidiyyəti yoxdur». Şəxs MMC-nin fəaliyyət göstərdiyi ərazidə zavodun binasından kənarda MMC-nin ayrıca kəsim sexi mövcuddur. Həmin sexdə MMC-də istehsal olunan toyuqlar kəsilir, təmizlənir və satışa çıxarılır. Toyuğun, qanı, tükü, ayaqları və tullantı hesab edilən digər yerləri isə həmin sexdə quraşdırılmış müasir avadanlıqların vasitəsi ilə yenidən emal edilir və müxtəlif sənaye müəssisələrinə bir tonu 800 manata satılır. Toyuq kəsimindən əmələ gələn tullantıları nəinki çaya axıtmırlar, hətta ondan fayda götürürlər. Bundan başqa, 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 2 nəfər əməkdaşı da daxil olmaqla X10 Mərkəzi və Şəxs MMCnin nümayəndələri də daxil olmaqla komissiya yaradılmış və kəsim sexində araşdırma aparmışlar. Araşdırma zamanı akt tərtib edilmişdir. Həmin aktın özündə də qeyd edilmişdir ki, kəsim sexində müasir avadanlıqlar mövcuddur və kəsim sexinin tullantıları yenidən emal edilir. Bütün bunlar göstərir ki, müəssisə barəsində əsassız olaraq İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati icraat başlanılmışdır. İşdə olan X12 Monitorinq İdarəsinin tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin ərazisindən götürülmüş su nümunələri üzrə analiz təhlilindən görünür ki, su nümunələri üzərində aparılan təhlillərə görə ammonium ionları - Şəxs MMC-nin Lənkəran çayına çıxışından götürülmüş sü nümunəsində 33 dəfə, Şəxs MMC-dən 100 metr aşağı Lənkəran çayından götürülmüş su nümunəsində 1,2 dəfə normadan yüksəkdir. İşdə olan X12 Monitorinq İdarəsinin tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin ərazisindən götürülmüş su nümunələri üzrə analiz təhlilindən görünür ki, su nümunələri üzərində aparılan təhlillərə görə Şəxs MMC-nin Lənkəran çayına çıxışından götürülmüş sü nümunəsində ammonium ionları normativ daxilində olmuşdur. İşə əlavə olunmuş Şəxs MMC-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə razılaşdırılmış ekoloji pasportundan görünür ki, Şəxs MMC-nin quşçuluq kompleksinə inkubator sexi, broyler sexləri, kəsimxana, tullantıların təkrar istehsalı sexi, yem zavodu və əkinçilik sahələri daxildir. Kəsimsahəsində axıntı sular kimyəvi və bakterioloji təmizlənmədən keçirilir, filtrizasiya olunur və yaşıllığın suvarılmasına sərf olunur. Sexdə əmələ gələn tullantılar təkrar elam olunaraq quş yeminə qarışdırılır. Yaranan çirkab su şamboya axıdılır. İşə əlavə olunmuş Şəxs MMC ilə Lerik rayon Kommunal Müəssisələri İstehsalat Birliyi arasında bağlanmış 01 may 2023-cü il tarixli 16 saylı müqavilədən görünür ki, Lerik rayon Kommunal Müəssisələri İstehsalat Birliyi 2023-cü il ərzində Şəxs MMC-nin məişət tullantılarının yığılması və ləğvi işini həyata keçirməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş Şəxs MMC ilə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında bağlanmış 01 iyun 2023-cü il tarixli 16 saylı müqavilədən görünür ki, Lənkəran şəhər MİKMİ xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ərzində Şəxs MMC-nin tələbatına uyğun olaraq çirkab suların xüsusi maşınla daşınmasını öhdəsinə götürmüşdür. İşdə olan Lerik RPŞ-nin sahə rəisi, 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin iki əməkdaşı və Şəxs MMC-nin istehsalat müdiri və kəsim sexinin direktorunun iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin Kəsimxanasında istehsal prosesinin iştirakçılar tərəfindən müşahidəsi zamanı tullantıların çaya axıdılması müşahidə edilməmiş, tullantıların müasir avadanlıq vasitəsilə təkrar emalı müşahidə edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş videgörüntülərə baxış keçirilmiş, müəyyən edilmşdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndlərinin, Lerik rayon prokurorluğunun əməkdaşının iştirakı ilə 2023-cü ilin avqust ayında fabrikin su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan su obyektlərin istismar edilməsinin normativləri yoxlanılmış, lakin qanuna zidd hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə inzibati xəta haqqında materialları tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında protokolda istinad edilmiş maddi normalar üzrə inzibati xəta hadisəsinin, əməldə inzibati xəta tərkibinin, eləcədə təqsirin olub-olmamasını yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli şəxsinin inzibatı tənbeh vermə haqqında protokolu hadisənin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmir. İnzibati Xəta Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə bu nəticəyə gəlməklə əlaqədar aşağıdakıları qeyd edir: -İnzibati materiallara əlavə edilmiş aktlardan və fotoşəkillərdən məlum olur ki, Lənkəran çayına çəkilmiş borudan labaratoriya üçün su nümunəsi götürülərkən Şəxs MMC-nin nümayəndəsinin iştirakı ilə götürülməmişdir, bu səbəblə nümunənin məhz həmin borudan götürülməsi müəyyən deyil, bu barədə texniki vasitələrlə videoçəkiliş aparılmamış, fotoşəkillərlə isə bu faktı müəyyən etmək mümkün deyil; - X12 Monitorinq İdarəsinin tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin ərazisindən götürülmüş su nümunələri üzrə analiz təhlilinin nəticəsinə görə su nümunələri üzərində aparılan təhlillərə görə ammonium ionları - Şəxs MMC-nin Lənkəran çayına çıxışından götürülmüş sü nümunəsində 33 dəfə, Şəxs MMC-dən 100 metr aşağı Lənkəran çayından götürülmüş su nümunəsində 1,2 dəfə normadan yüksək olsa da, bu hal xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin ərazisindən götürülmüş su nümunələri üzrə analiz təhlilinə əsasən normativ daxilində olmuşdur. - Su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi qaydalarının pozulması halları baxımından qeyd olunanlar ümumiyyətlə öz təsdiqini tapmamışdır. Çünki, işdə olan sənədlərdən və videogörüntülərdən görünür ki, qeyd olunanlarla bağlı avadanlıqlar fabrikdə quraşdırılmış, həmin avandalıqların standartlara uyğun işləməməsi heç bir subutla təsdiq olunmur. Sadəcə xx.xx.2023-cü il tarixli labaratoriya nümunəsinin nəticəsinə görə ehtimalla qənaətə gəlinmişdir ki, Şəxs MMC-nin əməlində İXM-nin 233.1-ci maddəsindən əlavə 264.0.1-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə araşdırmasının nəticəsində görə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) sübuta yetmir. Belə olan halda Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında inzibati xəta barədə icraat başlanılması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8 və 12-ci maddələrinə ziddir. Odur ki, başlanılmış icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası İXM-in 53.2.,133-137-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1. və 264.0.1-ci maddələri ilə başlanmış inzibati icraata, Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya bilavasitə Şirvan Apelaysiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-1745/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1745/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver