Məhkəmə qərarları › İş №3(050)-1751/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1751/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1751/2025 18.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Masallı Rayon Polis X4 polisi bölməsi inzibati təcrübə üzrə baş inspektor X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Masallı rayonu, Musaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də sosial işçi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:30-da radələrində Masallı rayon ərazisində idarə etdiyi “Nissan Maxima minik” markalı, **-UM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi yoxlama protokoluna əsasən onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Masallı Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 18 avqust 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Masallı Rayon Polis X4 polisi bölməsi inzibati təcrübə üzrə baş inspektor X3 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21 radələrində özünə məxsus “Nissan Maxima minik” markalı, **-UM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxla əmri verilmişdir. Lakin o nəqliyyat vasitəsini saxlamamışdır. Uzun səylərdən sonra polis əməkdaşları tərəfindən saxlanılmış və ondan kəskin spirtli içki iyi gəldiyi üçün həkim müayinəsindən keçirilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi yoxlama protokoluna əsasən onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bununla bağlı ondan izahat alınmış, protokol tərtib edilmişdir. Bundan başqa onu qeyd edir ki, Şəxs əvvəllər yəni xx.xx.2025-ci ilin tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 400 manat məbləğində cərimə edilmiş, həmin cəriməni ödəmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, spirtli içkinin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyini etiraf edir. Kafelərin birində araq içmişdir. O, içkili olduğu üçün bir neçə nəfərə maşınını idarə etməsi üçün zəng edib xahiş etsə də, maşınını idarə etmək üçün hər hansı bir şəxsi tapa bilməmişdir. Kafe ilə yaşadığı evin məsafəsi 3 km olduğu üçün polis əməkdaşlarının onu görməyəcəyini düşünüb, maşınını içkili vəziyyətdə idarə etmişdir. Maşınını idarə edən zaman YPX əməkdaşları ona saxla əmri vermişdir. O, əvvəllərdə içkili vəziyyətdə maşınını idarə etmiş, buna görə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə cərimə olunmuşdur. Həmin cəriməni çətinliklə ödədiyi üçün yenidən polis əməkdaşının onu cərimə edəcəyini və həmin pulu ödəyə bilməyəcəyini zənn edib polisin saxla əmrinə tabe olmamışdır. Lakin polis əmkdaşları onun idarə etdiyi nəqliyyat vasitəsini saxlamağa müvəffəq olmuşlar. Daha sonra polis şöbəsinə aparılmış, barəsində sənədləşdirilmə işləri aparılmaqla protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Saxlanılan zaman və daha sonra polis əməkdaşları tərəfindən hər hansı fiziki, psixi təqib və təsirə məruz qalmamışdır. Əməlindən peşmandır, bir daha spirtli içki içməyəcəkdir. Himayəsində onkoloji xəstə vardır. Həmin xəstəni tez-tez həkimə aparır. Göstərilənlərin nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbiri seçilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində Masallı rayon ərazisində idarə etdiyi “Nissan Maxima minik” markalı, **-UM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokoluna əsasən onun nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. İşdə olan 15 avqust 2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi yoxlama protokolundan görünür ki, Şəxs 0,785 % alakqolun miqdarı müəyyən edilmiş, o, sərxoş vəziyyətdə olmuşdur. xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələri ilə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə saat 22:20 radələrində inzibati qaydada tutulmuşdur. İşdə olan CD diskə baxış keçirilən zaman Şəxs YPX əməkdaşlarının saxla əmrinə tabe olmaması müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 333.2-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, işdə iştirak edən şəxslərin etirafedici izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcələnin 27.2-ci maddəsinə əsasən Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, onun şəxsiyyətini və məsuliyyətini yüngülləşdirən hallları nəzərə alaraq hesab edir ki, Babayev X2 Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il 06 ay müddətinə məhdudlaşdırılmaqla 375 (üç yüz yetmiş beş) manat məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il 06 ay müddətinə məhdudlaşdırılmaqla 375 (üç yüz yetmiş beş) manat məbləğində cərimə edilsin. Qərarın icrası nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsinə dair hissədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Lənkəran 5 saylı RQİ və TBŞ-nə tapşırılsın, cəriməyə dair hissədə icrası isə Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar