Məhkəmə qərarları › İş №3(050)-1779/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1779/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1779/2025 19.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Masallı rayonu, Hişkədərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Hişkədərə kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 19 avqust 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-317/2023 saylı icra sənədinin icrasını tam təmin etməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: İcra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-317/2023 saylı icra sənədi xx.xx.2023-cü il tarixdə icra və probasiya şöbəsinin icraatına daxil olmuş, tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başalamaq haqqında qərar qəbul edilmişdir. Aparılan icra tədbirləri zamanı məlum olmuşdur ki, Şəxs Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)- 317/2023 saylı hökmü ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, o, xx.xx.2023-cü il tarixdən cəzasını Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən 13 saylı X7 Müəssisəsində çəkmiş, xx.xx.2025-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Bu səbəbdən tələbin könüllü icrası barədə bildiriş Şəxs xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Borclu Şəxs cəza çəkdiyi müddət ərzində icra sənədi üzrə borcundan 1880 manat ödəniş etmiş, azadlığa çıxdıqdan sonra da 226 manat ödəniş etmiş, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, icra sənədini üzürsüz səbəbdən tam şəkildə icra etməmişdir. Hazırda onun 10226 manat borcu qalmışdır. X5 isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Bu səbəbdən barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-317/2023 saylı icra sənədindən məlumatladır. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-317/2023 saylı hökmü ilə 1 il 6 ay müddətə azadlqıdan məhrum etmə cəzasına məhkum edilmiş, o, xx.xx.2023-cü il tarixdən cəzasını Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən 13 saylı X7 Müəssisəsində çəkməyə başlamış, xx.xx.2025-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Cəza çəkdiyi müddət ərzində tələbkara 1880 manat borcundan ödəniş etmişdir. Eyni zamanda azadlığa çıxdıqdan sonra 226 manat ödəniş etmişdir. Hazırda borcun tam şəkildə ödənilməsi üçün maddi imkanı yoxdur. İcra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmır, lakin heç bir yerdə işləmədiyindən borcundan tam şəkildə ödəniş edə bilməyəcəyini, lakin borcundan aylıq 250-300 manat ödəyəcəyinə söz verir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-317/2023 saylı icra sənədindən görünür ki, Şəxs cinayət nəticəsində səhhəti ilə bağlı vurduğu zərərin əvəzi kimi 12456 manat tutularaq X3 ödənilməlidir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-317/2023 saylı icra sənədi üzrə icraata başalamaq haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin təqdim etdiyi xx.xx.2023cü il tarixli məlumatından görünür ki, Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən 13 saylı X7 Müəssisəsində cəza çəkməsi qeyd olunmuşdur. Tələbin könüllü icrası barədə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu Ağaye Peyman dadaş oğluna xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə iclasında tərəflərin, o cümlədən icra məmurunun verdiyi izahatdan məlum olmuşdur ki, borclu Şəxs Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-317/2023 saylı hökmü ilə 1 il 6 ay müddətə azadlqıdan məhrum etmə cəzasına məhkum edilmiş, o, xx.xx.2023-cü il tarixdən cəzasını Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən 13 saylı X7 Müəssisəsində çəkmiş, xx.xx.2025-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Cəz açəkdiyi müddət ərzində icra sənədi üzrə borcundan 1880 manat ödəniş etmiş, həbsdən azad olunduqdan sonra ona xx.xx.2025-ci il tarixdə tələbin könüllü icrasına dair bildiriş təqdim edilmişdir. Bundan sonra da hissə-hissə olmaqla 226 manat ödəniş etmişdir. Hazırda icra sənədi üzrə üzrə borclunun 10226 manat ödənilməmiş borcu yaranmışdır. İcra məmuru da məhkəmə iclasında verdiyi izahatında borclu tərəfindən müəyyən qisimdə ödənişlər edilməsini etiraf etmiş, buna baxmayaraq icra sənədi üzrə qalıq borcu tam şəkildə ödənilməməsini etmişdir. Borclu məhkəmə iclasında hər ay 250- 300 manat tələbkara ödəyəci barədə söz vermişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Göründüyü kimi, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin faktiki halları ilə müəyyən edilir ki, Şəxs icra sənədini icra etməkdən qəsdən boyun qaçırmaq niyyəti olmamış, hətta cəza çəkdiyi müddət ərzində 1880 manat ödəniş etmiş, xx.xx.2025-ci il tarixdə azadlığa çıxdıqdan sonra da 226 manat ödəmişdir. Şəxsin azadlığa yeni çıxdığını nəzərə alsaq, kifayət qədər böyük məbləğdə pulu qısa müddət ərzində ödəməsi imkanının olmamasını açıq-aşkar görmək mümkündür. Məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yaranmamışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar