Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1792/2024 10.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X5, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1981-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Masallı şəhəri, Qarabağ küçəsi, ev 11-də yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı arvadı X6 döyərək, ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 10 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X9 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 08:40-da Masallı şəhər, X4 həkim Ə.Həsənov Masallı RPŞnin növbətçi hissəsinə zəng edərək, Masallı şəhəri, Talışxanov küçəsi ev 26-da yaşayan 1976-cı il təvəllüdlü X2 müxtəlif nahiyələrinin qançırları diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. Eyni zamanda X1 RPŞ-yə ərizə ilə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixində həyat yoldaşı Şəxs ona xəyanət etdiyi üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı Şəxs onun bədəninin müxtəlif yerlərinə vuraraq, xəsarətlər yetirmişdir. Toplanmış material üzrə Masallı RPŞ-nin TB-də araşdırma aparılmış, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan Şəxs barəsində tədbir görülməsi qərara alınmışdır. Bu səbəbdən barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2016-cı il tarixdə Dilarə Məmmədova ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahdan Onurəli adlı bir övladları vardır. Onurəli ürək çatışmazlığından əziyyət çəkir. Onun arvadı Dilarə Masallı şəhəri, 1 saylı tam orta məktəbində ibtidai sinif müəllimi işləyir. xx.xx.2024-cü il tarixdə, saat 16-17 radələrində işdən evə gəlmişdir. Bu zaman evinin qapısının bağlı olmasını görmüş, o, Dilarəyə zəng edib harada olmasını soruşmuşdur. Dilarə onun dostu Jannanın evində olduğunu və ora gəlməsini bildirmişdir. O, Jannanın evinə gəlib, qapını açıb evə daxil olanda Dilarə üzərinə gəlib bildirmişdir ki: “sənə Janna ilə dostluq etməyə icazə vermişəm, digər qızlarla yox”. Həmin vaxt Janna onları sakitləşdirmişdir. Bu zaman Dilarə onlara telefonunda şəkil göstərmiş, o və Janna Dilarəyə həmin şəklin Jannanın vaxtı ilə ofisantı olmuş şəxsə aid olmasını bildirmişlər. Bu zaman Dilarə ona bildirmişdir ki, “o da Jannanın yanında ofisant işləməyə gedəcək və orada kişilərlə şəkil çəkdirəcək”. Həmin vaxt əsəbləşib Dilarənin sol qolundan qəsdən tutub sıxaraq itələmiş, Dilarə divananın üzərinə yıxılmışdır. X11rı boşatdırmasını xahiş etmişdir. O, Dilarəyə söz vermişdir ki, ondan boşanacaqdır. O, Dilarəni döyməmişdir. Hadisə vaxtı Jannanın evində ondan başqa da bir xanım olmuşdur. Lakin iş üzrə Jannanın və həmin xanımın şahid qismində dindirilməsinə zərurət görmür. Dilarə qərəzli olaraq ondan şikayət etmişdir. Barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, o, xx.xx.2016-cı il tarixdə Anarla ailə həyatı qurmuşdur. Onların birgə nikahdan Onurəli adlı bir övladları vardır. Onurəli ürək çatışmazlığından əziyyət çəkir. O, Anarla ailə həyatı qurandan aralarında mütəmadi mübahisələr olur. Lakin, ailəsinin dağılmamasından ötrü səbr edib dözmüşdür. xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində evdə olarkən Anar ona şübhəli halda bildirmişdir ki: “Dilarə birdən məni izləyərsən, əgər məni izləsən səni məhv edərəm”. O, Anara bildirmişdir ki: “nə etmisən ki, səni izləyəm”. Anar ona bildirmişdir ki: “sözdür dedim”. Sonra Anar evi tərk etmişdir. O, evlərinin pəncərəsindən Anarın hara getməsinə baxmışdır. Həmin vaxt Anarın onların qaldıqları binanın qarşısında olan binanın İ blokuna daxil olmasını görmüşdür. O, Anarın blokdan çıxmasını 15 dəqiqə gözləmişdir. Lakin, Anarın həmin blokdan çıxmadığını görüb əsəbləşib, Onuru da götürüb həmin binaya getmişdir. O, sözügedən binanın blokunda olan üç mənzilin birinin qapısını döysə də açan olmamışdır. O, növbəti qapını döyərək, Anara zəng etmiş, bu zaman Anarın telefonun səsini həmin mənzildən eşitmişdir. O, qapını bərk döyərək bildirmişdir ki: “Anar bilirəm burdasan”. Həmin vaxt Janna adı ilə tanıdığı qadın qapını yarı çılpaq vəziyyətdə açıb ona bildirmişdir ki indi 102 xidmətinə zəng edəcəkdir. Bu zaman Anar qaçaraq evdən çıxıb avtomaşınına əyləşib avtomaşını öz binalarının qarşısına idarə edərək aparmışdır. Anar ona zəng edib harada olduğunu soruşmuş, o, Anara bildirmişdir ki, o gördüyü yerdədir. Təxminən 2-3 dəqiqə sonra Anar ora gəlib heç nə olmamış kimi soruşmuşdur ki, “sən burada nə edirsən?” Bu zaman Anar üzərinə gəlib onu təhqir edərək, təpik və yumruqla bədəninin müxtəlif yerlərinə vurmuşdur. Sonra da onu həmin mənzilin çıxış qapısına və divarına çırpmışdır. O, huşunu itirmiş, orada olan oğlu Onurun köməyi ilə ayağa qalxmışdır. Həmin vaxt Janna qapını içəridən bağlamış və Anarla birlikdə ona izah etməyə çalışmışlar ki, onlar dostdurlar. Onların aralarında heç nə ola bilməz. Onlar bir yerdə kafe işlədirlər. Anar demişdir ki: “binanın çıxışında Janna ilə görüş ki, qonşular şübhələnməsin”. O, Anarın dediyi kimi binanın çıxışında olan şəxslərin yanında məcbur qalıb, Janna ilə sağollaşmışdır. Anar onunla evə gəlmişdir. Evdə olarkən ona müştəri gözləyir deyərək, evi tərk etmişdir. O, bir qədər evdə qaldıqdan sonra Onuru da götürüb evi tərk etmək istəyərkən, mənzilin qapısının kilitli olduğunu görmüşdür. Bu zaman Anarın gedərkən mənzilin qapısını kilitləməsini və açarı özü ilə aparmasını bilmişdir. O, məcbur qalıb həmin günü evdə gözləmişdir. xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Anar evə gəlmişdir. O, Anara işə gedəcəyini deyib çox çətinliklə mənzilin açarını ondan almışdır. xx.xx.2024-cü il tarixdə, saat 06 radələrində Onuru da götürüb evi tərk etmişdir. Hazırda Anarla barışmamışdır. Ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X16 Masallı MTE və PA şöbəsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 807 saylı ekspert rəyindən görünür ki, X3 burunun sağ və sol bazu nahiyəsinin və döş qəfəsinin ön hissəsinin qaçırları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 26 avqust 2024cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Şəxs arvadı X6 döyərək, ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X2 döyülməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə şəxsə cəza təyini ilə bağlı məsələyə baxarkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Barəsində icraat aparılan şəxs izahat verərkən özünü müdafiə xarakterli izahat verərək əməlini tam şəkildə etiraf etməmiş, yalnız zərəçəkmiş şəxsi əli ilə itələdiyini bildirmişdir. Halbuki, onun zərəçəkmiş şəxsə qarşı fiziki ağrılar yetirməklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurduğunu, onu divara, qapıya çırpdığını və bədənin bir neçə nahiyəsinə xəsarətlər yetirdiyi araşdırma nəticəsində alınmış izahatlar və ekspert rəyi ilə müəyyən edilmişdir. Şəxs yalnız həmin xəsarətləri özünün yetirmədiyini qeyd edərək kifayətlənmişdir. Görünür ki, şəxs əməlindən səmimi peşman olmamış, qeyd edilən əmələ yol vermədiyini qeyd etməklə məsuliyyətdən yaxa qurtarmağa cəhd etmişdir. Məhkəmə hesab edir ki, şəxsin qeyd edilən əməli törətməsini təsdiq edən kifayət qədər mötəbər sübutların olmasına baxmayaraq, səmimi peşmançılıq hissini keçirməməsi onun şəxsiyyətinin təhlükəliliyindən xəbər verir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də, inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 114,115, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 30 (otuz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. Həbsetmənin əvvəli 10 sentyabr 2024-cü il tarixdən saat 19:25-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1792/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1792/2024
10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver