Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1793/2024 02.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi X3, X1nun iştirakı ilə, X4 barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN-nin Masallı rayon YPX-nin inzibati tənbeh vermə haqqında 13 iyul 2024-cü il tarixli, TP ******* nömrəli qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Masallı rayon YPX-nin inzibati tənbeh vermə haqqında 13 iyul 2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətini onunla əsaslandırdı ki, Masallı rayon H.Əliyev prospektində idarə etdiyi “Vaz 21723” markalı **-EN-*** d.q.n avtomobili ilə hərəkətdə olarkən arxadan polis maşınının sirenlərini yandırmadan işıq siqnalı ilə ona dayanmadurma işarəsi vermiş və oda durmuşdur. Bundan sonra YPX inspektoru Vüsal adlı əməkdaş ona yaxınlaşaraq təhlükəsizlik kəmərini taxmadığını demiş, o, isə təhlükəsizlik kəmərini taxdığını bildirmişdir. Bundan sonra polis əməkdaşı maşının arxasına keçərək əyilib maşının altına baxaraq maşının arxa yaylarının kəsildiyini bildirmişdir. O, isə iddia etmişdir ki, maşında belə bir hal ola bilməz, o, daima həmin maşınla hərəkətdədir, 9 rayonu gəzir, hər həftə bir rayonda olur və heç bir yerdə saxlanılmamış, lakin dəfələrlə onun tərəfindən saxlanılmışdır. Bundan sonra onu stasionar posta dəvət etmişlər, Vüsal adlı əməkdaş ona sizi şöbəyə aparırıq, avtomobili isə duracağa. Bundan sonra polis şöbəsinə gəlmişlər və avtomobil duracağa yerləşdirilmişdir. O, isə yol polis bölməsinin rəisi Asəf müəllimin otağına girmişdir. Asəf müəllim ona gedib usta gətirməsini və avtomobilinə baxış keçirməsini bildirmişdir. Oda usta gətirməyə getmək istədiyi zaman ona “bizim öz ustamız var gəlib baxacaq” demişlər. Sonra bir nəfər şəxs yaxınlaşıb maşına baxmış və maşının heç bir nasazlığının olmadığını bildirmişdir. Daha sonra o, şöbədən çıxdığı zaman Asəf müəllim ona onsuzda cərimə yazıldığını gedib ödəməsini bildirmişdir. Eləcədə bu ilin may ayında avtomobili texniki baxışdan keçirmiş və avtomobildə heç bir nasazlıq aşkar edilməmişdir. Eləcədə o, həmin günü QRAND AUTO SERVİS-ə yaxınlaşıb avtomobilini yoxlatdırmış həmin vaxt bütün bu olanları telefonu ilə foto və videoya da qeydə almışdır. O, Servisdən aldığı aktı və foto-videonu Masallı DYP-nin rəisi Asəfə təqdim etdikdə bildirilmişdir ki, artıq ona cərimə yazılmış, gedib ödəsin. Oda istəyir ki, məhkəmə qərarı ilə barəsində yazılmış cərimə silinsin, ona dəymiş ziyan polis əməkdaşı Vüsal tərəfindən qarşılansın. Odur ki, qeyd edilən qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. X1 məhkəmə iclasında izahatında əlavə olaraq göstərdi ki, yol polis əməkdaşı avtomobili idarə edərkən bir neçə dəfə onu saxlatdırmış avtomobilin arxa yaylarında kəsilmə olması barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş 13 iyul 2024-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.2.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan 13 iyul 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 13 iyul 2024-cü il tarixdə saat 10:00 radələrində Masallı şəhəri ərazisində avtomobili idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.2.3-cü maddələrinə əsasən 150 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2094 saylı arayışdan görünür ki, Vaz- 21723 markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Avtoservis” texniki xidmət stansiyasının çilingər ustası X2 iştirakı ilə avtomobilin yaylarına baxış keşirilmişdir. Avtomobilin arxa yaylarında kəsilmə aşkar edilmişdir. İş materiallarında olan şikayətçi tərəfindən təqdim edilmiş QRAND AUTO SFRVİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qaimədən görünür ki, Vaz-21723 markalı, **-EN- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yayların ümumi yoxlanışı zamanı aparılan yoxlanış zamanı hər hansı istismar pozuntusuna rast gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, 13 iyul 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün qanuni əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki halları ilə şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətmiş olması polis söbəsi tərəfindən protokol tərtib edilərkən avtomobildə olan texniki nasazlığın yoxlanılması ilə bağlı alınmış arayışla ilə təsdiqini tapmışdır. Odur ki, şikayət təmin edilməməlidir. Bu səbəbdən göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 barəsində qəbul edilmiş 13 iyul 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1793/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1793/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver