Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1796/2025 22.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Şəxs barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol və digər sənədlər geri qaytarılmalıdır. Masallı Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Lakin inzibati xəta haqqında protokolda zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı göstərilməmişdir. Həmçinin inzibati xətanın törədilməsi nəticəsində zərərçəkmiş şəxslərə hansı zərər yetirilməsi, Şəxs sürücülük vəsiqəsinin seriyası və nömrəsi və ya nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin seriyası və nömrəsi barədə heç bir qeyd aparılmamışdır. Eləcə də protokolu tərtib etmiş orqan tərəfindən inzibati xəta haqqında materiala zərərçəkmiş şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər, aldığı xəsarətlərlə bağlı ekspert rəyləri, həmçinin baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı hadisə yerinə baxış protokolu və ona əlavə edilmiş fotocədvəl əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 10.5.6-cı maddələrinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları göstərilməlidir. Həmin Məcələnin 100.5.9-cu maddəsinə əsasən inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 100.6-cı maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokolda bu Məcəllənin 100.5-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar da göstərilir: 100.6.1. nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı; 100.6.2. törədilmiş inzibati xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi nəzərdə tutulduğu halda, götürülən sürücülük vəsiqəsinin seriyası və nömrəsi, nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin seriyası və nömrəsi; Həmin Məcəllənin 109.1.6-cu maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən protokol İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmiş və inzibati xəta haqqında təqdim edilmiş material natamamdır. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Masallı Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Masallı Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1796/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1796/2025
22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver