Məhkəmə qərarları › İş №3(050)-1798/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1798/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1798/2023 07.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, xx.xx.1971-ci ildə Masallı rayonu, Kalinovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Masallı rayonu, Xoşçobanlı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 16 oktyabr 2023-cü il tarixli qərardan və 19 oktyabr 2023-cü tarixli, seriya İXP, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində idarə etdiyi “VAZ 2106” minik markalı, ** TB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Göytəpə-Qızılağac avtomobil yolunun Masallı rayonu, Təklə kəndi ərazisində Xoşçobanlı kəndi isttiqamətində 80 km saat sürətlə hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan taraktoru ötüb keçmək üçün əks hərəkət zolağına çıxmış, lakin idarəetməni itirdiyindən avtomobil yol kənarına basdırılmış beton parçasına çırpıldığından aşmış, nəticədə avtomobilin ön sərnişin oturacağında əyləşmiş X3 qasıq sümüyünün basılmış yerini dəyişən sınığı, döş qəfəsinin arxa aşağı hissəsinin və bel nahiyyəsinin sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, avtomobilin arxa sərnişin oturacağında əyləşmiş sərnişin X5 qapalı kəllə beyin travması, baş beynin silkələnməsi və başın sol gicgah nahiyəsinin əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Şəxs üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, səlahiyyətli orqan da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. İnzibati xəta haqqında işə Şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, hadisə zamanı az ağır xəsarət almış X9 anası X1 RPŞ-yə ərizə ilə müraciət edərək X8 heç bir şikayət və tələbi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2,327.8 və 328.2-ci maddələrinin tərkibi olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Masallı RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır. «Cinayət işinin başlanmasının rədd edilməsi barədə16 oktyabr 2023-cü il tarixli qərarda istinad olunmuş MTE və PA Masallı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 961 saylı rəyindən görünür ki, X4 qasıq sümüyünün basılmış yerini dəyişən sınığı, döş qəfəsinin arxa aşağı hissəsinin və bel nahiyəsinin sıyrıqları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 23 sentyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. «Cinayət işinin başlanmasının rədd edilməsi barədə16 oktyabr 2023-cü il tarixli qərarda istinad olunmuş MTE və PA Masallı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 962 saylı rəyindən görünür ki, X2 qapalı kəllə beyin travması, baş beynin silkələnməsi və başın sol gicgah nahiyəsinin əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 23 sentyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. xx.xx.2023-cü tarixli, seriya İXP, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar