Məhkəmə qərarları › İş №3(050)-180/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-180/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-180/2023 30.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, İcra vərəqəsi üzrə tələbkarın nümayəndəsi X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx xxxxx 1972-ci ildə Masallı rayonu Zuvandlı kəndində doğulmuş, Masallı rayonu Zuvandlı kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Məhkəməsinin 2(050)-154/2020 saylı, 21 may 2020-ci il tarixli icra sənədinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişaf Departamentinin Masallı Regional X2 Yeyənkənd meşəbəyiliyinin 16 saylı meşə dolayında 0,50 ha meşə fondu torpağında cavabdeh Şəxs tərəfindən aparılan tikinti işləri dayandırılması, inşa edilmiş tikintilər onun öz vəsaiti hesabına sökülməsi və meşə təsərrüfatına dəymiş maddi ziyana görə 1030,12 manat Şəxs alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişaf Departamentinin Masallı Regional X2 hesabına ödənilməsi qət edilmişdir.Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır.Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin müvafiq icra vərəqəsinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişaf Departamentinin Masallı Regional X2 Yeyənkənd meşəbəyiliyinin 16 saylı meşə dolayında 0,50 ha meşə fondu torpağında cavabdeh Şəxs tərəfindən aparılan tikinti işləri dayandırılması, inşa edilmiş tikintilər onun öz vəsaiti hesabına sökülməsi və meşə təsərrüfatına dəymiş maddi ziyana görə 1030,12 manat Şəxs alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişaf Departamentinin Masallı Regional X2 hesabına ödənilməsi qət edilmişdir.Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış, icra sənədi icra etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Masallı Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişaf Departamentinin Masallı Regional X2 Yeyənkənd meşəbəyiliyinin 16 saylı meşə dolayında 0,50 ha meşə fondu torpağında cavabdeh Şəxs tərəfindən aparılan tikinti işləri dayandırılması, inşa edilmiş tikintilər onun öz vəsaiti hesabına sökülməsi və meşə təsərrüfatına dəymiş maddi ziyana görə 1030,12 manat Şəxs alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişaf Departamentinin Masallı Regional X2 hesabına ödənilməsi qət edilmişdir.Lakin o, 30 ildir ki, həmin torpaq sahəsində yaşayır və həmin torpaq sahəsində 30 il bundan qabaq inşa edilmiş fərdi yaşayış evi olmuşdur.Lakin həmin ev köhnə olduğu üçün söküb yenisini inşa etmişdir.Bütün problemləridə yeni evi inşa etdikdən sonra başlamışdır.Belə ki, yeni evi inşa etdikdən sonra tələbkar tərəfin nümayəndəsi və polis əməkdaşları onu narahat etməyə başlamışlar.İcra sənədini icra etməməsinin səbibidə odur ki, onun qonşuluğunda da insanlar özlərinə ev tikərək yaşayırlar, lakin Meşə təsərrüfatı idarəsi təkcə ona qarşı iddia qaldırmışdır, nəyə görə digər şəxslərə qarşı iddia qaldırmırlar.Həmçinin maddi imkanı olmadığı üçün icra vərəqəsi ilə müəyyən edilmiş 1030 manat məbləğində pulu ödəyə bilməmişdir.Hazırdada həmin pulu ödəmək iqtidarında deyildir. Gələcəkdə isə həmin pul məbləğini hissə-hissə ödəyəcəkdir.Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkarın nümayəndəsi X1 izahat verərək bildirdi ki, Masallı Rayon Məhkəməsinin müvafiq icra vərəqəsinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişaf Departamentinin Masallı Regional X2 Yeyənkənd meşəbəyiliyinin 16 saylı meşə dolayında 0,50 ha meşə fondu torpağında cavabdeh Şəxs tərəfindən aparılan tikinti işləri dayandırılması, inşa edilmiş tikintilər onun öz vəsaiti hesabına sökülməsi və meşə təsərrüfatına dəymiş maddi ziyana görə 1030,12 manat Şəxs alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişaf Departamentinin Masallı Regional X2 hesabına ödənilməsi qət edilmişdir.Lakin borclu bu günə kimi icra sənədini icra etməmişdir.Tələbkar olaraq icra sənədinin tam şəkildə icra edilməsini tələb edirlər. Odur ki, borclu barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərar verdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 30 yanvar 2023-cü il tarixdən, saat 12:25-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar