Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1802/2024 13.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X10 Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1975-ci ildə Masallı rayonu, Hacıtəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Hacıtəpə kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan məlum olur ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(050)- 1610/2013 nömrəli icra sənədinin və xx.xx.2019 tarixli, 2(050)-1680/2019 saylı icra sənədində göstərilən tələbləri tam olaraq həyata keçirməmişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(050)- 1610/2013 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2000-ci il təvəllüdlü X8 və xx.xx.2006-cı ildə anadan oğlumuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər birinə hər ay 50 manat miqdarında cəmi 2 nəfər uşağa görə 100 manat aliment pulu tutulub X1 verilməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2019 tarixli, 2(050)-1680/2019 saylı icra sənədinə əsasən cavabadeh Şəxs 11 iyul 2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Şəxs barəsində protokol tərtib edilib məhkəməyə gətirilənədək, icra sənədləri üzrə ümumilikdə 11638 manat qalıq borcu qalmışdır. Borclu məhkəməyə gətirildikdən sonra yaranmış borcundan tələbkarın hər birinə 500 manat ödəməklə ümumilikdə 1000 manat ödəmişdir və qalan borcunu da hər ay hissə-hissə ödəməklə tamamlayacağına söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(050)-1610/2013 nömrəli icra sənədinin və xx.xx.2019 tarixli, 2(050)-1680/2019 saylı icra sənədindən məlumatlıdır. O, məhkəmə qətnaməsinə hörmətlə yanaşır və borcunu ödəməyə etiraz etmir. İcra sənədi üzrə əvvəllər ödənişlər etsə də maddi imkansızlıq səbəbindən sonradan ödənişlər edə bilməmişdir. Bu gün yəni xx.xx.2024-cü il tarixdə icra sənədləri üzrə yaranmış borcdan tələbkarların hər birinə 1000 manat ödəniş etmişdir. Özünə iş tapmış, işləməklə ödənilməmiş borcu da hər ay hissə-hissə ödəməklə tamamlayacaqdır. Halhazırda borcunu tam ödəyə bilmir. Borcunu tam ödəyə bilməməsinin səbəbi, icradan qərəzli olaraq yayınmaq deyil, maddi imkansızlığıdır. Göstərilənləri nəzərə alaraq, inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2019 tarixli, 2(050)-1680/2019 saylı icra sənədində əsasən cavabadeh Şəxs 11 iyul 2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment ona ödənilməlidir. Hazırda Şəxs ona icra sənədi üzrə yaranmış borcdan bu gün yəni xx.xx.2024-cü il tarixdə 500 manat ödəmişdir. Hazırkı mərhələdə borclu barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinin tərəfdarı deyildir. Odur ki, borclu barəsində tədbir görülməsini məhkəmənini mülahizəsinə buraxır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 avqust 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(050)-1680/2019 nömrəli icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. xx.xx.2013-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(050)-1610/2013 nömrəli icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. 13 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Həsənov X3 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)- 1680/2019 nömrəli və Masallı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(050)- 1610/2013 nömrəli icra sənədinin icrasını tam təmin etmədiyindən barəsində inzibati protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, istifadəsində olan mobil telefonla əlaqə saxlanılmaqla ona yaranmış borcdan 500 manat ödənildiyini, borclunun qalıq borcu hər ay müntəzəm şəkildə əmək haqqından ödəyəcəyinə söz verdiyini bildirilməklə inzibati xəta haqqında işə baxılması barədə mövqeyi öyrənilərkən. məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, borclunu bu dəfə bağışladığını, qalan aliment borcunu hər ay ödəməklə yekunlaşdırmasını və hazırkı barəsində tərtib edilmiş protokol üzrə məsuliyyətə cəlb edilməsini istəmədiyini bildirmişdir. Məhkəmə borclunu və icra məmurunu dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, borclu əvvəllər icra sənədi üzrə yaranmış borcdan ödənişlər etmiş, lakin maddi imkansızlıq səbəbindən sonradan ödənişlər edə bilməmişdir. Lakin barəsində protokol məhkəmə iclasında daxil olduqdan sonra icra sənədinin icrasına cəhd etmiş və icra sənədləri yaranmış borcDan tələbkarların hər birinə 500 manat ödəməklə ümumi 1000 manat ödəmiş, qalan borcunu da hər ay müntəzəm şəkildə ödəniş etməklə yekunlaşdıracağına söz verir. Bundan başqa borclunun adında hər hansı əmlak olmadığından tələbin bir dəfəlik olaraq ödənilməsini icra edə bilmir. Bununla da məhkəmə belə qənaətə gəlir ki, borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Məhkəmə qeyd edir ki, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə İXM-in 528.1-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə, hazırkı iş üzrə həm inzibati xəta tərkibi olmadığından, həm şəxsin inzibati xəta törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1802/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1802/2024
13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver