Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1805/2024 13.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, İcra vərəqəsi üzrə tələbkarlar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxx 1976-cı ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-2028/2020 nömrəli 30 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 8000 (səkkiz min) manat məbləğində pul, 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 8030 (səkkiz min otuz) manat məbləğində pulun alınaraq tələbkarlar X3 və X2 verilməsi qət edilmişdir. Şəxs heç bir üzrlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2028/2020 nömrəli 30 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 8000 (səkkiz min) manat məbləğində pul, 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 8030 (səkkiz min otuz) manat məbləğində pulun alınaraq tələbkarlar X3 və X2 verilməsi qət edilmişdir. İcra vərəqəsi icraatına daxil olduqdan sonra iş üzrə icraata başlama haqqında qərar qəbul edilmiş və həmin qərar bildirişlə birlikdə tərəflərə göndərilmişdir. Eyni zamanda borclunun əmlakı barədə araşdırma aparılmış, borclunun ölkədən çıxmasına məhkəmə qərardadı ilə məhdudiyyət qoyulmuş, borclu barədə məcburi gətirmə və axtarış qərarları qəbul edilmişdir. 2021-ci ildə borclu barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamışdır, icra sənədini icra etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda borclunun öhdəliyi üzrə 6500 manat ödənilməmiş borcu vardır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, yaranmış borcunu hissə-hissə hər ay 400 manat ödəyə biləcəkdir, bir dəfəlik ödəməyə imkanı çatmır. Hazırda yenicə işə başlamış, cücə fermasında işləyir və 500-600 manat əmək haqqı alır. Arvadıda DOST MMC-də işləyir 326 manat əmək haqqı alır. Əvvəllər maddi imkanı olmamış, vəziyyəti pis olmuşdur. Uzun illər ailəsi ilə birlikdə kirayədə yaşamışdır. Hazırda bir ildir ki, qızının evində yaşayır. Yaranmış borcu ödəməkdən imtina etmir. Lakin maddi imkanı olmadığı üçün tam şəkildə ödəyə bilmir. Odur ki, məhkəmədən barəsində cərimə cəzası tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs2 izahat verərək bildirdi ki, borclu uzun müddət axtarışda olmuş, tutulub gətirildikdən sonra isə 200 manat ödəniş etmiş və müəyyən vədlər verərək getmişdir. Bundan sonra Afiqlə əlaqə saxlamaq mümkün olmamışdır. Nə Afiqin nədə qardaşının telefonuna zəng çatmamışdır. Dəfələrlə Afiqin yaşadığı evin qarşısına getmişdir. Gecə gündüz onun evinin qarşısında onu gözləmişdir. Lakin Afiqi tapa bilməmişdir. Daha onun vədlərinə inanmır. Öz haqqını tələb edir. Burclu borcunu ödəmədiyi təqdirdə isə barəsində qanuna müvafiq qaydada sərt tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs1 izahat verərək bildirdi ki, borcludan haqqını tam şəkildə tələb edir. Borclu borcunu ödəmədiyi təqdirdə barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 13 sentyabr 2024-cü il tarixdən, saat 15:10dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1805/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1805/2024
13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver