Məhkəmə qərarları › İş №3(050)-1810/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1810/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1810/2025 21.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon Polis Şöbəsinin DYPB-nin baş dövlət avtomobil müfəttişi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1950-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, pensiyaçı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, müəyyən etdi: Masallı Rayon Polis Şöbəsinin DYPB-nin baş dövlət avtomobil müfəttişi polis kapitanı X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:55 radələrində “VAZ 21063 minik" markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobli idarə edən zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələbini pozmuşdur. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 21 avqust 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon Polis X8 polisi bölməsi baş dövlət avtomobil müfəttişi polis kapitanı X5 məhkəmə iclasında bildirdi ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olduğu zaman rabitə vasitəsilə onlara Masallı şəhər, H.Əliyev pr-ti ərazisində yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirmişlər. Onlar dərhal hadisə yerinə gəlmiş və müəyyən etmişlər ki, “VAZ 21063 minik" markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edən sürücü Şəxs yolun hərəkət hissəsində dayanmış X2 məxsus “VAZ-21074” markalı K-521-TT-93 RUS dövlət qeydiyyat nömrəli avtomobillə arxadan toqquşmuş, həmin avtomobildə qarşıda olan X3 məxsus **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisədə xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ziyan dəymişdir. X4 İXM-nin 327.1ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi qaydasının pozulması halına yol verdiyi üçün 40 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Şəxs əməlində isə Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsinin tərkibi olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsindən ötrü Masallı Rayon Məhkəməsinə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 16 avqust 2025-ci il tarixdə Masallı rayonu, H.Əliyev pr-ti ərazisində sürücülük vəsiqəsi olmadan “VAZ 21063 minik" markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman yolun hərəkət hisəsində dayanmış X2 məxsus avtomobillə arxadan toqquşmuş, həmin avtomobildə qarşıda olan X3 məxsus **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillərə maddi ziyan dəymişdir. Baş vermiş hadisədə özünü qismən təqsirli hesab edir. Seyran Kərimov yolun hərəkət hissəsində nəqliyyat vasitəsini saxlamasaydı avtoqəza baş verməzdi. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan Avtoservis“ Masallı tərəfindən verilmiş 19 avqust 2025-ci il tarixli, 2877 saylı arayışdan görünür ki, “VAZ-21074” markalı K-521-TT-93 RUS dövlət qeydiyyat nömrəli avtomobilə 3306 manat ziyan dəymişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcısından görünür ki, Şəxs avtoqəza baş verən vaxtı sərxoş vəziyyətdə olmamışdır. İş materiallarında olan baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərini özündə əks etdirən “CD” diskə baxış keçirilən zaman görünür ki, Şəxs avtomaşını idarə edən zaman yolun hərəkət hissəsində dayanan avtomobilə arxadan toqquşması, həmin avtomobilin isə qarşıda dayanmış başqa avtomobillə toqquşması müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, işdə iştirak edən şəxslərin izahatları, inzibati xəta haqqında protokol, dəymiş ziyanla bağlı arayış, baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərini özündə əks etdirən “CD” disk, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti az ağırləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına az ağır bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz.Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, pensiyaçı olmasını, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adı çəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək, məhkəmə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd “CD” disk inzibati xəta haqqında iş materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Maddi sübut: baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd “CD” disk inzibati xəta haqqında iş materiallarında saxlanılsın. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan tərəflər 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar