Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1815/2023 24.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X3, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, xx.xx.1998-ci ildə Masallı rayonu Lürən kəndində doğulmuş, Masallı rayonu Lürən kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-2562/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 14 sentyabr 2020-ci il tarixli, ********* saylı saylı müqaviləyə əsasən əsas borca görə 90 manat, cəriməyə görə 27 manat, cəmi 117 manat, 14 sentyabr 2020-ci il tarixli, ********* saylı müqaviləyə əsasən əsas borca görə 573 manat, cəriməyə görə 171 manat, cəmi 744 manat, 20 sentyabr 2020-ci il tarixli, ********* saylı müqaviləyə əsasən əsas borc 146 manat, cəriməyə görə 43 manat, cəmi 189 manat və 20 sentyabr 2020-ci il tarixli, ********* saylı müqaviləyə əsasən əsas borca görə 182 manat, cəriməyə görə 54 manat, cəmi 236 manat, habelə dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 1316 (bir min üç yüz on altı) manat məbləğində pul alınaraq "xxxx" MMC-yə verilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-1442/2022 saylı, 05 may 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli, 484sLKN/20 saylı kredit müqaviləsinə əsasən 1471,9 manat əsas, 624.44 manat faiz, 5.72 manat cərimə, cəmi 2102.21 manat, xidmət haqqı qismində 0.40 manat və dövlət rüsumu olaraq ödənilmiş 41.56 manat pul "xxxx" KB ASC-nin xeyrinə tutulması, Masallı Rayon Məhkəməsinin 2(050)-3274/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli müqavilə üzrə Apple AirPods Pro markalı qulaqlıq üçün 550 manat ödənilməmiş hissə, 55 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********74968 olan HUAWEİ Y6s markalı telefon üçün 149 manat ödənilməmiş hissə, 14 manat cərimə, ümumilikdə 768 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)-3489/2021 saylı, 02 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 499.77 manat əsas, 145.53 manat faiz, 7.52 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 682.82 manat pul "xxxx" KB ASC-nin yeyrinə tutulması qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2562/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 14 sentyabr 2020-ci il tarixli, ********* saylı saylı müqaviləyə əsasən əsas borca görə 90 manat, cəriməyə görə 27 manat, cəmi 117 manat, 14 sentyabr 2020-ci il tarixli, ********* saylı müqaviləyə əsasən əsas borca görə 573 manat, cəriməyə görə 171 manat, cəmi 744 manat, 20 sentyabr 2020-ci il tarixli, ********* saylı müqaviləyə əsasən əsas borc 146 manat, cəriməyə görə 43 manat, cəmi 189 manat və 20 sentyabr 2020-ci il tarixli, ********* saylı müqaviləyə əsasən əsas borca görə 182 manat, cəriməyə görə 54 manat, cəmi 236 manat, habelə dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 1316 (bir min üç yüz on altı) manat məbləğində pul alınaraq "xxxx" MMC-yə verilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-1442/2022 saylı, 05 may 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli, 484sLKN/20 saylı kredit müqaviləsinə əsasən 1471,9 manat əsas, 624.44 manat faiz, 5.72 manat cərimə, cəmi 2102.21 manat, xidmət haqqı qismində 0.40 manat və dövlət rüsumu olaraq ödənilmiş 41.56 manat pul "xxxx" KB ASC-nin xeyrinə tutulması, Masallı Rayon Məhkəməsinin 2(050)-3274/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020ci il tarixli müqavilə üzrə Apple AirPods Pro markalı qulaqlıq üçün 550 manat ödənilməmiş hissə, 55 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********74968 olan HUAWEİ Y6s markalı telefon üçün 149 manat ödənilməmiş hissə, 14 manat cərimə, ümumilikdə 768 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)-3489/2021 saylı, 02 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 499.77 manat əsas, 145.53 manat faiz, 7.52 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 682.82 manat pul "xxxx" KB ASC-nin yeyrinə tutulması qət edilmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar tədbirlər həyata keçirilmiş, borclunun əmlakının olmadığı və hər hansı bir məvacib (maaş və ya pensiya) almadığı müəyyən edilmişdir. Həmçinin borclunun yaşayış ünvanına bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Daha sonra eyni ünvana xəbərdarlıq məktubu da göndərilmişdir. Borclu icra vərəqələrinin icraata daxil olduğu zamandan hazırkı vaxta kimi heç bir ödəniş etməmişdir. Qeyd edilənlərə əsas barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, müvafiq icra sənədləri üzrə ondan "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" KB ASC-nin xeyrinə alınmış mallar və götürülmüş kreditlə bağlı ödənilməmiş pul məbləğinin tutulması qərara alınmışdır. Lakin maddi imkanı olmadığına görə o, yaranmış öhdəliklərini icra edə bilməmişdir. Hazırda isə işləyir və qazanc əldə edir və bu gün "xxxx" MMC-yə olan borcundan 200 manat ödəniş etmişdir. Digər borclarını isə hər ay hissə-hissə olmaqla ödəyəcəkdir. Odur ki, məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar "xxxx" MMC-nin nümayəndəsi X3 izahat verərək bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-3274/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli müqavilə üzrə Apple AirPods Pro markalı qulaqlıq üçün 550 manat ödənilməmiş hissə, 55 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********74968 olan HUAWEİ Y6s markalı telefon üçün 149 manat ödənilməmiş hissə, 14 manat cərimə, ümumilikdə 768 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Borclu bu günkü günə kimi borcundan heç bir ödəniş etməmişdir. Bu gün isə yaranmış borcundan 200 manat ödəmiş, qalan borcu isə ödənilməmiş qalmışdır. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati qaydada cərimə edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1815/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1815/2023
24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver