Məhkəmə qərarları › İş №3(050)-1816/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1816/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1816/2023 24.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Masallı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 01 avqust 1982-ci ildə Masallı rayonu, Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonu, Təklə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Masallı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Nuriyev X6 Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2 (050)-72/2020 saylı icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclası zamanı Masallı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2 (050)-72/2020 saylı icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 80 (səksən) manat, cəmi 160 (bir yüz altımış) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı X4 ödənilməsi qərara alınmışdır. Qeyd olunan icra vərəqəsi Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə məhkəməyə və tələbkarlara göndərilmişdir. Borclu Şəxs icra məmurunun qanuni tələbini yerinə yetirməyib məhkəmə qərarının icrasını təmin etməyərək üzərində olan borcunu ödəmədiyindən, həmçinin çağırışlara gəlmədiyi üçün barəsində axtarış qərarı qəbul edilmiş və o, bu gün tapılaraq onlara təhvil verilmişdir. Hal-hazırda borclunun tələbkara 4090 manat aliment borcu vardır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcunu ödəməkdən yayınır. Göründüyü kimi borclu icra vərəqələrinin icrasını təmin etməyərək icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, maddi imkanı zəif olduğundan hal-hazıradək tələbkara olan aliment borcunu tam ödəyə bilməmişdir. Belə ki, səhhəti ilə bağlı heç yerdə işləyə bilmir və başqa gəliri də yoxdur. Əgər ona 6 ay vaxt verilərsə tələbkara olan borcunu tam ödəyəcəkdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin18 avqust 2022-ci il tarixli, 3(050)-1181/2022 saylı qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında 24 oktyabr 2023-cü il tarixli, MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə, cərimə növündə tənbeh tətbiq etməyi kifayət hesab etməyərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 24 oktyabr 2023-cü il tarixdən saat 16:55-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar