Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1820/2023 25.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç azyaşlı uşağı olan, orta təhsilli, "xxxx" MMC-də sosial işçisi vəzifəsində işləyən, Masallı şəhəri, H.Əliyev küçəsi, ev 40-da qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 24 oktyabr 2023-cü il tarixdə saat 19:30 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində Masallı RPŞ-nin DYPB-nin YPX əməkdaşları tərəfindən saxlanılarkən ucadan söyüş söyməklə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs 24 oktyabr 2023-cü il tarixdə saat 19:30 radələrində tarixdə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 izahatında göstərdi ki, xx.xx.2023-ci il tarixdə saat 19:30 radələrində Masallı şəhəri, H.Əliyev pospektində Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektorları, polis serjantı Ayxan Xalıqzadə və polis baş serjantı Ruslan Rəhimovla birlikdə xidmətdə olarkən “VAZ 21074 markalı” 44CF299 dövlət nömrə nişanlı avtomaşının sürücüsü avtomaşının arxa xarici işıq cihazları nasaz olduğu üçün, eyni zamanda avtomaşının üzərində ödənilməyən cərimə borcu olduğu üçün patrul avtomaşınında quraşdırıbmış sayrışan işıqlar və səs siqnalları ilə saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim edib qayda pozuntusunu izah etmək istəyərkən, sonradan şəxsiyyətini müyyən edilmiş Şəxs yüksək səslə nalayiq küçə söyüşləri ilə YPX əməkdaşlarını təhqir etməyə başlamış, polis əməkdaşları Şəxs nizam-intizama dəvət etsələr də, lakin o, buna məhəl qoymaraq, öz qanunsuz əməllərini davam etdirdiyi üçün yaxınlığda xidmət aparan PPXB-nin əməkdaşları həmin yerə dəvət edilmiş, PPX-nin əməkdaşlarının köməkliyi Şəxs RPŞ-yə gətirilmişdir. RPŞ-nin inzibati binasında növbətçi hissənin qarşısınds Şəxs yenidən səs-küy salaraq, ucadan nalayiq ifadələr işlətməyə başlamış, həmin vaxtı RPŞnin DYPB-nin BDAM-ı X6, NH-nin məsul növbətçisi polis kapitanı Tofiq Abıyev, növbətçi köməkçisi polis baş serjantı Vüsal Kazımov onu nizam-intizama dəvət etsələrdə, Şəxs səs-küy salmaqla RPŞ-nin iş fəaliyyətini pozmuşdur. Göstərilən səbəblərdən barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-ci il tarixdə saat 19:30 radələrində Masallı şəhəri, H.Əliyev pospektində idarə etdiyi avtomaşınla yolun kənarında dayandığı vaxt YPX-nin maşını yanında saxlamış, avtomaşında olan əməkdaşların YPX-nin inspektorları Ayxan Xalıqzadə və Ruslan Rəhimov olduğunu bilmişdir. YPX əməkdaşı Ayxan Xalıqzadə xidməti avtomaşından düşərək ona yaxınlaşmış və onu təhqir etməyə başlamış, o, da YPX əməkdaşına cavab qaytarmış, aralarında mübahisə yaranmışdır. YPX əməkdaşı Ayxan Xalıqzadə xidməti avtomaşına minərək sürüb getmiş, arxadan manevr edərək xidməti avtomaşını onun idarə etdiyi avtomaşının arxa hissəsində saxlamış, avtomaşından düşərək ona yaxınlaşmış, o, da avtomaşından yerə düşmüşdür. YPX əməkdaşı Ayxan Xalıqzadə yenidən onu təhqir etməyə başlamış, DİN-nin 102 xidmətinə zəng etmək istədikdə, YPX əməkdaşları telefonu əlindən almaq istəmiş, köynəyi cırılmış, mübahisə düşmüşdür. Həmin vaxt münaqişə yerinə çağırılmış PPX əməkdaşları onu xidməti avtomaşına əyləşdirməklə RPŞ-yə aparmaq istəmiş, lakin xidməti avtomaşına əyləşib RPŞ-yə getməkdən imtina etmişdir. Sonradan hadisə yerinə gəlmiş digər YPX avtomaşına əyləşib RPŞ-yə getmişdir. RPŞ-nin inzibati binasında söyüş söyməmiş, heç kimə tabesizlik göstərməmişdir. Sonda Şəxs peşman olmasını və barəsində yüngül tənbeh tədbiri görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru X2 izahatında göstərdi ki, xx.xx.2023-ci il tarixdə saat 19:30 radələrində Masallı şəhəri, H.Əliyev pospektində Masallı RPŞ-nin DYPB-nin YPXİ-nin polis baş serjantı Ruslan Rəhimovla birlikdə xidmətdə olarkən “VAZ 21074” markalı 44CF299 dövlət nömrə nişanlı avtomaşının sürücüsü avtomaşının arxa xarici işıq cihazları nasaz olduğu üçün eyni zamanda avtomaşının üzərində ödənilməyən cərimə borcu olduğu üçün patrul avtomaşınında quraşdırılmış sayrışan işıqlar və səs siqnalları ilə saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim edərək qayda pozuntusunu izah etmək istəyərkən, sonradan şəxsiyyətini müyyən etdikləri Şəxs yüksək səslə söyüş ilə onu təhqir etməyə başlamış, ona qanunun tələbinə riayət etməyi tövsiyə etsələr də o, buna məhəl qoymaraq, öz qanunsuz əməllərini davam etdirdiyi üçün yaxınlıqda xidmət aparan PPXB-nin əməkdaşlarını həmin yerə dəvət edərək, onların köməyi ilə Şəxs RPŞ-yə aparmışlar. Hadisə yeri şəhərin mərkəz hissəsi olduğundan çoxlu sayda insanlar toplaşmışdır. RPŞ-nin inzibati binasında növbətçi hissənin qarşısında Şəxs yenidən səs-küy salaraq ucadan nalayiq ifadələr işlətməyə başlamış, onu dəfələrlə nizam-intizama dəvət etsələr də, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, öz əməlini davam etdirməklə RPŞnin iş fəaliyyətini pozmuşdur. Şəxs qarşı etik davranış qaydasını pozmamışdır. Hesab edir ki, Şəxs cəriməsi olduğundan idarə etdiyi maşının üzərində həbs olduğunu və belə vəziyyətdə saxlanılan maşın cərimə dayanacağına yerləşdiriləcəyi üçün o, əvvəlcədən bilərəkdən belə hərəkətlərə yol vermişdir. Bütün bunları işə əlavə edilmiş CD olan görüntülər də təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X3 şahid X2 ilə eyni məzmunlu izahat verərək həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin əməkdaşı X7 izahatında göstərdi ki, 24.10.203-cü il tarixdə saat 19:50 radələrində Masallı RPŞ-nin inzibati binasında məsul növbətçi olduğu vaxt Masallı RPŞ-yə YPX-nin əməkdaşları tərəfindən gətirilmiş sonradan adını bildiyi Şəxs növbətçi hissənin qarşısında uca səslə nalayiq ifadələr işlətməyə başlamış, ona dəfələrlə etdiyi hərəkətin qanun pozuntusu olduğunu polis əməkdaşları bildirsələr də, o, buna məhəl qoymamış, hüqazidd hərəkətlərinə davam etməklə RPŞ-nin iş fəaliyyətini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmisidir. xx.xx.2023-ci il tarixdə saat 19:30 radələrində Masallı şəhəri, H.Əliyev pospektində bərbərxanan qarşısında oturmuş, həmin vaxt əmisi Şəxs idarə etdiyi avtomaşınla qarşı tərəfdə yolun kənarında saxlamışdır. Həmin vaxt YPX-nin maşını əmisinin avtomaşının yanında saxlamış, avtomaşında olan əməkdaşların YPX-nin inspektorları sonradan tanıdığı Ayxan Xalıqzadə və Ruslan Rəhimov olmuşdur. YPX əməkdaşı Ayxan Xalıqzadə xidməti avtomaşından düşərək əmisinin avtomaşınına yaxınlaşmış, əmisinə söyüş söymüş, əmisi də onu söymüşdür ki, məni niyə söyürsən? YPX əməkdaşı Ayxan Xalıqzadə xidməti avtomaşına minərək sürüb getmiş, arxadan manevr edərək xidməti avtomaşını əmisinin idarə etdiyi avtomaşının arxa hissəsində saxlamış, avtomaşından düşərək təkrarən ona yaxınlaşmış, əmisi də avtomaşından yerə düşmüşdür. YPX əməkdaşı Ayxan Xalıqzadə yenidən əmisini təhqir etməyə başlamış, əmisi DİN-nin 102 xidmətinə zəng etmək istədikdə YPX əməkdaşları telefonu əlindən almaq istəmiş, əmisinin köynəyi cırılmışdır. Məhkəmə icladına iş materiallarında olan CD-yə baxış keçirilmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində 24 oktyabr 2023-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 24 oktyabr 2023-cü il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. Şəxs təqsiri inzibati xəta haqqında protokol, şahidlərin ifadələri, CD disk və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən hal onun himayəsində azyaşlı övladlarının olmasıdır.; inzibati tənbehi ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni 24 oktyabr 2023-cü il tarixdən saat 22:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-1820/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1820/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver