Məhkəmə qərarları › İş №3(050)-1821/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1821/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1821/2023 25.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi, barəsində X5 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 32, mənzil 3-də qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 511.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə X5 işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 24 oktyabr 2022-ci il tarixdə saat 20:10 radələrində idarə etdiyi “VAZ 2107” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Masallı rayonu Səmidxan kəndi ərazisində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşaiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq etmişdir. Şəxs həmin tarixdə ünvansız küçə söyüşləri söyərək ictimai qaydanı pozmuşdur. X5 Protokola görə Şəxs eyni tarixdə Masallı RPŞ-nin əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 511.1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi qeyd edilmişdir. Məhkəmə iclasında barəsində X5 iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, bir neçə ay öncə Lənkəran rayonundan gəldiyi zaman yol kənarında iki nəfər tanımadığı şəxsin ona işarə edərək dayanmasını bildirmişlər. Oda dayanaraq həmin şəxsləri avtomaşınına götürüb Masallı rayonuna gətirmişdir. Yolda olduqları zaman avtomaşını idarə edən zaman ayağı qıc olduğu üçün ayağını qaldırmışdır. Həmin vaxt sərnişinlərdən biri onu telefonu ilə videoya çəkmişdir. Cavanlıqdı deyə o, həmin şəxslərlə zarafatlaşıb gülmüşdür. O, həmin şəxslərə videonu silmələrini tapşırmışdır. Lakin qısa müddət öncə həmin videonun sosial şəbəkələrdə yayıldığını görmüşdür. Bununla bağlı tanıdığı polis əməkdaşlarına zəng edərək yayılmış görüntünün əgər inzibati xəta yaradırsa cəriməsini ödəməyə hazır olduğunu bildirmişdir. Polis əməkdaşı isə bununla bağlı polis şöbəsinə gəlməli olduğunu bildirmişdir. Daha sonra başqa bir polis əməkdaşı ona zəng edərək polis şöbəsinə gəlməsini bildirmişdir. O, isə artıq gec olduğunu səhəri gün saat 9da şöbədə olacağını bildirmişdir. Lakin axşamçağı yaşadığı evə getdiyi zaman yaşadığı kənddə bir çox polis əməkdaşının olduğunu görmüşdür. Həmin polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, oda etiraz etməyərək onlarla birgə polis şöbəsinə getmişdir. Polis şöbəsində bəhs olunan video görüntü ona göstərilmiş oda etdiyi əməldən peşman olduğunu və bununla bağlı polis əməkdaşlarında və videonu izləyən hər bir şəxsdən üzr istədiyini bildirmişdir. Onun etdiyi üzrxahlıq polis əməkdaşları tərəfindən videoya çəkilmişdir. Lakin o, hər hansı bir söyüş söyməmiş, heç bir ictimai qaydanı pozmamış, polis əməkdaşlarının qanuni tələblərinə tam şəkildə tabe olmuşdur. Polis əməkdaşlarına qarşı hər hansı hörmətsizlik etməyərək onların qanuni tələblərinə əməl etmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Vaz 21074 markalı 52BX382 dövlət nömrə nişanlı avtomaşının sürücüsü Şəxs Ələt-Astara yolunun Masallı rayon ərazisindən keçən hissəsində avtomaşının sükanını əlindən buraxaraq eyni zamanda ayaqlarını əyləc sistemindən götürərək qaz pedalının üzərinə ayaqqabısını qoymaqla digər yol hərəkəti iştirakçılarına real təhlükə yaradaraq cəmiyyətə açıqca nümayişkaranə şəkildə hörmətsizlik etməklə avtoxuliqanlıq hərəkətləri edərək sosial şəbəkədə paylaşım etdiyi üçün Masallı RPŞ-yə dəvət edilmişdir. Masallı RPŞ-nin DYPB-nin BDAM-ı Şəmşir Kərimov, o, sürücü Şəxs etdiyi yol hərəkət qayda pozuntusunun video görüntüsü sosial şəbəkədə paylaşdığını irad bildirdikdə o, aqresiv şəkildə bildirilən iraddan nəticə çıxarmaq əvəzinə “yaxşı edirəm” deyərək uca səslə digər şəxslərin yanında ünvansız küçə söyüşləri söyməyə başlamışdır. O, Şəmşir Kərimov, NH-nin məsul növbətçisi polis kapitanı Tofiq Abıyev, növbətçi köməkçisi polis baş serjantı Vüsal Kazımov dəfələrlə ona irad bildirərək nizam intizama dəvət etsələr də o, polisin qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X1 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Orxan Balakişiyev tərəfindən 24 oktyabr 2023-cü il tarixdə MN ******* və ******* saylı X5 protokollar tərtib edilmişdir. DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru polis kapitanı X1 tərəfindən tərtib olunmuş 24 oktyabr 2023-cü il tarixli, AP seriyalı, ******* nömrəli X5 protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:10 radələrində Masallı rayonu Səmidxan kəndində idarə etdiyi “VAZ 2107” markalı, **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşaiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq etməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 019314 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:05-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin iş materiallarında Şəxs tərəfindən xırda xuliqanlıq edilməsi müəyyən olunsa da, polis işçilərinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların hər hansı qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamış və sübut olunmamışdır. Belə ki, tərtib edilmiş raporta görə polis işçiləri Şəxs törətmiş olduğu inzibati xəta ilə bağlı RPŞ-yə dəvət etdikləri zaman səs-küy yaradaraq nalayiq ifadələr işlətdiyinin şahidi olmuşlar. Polislər ona Masallı RPŞ-nə getməklərini bildirmiş və o, polisə tabesizlik göstərməmiş və onlarla Polis şöbəsinə getmişdir. Bundan başqa polis şöbəsində verdiyi izahatındada polis əməkdaşlarının qanuni tələblərinə tabe olduğunu ona qarşı hər hansı fiziki və psixi təsir olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin iş materiallarında Şəxs tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsini, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsini, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasını təsdiq edən hallar öz əksini tapmamış və sübut olunmamışdır. Eləcə də məhkəmə baxışı iclasında dindirilmiş şəxslərin verdiyi ifadələrdə də həmin hal sübut olunmamışdır. Belə ki, X5 protokol tərtib etmiş şəxsin izahatından da göründüyü kimi, inzibati iş Şəxs tərəfindən avtoxuliqanlıqdan deyil, Şəxs Ələt-Astara yolunun Masallı rayon ərazisindən keçən hissəsində avtomaşının sükanını əlindən buraxaraq eyni zamanda ayaqlarını əyləc sistemindən götürərək qaz pedalının üzərinə ayaqqabısını qoymaqla etdiyi hərəkətləri sosial şəbəkədə paylaşım etdiyi, buna görə də polis bölməsinə gətirilməsindən bəhs edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən polisin təyinatı və əsas vəzifələri aşağıdakı kimi təsbit edilmişdir. İ. Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ. Polisin əsas vəzifələri aşağıdakılardır: 1) ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək; 2) cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək; 2-1) yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində fəaliyyət göstərmək; 3) şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda dövlət idarələrini və digər obyektləri mühafizə etmək; 5) törədilmiş cinayətləri açmaq; 6) cinayətlərin qeydiyyatını və uçotunu aparmaq; 7) cinayətkarları aşkara çıxarmaq və tutmaq; 8) səlahiyyətlərinə aid edilmiş işlər üzrə təhqiqat və istintaq aparmaq; 9) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq; 10) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; 11) kriminalistik və başqa tədqiqatların aparılmasını təmin etmək; 12) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada istintaq təcridxanalarında əməliyyat-axtarış fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı ilə birgə həyata keçirmək; 13) hüquqi və fiziki şəxslərin əmlakını hüquqa zidd əməllərdən qorumaq məqsədi ilə müqavilələr bağlamaq; 14) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş icazəqeydiyyat işlərini aparmaq; 15) yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək; 16) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək; 17) yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu sistemini təşkil etmək. İİİ. Polisi bu Qanunla müəyyən edilməmiş vəzifələrin icrasına cəlb etmək qadağandır. Həmin qanunun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış etdiyindən Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbаycаn Respublikаsı İXM-in 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində X5 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X5 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci mаddəsinə əsаsən bu Məcəllə ilə qorunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd olаn, təqsirli sаyılаn (qəsdən və yа ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb olаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb olunur. Həmin Məcəllənin 6.2-ci mаddəsinə əsаsən inzibаti xətаlаr hаqqındа işlər üzrə icrааtın təmin edilməsi tədbirləri tətbiq edilərkən qаnunvericiliyin tələblərinə əməl olunmаsı yuxаrı orqаnlаrın və vəzifəli şəxslərin idаrə nəzаrəti ilə, məhkəmə və prokuror nəzаrəti ilə və şikаyət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X5 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X5 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. X5 protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində X5 iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddələrdə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Odur ki onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati həbs tənbeh tədbirinin tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53,105, 114, 117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş X5 iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 4 (dörd) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 21:05-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar