Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1822/2023 26.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X6, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Masallı rayonu, Şərəfə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ağakişibəyli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş sübutların qiymətlənidirlməsi haqqında 04 oktyabr 2023-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 02:30 radələrində Masallı rayonu, Şərəfə kəndində şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı həmkəndlisi X4 döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X9 izahatında göstərdi ki, 30 may 2023-cü il tarixdə Masallı rayonu, Şərəfə kənd sakini Şəxs Ağababa oğlu DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək, eləcə də həmin tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 02:30 radələrində yaşadığı kənddə həmkəndlisi X5 tərəfindən döyülərək xəsarət almasını göstərmişdir. Bundan başqa, 30 may 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X5 DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək, eləcə də həmin tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, həmin tarixdə Masallı rayonu, Şərəfə kəndi ərazisində həmkəndliləri Elvin və Camalın onun idarə etdiyi avtomobilin önünü kəsərək boru ilə onu döymələrini göstərmişdir. Şəxs yüngül dərəcəli bədən xəsarəti alması faktı ilə bağlı toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan fakta görə RPŞ-nin İB-nin müstəntiqi Saday Mehrabov tərəfindən xx.xx.2023-cü il tarixdə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanılmış və icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir. İş üzrə Şəxs ilə X5 arasında yaranmış mübahisə zamanı, Şəxs yumruq, təpik və plastik boru ilə Tamerlan Yaqubzadənin bədəninin müxtəlif nahiyələrinə vuraraq, sonuncuya sağ ayağın üst hissəsinin və sağ kürək nahiyəsinin sıyrığı və burun belinin qançırı kimi müəyyən olunan sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətlərini yetirdiyinə görə RPŞ-nin İB-nin müstəntiqi Saday Mehrabov tərəfindən qəbul Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsindən ötrü qərar qəbul edilmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, X4 təxminən 6-7 ay bundan əvvəl tanımış, Tamerlan Yaqubzadə Bakı şəhərində yaşadığından arabir Masallı rayonu, Şərəfə kəndi ərazisinə gəlib-getmişdir. O, Masallı rayonu, Şərəfə kəndində yerləşən evində barama qurdu saxlayır. xx.xx.2023-cü il tarixdə saat 01:50 radələrində barama qurdlarına tut yarpağı verib yemləyərkən küçədən səs-küy gəlməsini eşidib çölə çıxmış, həmin vaxt küçədə iki nəfər şəxsin yerdə uzanmış vəziyyətdə bir-birilərinin paltarlarından tutub mübahisə etdiklərini görmüşdür. Həmin şəxslər bir-birilərini nalayiq ifadələrlə təhqir etmişlər. O, həmin şəxslərə yaxınlaşıb ayırmaq istədiyi zaman Tamerlan Yaqubzadə ayağa qalxıb yerdən götürdüyü təkər açarını onun bədəninə vurmaq istəyərkən o, sol qolunu özünü qorumaq üçün Tamerlana tərəf qaldırdığı zaman həmin təkər açarı sol said nahiyəsinə dəymiş və həmin vaxt qışqıraraq Tamerlana onları ayrıdığını dediyi zaman sonuncu təkrar təkər açarını onun başının təpə nahiyəsinə vuraraq xəsarət yetirmişdir. O, isə yumruq ilə Elvinin vuraraq, itələmişdir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, Şəxs və Camal Cəfərov onu döymüşdülər. Dişi sınmışdır. Barışmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi qərara alınmış; Sübutların qiymətləndirilməsi haqqında qərarda istinad edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 486 saylı rəyindən görünür ki, X1 ayağın üst hissəsinin və sağ kürək nahiyəsinin sıyrığı və burun belinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) tsirindən törənmişdir, yumruqla və plastik boru ilə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti bir günə qədərdir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 02:30 radələrində Masallı rayonu, Şərəfə kəndində, küçədə şəxsi münasibətlər zəminin baş vermiş mübahisə zamanı həmkəndlisi X4 döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən hal onun himayəsində azyaşlı uşağının olmasıdır.; inzibati tənbehi ağırlaşdıran hal yoxdur. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X2 döyülməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli inzibati qaydada tutulduğu gündən, yəni 26 oktyabr 2023-cü il tarixdən saat 13:25-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Babayev X7 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-1822/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1822/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver