Məhkəmə qərarları › İş №3(050)-1822/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1822/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1822/2024 11.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Masallı rayonu, Oncakələ kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Öncəqala kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, o, 02 09.2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsini almaqla ov tüfənginin daşınması qaydasını pozmuş və xx.xx.2024-cü il tarixdə xüsusi icazə sənədi olmadan yaşadığı kənd ərazisində 7 (yeddi) ədəd çöl quşunu ovlamaqla ov qaydalarını pozması müəyyən edilmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olan ov məqsədilə istifadə etdiyi 12 kalibirli, Hükümdar markalı, 519-H23YT-32 nömrəli, tək lüləli mülki ov tüfəngi, patrobaj, 14 ədəd patronun ona məxsus olmasını bildirmişdir. Qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Masallı rayonu Öncəqala kəndində örüş sahəsində ov üçün nəzərdə tutulmayan yerdə qardaşı Şamil ilə ov edərkən, polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edərək, ov qaydalarını pozmasını bildirmiş və polis şöbəsinə onlarla birlikdə gəlməsini xahiş etmişlər. Bildirmişdir ki, qardaşı ilə bilikdə ümumilikdə 7 (yeddi) ədəd çöl göyərçini ovlamışlar. Etdiyi əməldən peşmandır. Bir daha belə hərəkətə yol verməyəcəkdir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsini almaqla ov tüfənginin daşınması qaydasını pozmuş və xx.xx.2024-cü il tarixdə xüsusi icazə sənədi olmadan yaşadığı kənd ərazisində 7 (yeddi) ədəd çöl quşunu ovlamaqla ov qaydalarını pozması müəyyən edilmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 272.3 və 590.1ci maddələrinin tərkibi olduğundan inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri işə əlavə edilmiş inzibati xəta haqqında protokol, işə əlavə edilmiş digər sənədlərlə, o cümlədən onun etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 272.3 və 590.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsini almaqla ov tüfənginin daşınması qaydasını və ov qaydalarının kobud şəkildə pozması tam təsdiq olunduğundan o, həmin maddələrlə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş izahatdan görünür ki, Şəxs 02 09.2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsini almaqla ov tüfənginin daşınması və həmin tarixdə xüsusi icazə sənədi olmadan yaşadığı kənd ərazisində 7 (yeddi) ədəd çöl quşunu ovlamaqla ov qaydalarını pozması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir; 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır; 590.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki Şəxs barəsində İXM-nin 272.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati inzibati tənbehi tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyası həddində ondan götürülmüş ov silahı müsadirə edilməməklə, cərimə edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130 və 156cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə ondan götürülmüş İJ-54 markalı, E-7425 nömrəli qoşa lüləli ov tüfəngi, patronaj, 2 ədəd patron müsadirə edilməməklə, 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın icrası müvafiq olaraq Masallı Rayon Polis şöbəsinə və Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar