Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1823/2024 09.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-cı ildə Masallı rayonu, Öncəqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Öncəqala kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, o, 02 09.2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsini almaqla ov tüfənginin daşınması qaydasını pozmuş və xx.xx.2024-cü il tarixdə xüsusi icazə sənədi olmadan yaşadığı kənd ərazisində 7 (yeddi) ədəd çöl quşunu ovlamaqla ov qaydalarını pozması müəyyən edilmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 18.09 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olan, İJ-54 markalı, E-7425 nömrəli qoşa lüləli ov tüfəngi, patronaj, 2 ədəd patron ona məxsusdur. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Masallı rayonu, Öncəqala kəndində örüş sahəsində ov üçün nəzərdə tutulmayan yerdə qardaşı Fərhad Kərimovla birlikdə ov edərkən polis əməkdaşları hadisə yerində onlara yaxınlaşıb ov üçün rəsmi lisenziyalarının olubolmadığını soruşmuş, onlar polislərə ov üçün lisenziyalarının olmadığını bildirmişdilər. Daha sonra üzərində olan ləvazimatlarla və ov tüfəngləri birgə Masallı RPŞ-yə dəvət olunmuş, hər biri ayrı-ayrılıqda ovladığı quşları, tüfəngləri və digər ləvazimatları təqdim etmiş və baxış keçirilmişdir. Ov etmək üçün xüsusi lisenziyası ov bileti olmasa da İJ-54 markalı, E-7425 nömrəli qoşa lüləli ov tüfənginə dair müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi vardır Qardaşı ilə bilikdə ümumilikdə 7 (yeddi) ədəd çöl göyərçini ovlamışlar. Etdiyi əməldən peşmandır. Bir daha belə hərəkətə yol verməyəcəkdir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsini almaqla ov tüfənginin daşınması qaydasını pozmuş və xx.xx.2024-cü il tarixdə xüsusi icazə sənədi olmadan yaşadığı kənd ərazisində 7 (yeddi) ədəd çöl quşunu ovlamaqla ov qaydalarını pozması müəyyən edilmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında 1xx.xx.2024-cü il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 272.3 və 590.1-ci maddələrinin tərkibi olduğundan inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri işə əlavə edilmiş inzibati xəta haqqında protokol, işə əlavə edilmiş digər sənədlərlə, o cümlədən onun etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 272.3 və 590.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsini almaqla, ov tüfənginin daşınması qaydasını və ov qaydalarının kobud şəkildə pozması tam təsdiq olunduğundan o, həmin maddələrlə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş izahatdan görünür ki, Şəxs 02 09.2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsini almaqla ov tüfənginin daşınması qaydasını pozmuş və xx.xx.2024-cü il tarixdə xüsusi icazə sənədi olmadan yaşadığı kənd ərazisində 7 (yeddi) ədəd çöl quşunu ovlamaqla ov qaydalarını pozması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir; 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən halı kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır; Həmin məcəllənin 590.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki Şəxs barəsində İXM-nin 272.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati inzibati tənbehi tətbiq edilməlidir. İşin faktiki hallarından görünür ki, Şəxs ov etmək etmək üçün lazimi lisenziyası olmamışdır. Məhkəmə şəxsin barəsində inzibati xətanın sanksiyasında göstərilən hansı inzibati tənbehin tətbiq edilməsi məsləsini müzakirə edərək qeyd edir ki, konstitusiya Məhkəməsinin qərarındakı mövqe əsas götürülərək, şəxsin ov etmək üçün lazimi icazəsi olmadığından onun barəsində ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi mümkün deyildir, ona görə də inzibati tənbehin sanksiyasında nəzərdə tutulmuş alternativ inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın müəyyən edilməməsini, ilk dəfə qeyd edilən inzibati xətaya yol verməsini, əvvəllər analoji xətalara yol vermədiyini nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyası həddində inzibati xətanın törədilməsinin aləti olmuş predmetlərin müsadirə edilməməklə, cərimə edilməsini inzibati tənbehin məqsədinə uyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130 və 156cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə ondan götürülmüş İJ-54 markalı, E-7425 nömrəli qoşa lüləli ov tüfəngi, patronaj, 2 ədəd patron müsadirə edilməməklə, 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın icrası müvafiq olaraq Masallı Rayon Polis şöbəsinə və Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1823/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1823/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver