Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1824/2023 07.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 12 sentyabr 2023-cü il tarixli, MN seriyalı,1255687 nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, səndlərin (inzibati xəta haqqında protokol, yazılı göstəriş, akt, baxış aktı və s.) əsli məhkəməyə təqdim edilməmiş, sənədlər kserosurətdən ibarətdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinin nümayəndəsi X8 məhkəmə iclasında bildirdi ki, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tərtib edilmiş protokolun və sənədlərin əsilləri məhkəməyə təqdim edilmişdir. Lakin bir müddət sonra həmin sənədlər məhkəmədə olmadığından təkrar olaraq kserosurətləri məhkəməyə təqdim edilmişdir. Qeyd edilən sənədlərin əsilləri protokolu tərtib etmiş orqanda mövcud olmadığı üçün həmin sənədlərin əsillərinin məhkəməyə təqdim edilməsi mümkün deyil. İnzibati xəta haqqında materialda olan sənədlərin bəzilərinin lazımi qaydada təsdiqlənməsi mümkün olsa da, 12 sentyabr 2023-cü il tarixli, MN seriyalı,1255687 nömrəli protokolun lazımi qaydada təsdiqlənməsi mümkün deyil. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsində məsləhətçi (kompüter proqramçısı) vəzifəsində işləyən X12 və böyük mütəxəsis (dəftərxana müdiri) X5 tərəfindən tərtib edilmiş (imzalanmış) 26 oktyabr 2023-cü il tarixli, 9 nömrəli aktda göstərilir ki, 20 sentyabr 2023-cü il tarixdə X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında material məhkəməyə daxil olmuş, dəftərxana müdiri Ç.Ağayev tərəfindən əvəllər işləmiş məsləhətçi (kompüter proqramçı) X6 təqdim verilmişdir ki, paylamaya işlənilsin, lakin məlum olmayan səbəblərdən qeyd olunan material məhkəmədə aşkar olunmamışdır. X9 Reklam İdarəsi tərəfindən inzibati xəta haqqında prootkolun və ona əlavə olunmuş sənədlərin kserosurıtləri məhkəməyə təqdim olunmuş və material paylamaya verilərkən hakim Ceyhun Quliyev təyin edilmişdir. Odur ki, 3(050)-1824/2023 saylı inzibati xəta haqqında materialda olan sənədlər kserosurət şəklində hakim Ceyhun Quliyevə təqdim olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli Qərarında göstərilir ki, “...İnzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 135.3-ci maddəsinə əsasən ittiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş səndələr kserosurət olmaqla baxılması mümkün olmadığından material geri qaytarılmalıdır. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-1824/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1824/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver