Məhkəmə qərarları › İş №3(050)-1827/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1827/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1827/2024 18.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Masallı rayonu Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, Masallı rayonu, Lürən kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə şəxsi münasibətlər zəminində qaynanası Zərərçəkmiş şəxs dişləyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Fərqiyyə onun onun üzərinə bıçaq çəkdiyini bildirir ki, bu yalandır, belə bir hal olmamışdır. O, onlardan ayrı yaşayır. Həmin evə uşaqlarını gedib uşaqlarını götürmüşdür. Həmin vaxt qapı bağlı olmuş o, qapını özü açmışdır. Zorakılıq halı olmamışdır, sadəcə uşaqlarını götürmüşdür. Fərqiyyə ona polislə, məhkəmə qərarı ilə gəlib uşaqları aparmasını demiş, o, isə ehtiyac duymadığını özünün gəldiyini demişdir. Fərqiyyə ilə aralarında sözlə mübahisə olmuşdur. Lakin Fərqiyyəyə hər hansı bir zərər yetirməmişdir. Məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, günorta vaxtı olmuşdur, kiçik nəvəsi su gətirmək üçün eşiyə çıxmışdır. Bir qədər sonra uşaq ağlaya-ağlaya qayıdıb bir nəfər oğlanın ona baxıb gəl-gəl deyərək çağırdığından qorxduğunu bildirmişdir. O, eşiyə çıxıb həyətə baxmış, lakin həyətdə artıq heç kim olmamış, həmin şəxs artıq getmişdir. Bir qədər sonra ikinci qız eşiyə çıxmış və qayıdaraq “Bahar gəlir, qapını açarla” demişdir. Oda qapını açarlamışdır. Lakin qapıları taxta materiadan olduğu üçün zəif olmuş Baharda qapını itələyərək açmışdır. O, öz otağına keçmiş, bu zaman uşaqlarda onun yanına gəlib onu qucaqlamışlar. Bahar hücum çəkib stolun üzərində olan əşyaları yerə tökərək sındırmışdır və onu nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Uşaqlar onunla getmək istəmədiyini, onları atıb Türkiyəyə getdiyini bildirmişlər. Bu zaman Bahar onun qolundan vuraraq uşaqları onun öyrətdiyini bildirmişdir. Daha sonra Baharla aralarında mübahisə olmuş və Bahar onun itələmişdir. Bu zaman uşaqlar onun qucağında olduğu üçün uşaqlarla birlikdə köndələn şəkildə yıxılmışdır və başı çarpayının taxtasına dəymişdir. Sonra Bahar bildirmişdir ki, “mən uşaqlarımı aparmağa gəlmişəm, ya bıçaqla sizin üçünüzündə başını kəsərəm ya uşaqlarımı apararam”. Məhkəmədən öz mülahizəsinə uyğun qərar qəbul etməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 601 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs sol bazu nahiyəsinin cızıqları, başın sağ təpə nahiyəsinin, boyunun və sol bazu bazu nahiyəsinin qançırları müəyyən olundu. Sol bazu nahiyəsinin cızıqları sivri uclu və ya kəsici əşyanınmüvafiq nahiyələrə yüngül təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 26 iyun 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Orxan Balakişiyev tərəfindən 18 sentyabr 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar