Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1828/2025 29.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı X1 Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin inzibati tənbeh vermə haqqında 22 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin inzibati tənbeh vermə haqqında 22 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayət və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 43.4-cü maddəsinə əsasən bu məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının qanununun: 2.0.8-ci maddəsinə əsasən çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları; 2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; 2.0.10-cu maddəsinə əsasən hərbi vəzifəlilər – ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları; Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək qeyd edir ki, şikayətçi X2 22 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətində bakalavr və magistr təhsili almasını göstərmişdir. Lakin o, şikayətinə qeyd etdiyi bakalavr və magistr təhsilinin bitirməsini təsdiq edən hər hansı sənəd əlavə etməmişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, şikayətçi iş materiallarına çağırışçı, hərbi qulluqçu və toplanışa çağırılmış hərbi vəzifəli olması ilə bağlı hər hansı sənəd əlavə etməmişdir. Məhkəmə qeyd edir ki, həmin sənədlər iş materiallarına əlavə edilməməsi səbəbindən işin məhkəmə aidiyyatını müəyyən etmək münkünsüzdür. Belə ki, İnzibati xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Odur ki, hazırda şikayətə baxılma səlahiyyətinin mülki və yaxud hərbi məhkəməyə aid olması müəyyən etmək mümkün deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin inzibati tənbeh vermə haqqında 22 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin inzibati tənbeh vermə haqqında 22 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1828/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1828/2025
29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver