Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-183/2023 31.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, İcra vərəqəsi üzrə tələbkarın nümayəndəsi Nümayəndə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Masallı rayonunda doğulmuş, Masallı şəhəri, Digah küçəsi, 21-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-3544/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 13 oktyabr 2021-ci il tarixdən başlayaraq 12 fevral 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması və Masallı Rayon Məhkəməsinin 2(050)-123/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 1 ədəd 583 əyarlı 14 qramlıq üzükdən, 1 cüt 583 əyarlı 5 qramlıq sırğadan, 1 ədəd 583 əyyarlı 7 qramlıq qolbaqdan və 1 ədəd 583 əyyarlı 8 qramlıq boyunbağıdan ibarət briliyant qaşlı qızıl komplekt dəst və ya onun dəyəri olan 2660 manat məbləğində pul vəsaiti və 55 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir.Şəxs heç bir üzürlü səbəb göstərmədən icra sənədləri üzrə öhdəsinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdır.Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-3544/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 13 oktyabr 2021-ci il tarixdən başlayaraq 12 fevral 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması və Masallı Rayon Məhkəməsinin 2(050)-123/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 1 ədəd 583 əyarlı 14 qramlıq üzükdən, 1 cüt 583 əyarlı 5 qramlıq sırğadan, 1 ədəd 583 əyyarlı 7 qramlıq qolbaqdan və 1 ədəd 583 əyyarlı 8 qramlıq boyunbağıdan ibarət briliyant qaşlı qızıl komplekt dəst və ya onun dəyəri olan 2660 manat məbləğində pul vəsaiti və 55 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir.Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış, icra sənədi icra etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin icra sənədli ilə bağlı bütün növ icra hərəkətləri aparılmışdır.Hazırda borclunun aliment öhdəliyi üzrə 1025 manat ödənilməmiş borcu vardır.Həmçinin qızıl-zinət əşyaların tələbi ilə bağlı olan icra sənədi üzrə heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Masallı Rayon Məhkəməsinin müvafiq icra sənədləri ilə bağlı 13 oktyabr 2021-ci il təvəllüdlü Aydın adlı uşağın saxlanması üçün hər ay 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs ödənilməsi və 2660 manat dəyərində qızıl zinət əşyalarının və ya onların dəyərinin və 55 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir.Heç bir yerdə işləmir.Heç bir yerdən gəliri yoxdur.Bu səbəbdən də icra sənədləri üzrə yaranmış borcunu tam şəkildə ödəyə bilməmişdir.Həmçinin xəstə olduğu üçün 4 ay müalicə olunmuşdur.Belə ki, gözlərində problem vardır.Ona vaxt veriləcəyi təqdirdə bir neçə gün sonra müəyyən məbləğdə ödəniş edə biləcəkdir.Yaranmış borcunu isə gələcəkdə işləyərək hissə-hissə ödəyəcəkdir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkarın nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Masallı Rayon Məhkəməsinin müvafiq icra sənədləri ilə Şəxs bir nəfər uşağın saxlanılması üçün 125 manat aliment tutulmuş və həmçinin qızıl-zinət əşyalarının dəyəri olaraq 2715 manat pulun alınması qət edilmişdir. Hazırda borclu icra sənədləri ilə bağlı yaranmış borcunu tam olaraq ödənəmişdir.Belə ki, onun alimentlə bağlı 1025 manat borcu vardır, qızıl-zinət tələbi ilə bağlı isə heç bir ödəniş etməmişdir. Hazırda borcun tam şəkildə ödənilməsini tələb olunur.Odur ki, borclu barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 31 yanvar 2023-cü il tarixdən, saat 12:25-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-183/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-183/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver