Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1842/2024 09.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X4 iştirakları ilə, X4 Masallı RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 məhkəməyə müraciət edərək, Masallı RPŞ-nin DYPB-nin rəisi X2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 RPŞ-nın DYPB-nin inzibati tənbeh vermə haqqında 13 sentyabr 2024-cü il tarixli TP ******* saylı qərarı ilə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qərarda yalnız barəmdə tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola istinad edilərək həmin gün saat 08:02-də Masallı rayonu Ərkivan qəsəbə ərazisində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozaraq İXM-nin 327.2-ci maddəsinin tələblərini pozması qeyd edilmişdir. Qeyd olunan tarixdə Yol polis əməkdaşı idarə etdiyi avtomobili Boradigah-Masallı yolunun Ərkivan qəsbəsi ərazisindən keçən hissəsində saxlayaraq ona ötmə qaydalarını pozmasını bildirmişdir. Halbuki həmin ərazidə heç bir ötmə əməliyyatı həyata keçirməmişdir. O, barəsində tərtib edilmiş protokolun surətini istəsə də, yol polis əməkdaşı oxunması mümkün olmayan kağızı imzalayıb ona vermişdir. Həmin kağızda isə yol polis əməkdaşının imzasından və protokolun nömrəsindən başqa heç nə oxunmur. O, dərhal DİN-nin 102 qaynar xəttinə, daha sonra 902 qaynar xəttinə zəng edərək bu barədə bildirmiş, daha sonra Masallı RPŞ-nə gedib DYPB-nin əməkdaşları ilə əlaqə saxlamışdır. Ötmə hərəkəti etməsinə dair videogörüntünü tələb etmiş, ona təqdim edilmiş görüntüdə hər hansı ötmə əməliyyatı əks olunmamışdır. Protokol tərtib edilərkən hüquqları və vəzifələri izah edilməmiş, protokola izahatını qeyd etməsinə şərait yaradılmamış, protokolun surəti kimi ona oxunması mümkün olmayan kağız verilmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 100.1.7 və 100.2-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı zamanı sübut edilməli olan hallardan biri də inzibati xəta hadisəsidir. Mübahisəli qərarla xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoluna istinad edilərək əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmağına görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməkdə təqsirli bilinməsi göstərilsə də, həmin qərarın istinad edildiyi inzibati xəta haqqında protokolda hansı hərəkətə görə inzibati məsuliyyətə cəlb edilməsi, konkret olaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması göstərilməmişdir. Bütün bunlar əməlində İXM-nin 327.2-ci maddəsinin tərkibinin olması barədə yanlış nəticəyə gəlinməsini göstərir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin sorğu əsasında məhkəməyə “Mercedes Benz E 220 CDİ” minik markalı, ** FN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin görüntülərini özündə əks etdirən CD disk məhkəməyə təqdim edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin, protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatını dinləyib, CD diskə baxış keçirib iş materiallarını araşdıraraq aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X6 xx.xx.2024-cü il tarixdə saat 08:02 radələrinə Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində “Mercedes Benz E 220 CDİ” minik markalı, ** FN *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına görə xx.xx.2024-cü il tarixli TP ******* saylı qərara əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş CD diskə keçirilmiş baxış zamanı “Mercedes Benz E 220 CDİ” minik markalı, ** FN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X6 tərəfindən Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Videodiskə baxış keçirilərkən məhkəmə iclasında X4 həmin görüntüyə münasibəti öyrənilmiş, o, “Mercedes Benz E 220 CDİ” minik markalı, ** FN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını aparmadığını, bir daha bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin məcəllənin 53.1.2-ci maddəsində göstərilir ki, şəxsin əməlində inzibati xətanın tərkib əlamətləri olmadıqda başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Masallı Rayon Polis şöbəsinin X10 Bölməsinin rəisi, X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X4 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1842/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1842/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver