Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1843/2023 21.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin polis kapitanı X2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə ünvan 1 ünvanda yaşayır. Etibarnamə əsasında idarə etdiyi **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Ə.Rəcəbli küçəsində idarə etmişdir. X6 xidmətinin əməkdaşları tərəfindən idarə etdiyi avtomobilinə dayanma işarəsi verilmiş və o, da avtomobilini yolun kənarına çəkərək saxlamışdır. Polis serjantı Rüstəm Əhmədzadə sənədlərini yoxlamış və ona bildirmişdir ki, İXM-nin 327.2-ci madəsinin tələblərini pozmuşdur. Onun barəsində protokol tərtib etməyə başlamışdır. O, polis əməkdaşına etirazını bildirərək yol hərəkəti haqqında qaydaları pozmadığını, əgər pozmuşdursa video görüntülərlə tanış olmaq istədiyini bildirmişdir. Polis əməkdaşı protokolu tərtib etməyi dayandırmış və onun sənədlərini geri qaytarmışdır. Hadisə xx.xx.2023-cü il tarixdə olmuşdur. Üzərindən 11 gün keçdikdən sonra ona mənlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli qərarla 80 manat cərimə edilmişdir. Qərar otaq şəraitində yazılmış, qərar qəbul edilərkən ona heç bir məlumat verilməmiş və rəsmi bildiriş göndərilməmişdir. Ona protokol təqdim edilməmiş, barəsində protokol tərtib edilməmiş və onu tanış etməmişlər. Yəni o, heç bir qaydanı pozmayarq barəsində haqsız olaraq qərar qəbul edilmişdir. Hazırki qərar heç bir qanuna əsaslanmır. Polis qərarı yazarkən heç bir mötəbər sübuta istinad etməmişdir. Əgər onun qanunu pozmağı barədə hər hansı bir sübutu varsa məhkəməyə təqdim edilməlidir. Heç bir təqsiri olmadan ona qərar yazılmışdır. Odur ki, həmin qərar ləğv edilməlidir. Ali təhsilli kimya biologiya müəllimidir, hazırda 67 yaşı var, təqaüdçüdür, heç vaxt məhkəməyə polisə cəlb edilməyib, hər hansı yol nəqliyyat hadisəsi törətməmişdir, ona görə də barəsində olan inzibati tənbeh haqqında 25 oktyabr 2023-cü il tarixli qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, onun barəsində qanunsuz olaraq cərimə yazılmışdır. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Bakı şəhər DYPİ-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli və xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. İş materiallarında olan 25 oktyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bakı şəhər DYPİ-nə sorğu göndərilərək X1 İnzibatı Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə törətmiş olduğu inzibati haqqında iş üzrə xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokolun və video görüntünün məhkəməyə təqdim edilməsi xahiş edilməsinə baxmayaraq sorğuda tələb olunan sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 134-cü maddəsində İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma haqqında qərarlar nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 134.1.3-cü maddəsində qeyd olunmuşdur ki, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; - tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması; -bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, X1 barəsində tərtib olunmuş Bakı şəhər DYPİ-nin 25 oktyabr 2023-cü il tarixli TP ******* nömrəli qərar ləğv edilməlidir. Belə ki, həmin qərarın yazılmasına əsas kimi göstərilmiş inzibati xəta hadisəsinin baş verməsinə dair hər hansı sübut, protokol, videogörüntü polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, şikayət təmin olunmalıdır. Beləliklə, məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, səlahiyyətli şəxs tərəfindən X1 barəsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmir. Ona görə də qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində olan Bakı şəhər DYPİ-nin 25 oktyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1843/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1843/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver